Azərbaycan Respublikasının rayon, şəhər,
şəhərlərdə rayon icra hakimiyyəti
başçılarının aparatlarında sənədlərlə
iş barədə
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 6 mart tarixli, 347 nömrəli Sərəncamı
iləTƏSDİQ EDİLMİŞDİR
T Ə L İ M A T
1. ÜMUMİ MÜDDƏALAR
1. Azərbaycan Respublikasının rayon, şəhər,
şəhərlərdə rayon icra hakimiyyəti
başçıları aparatlarının* sənədləri
icra hakimiyyəti başçısının sərəncamları
və əmrləri, kargüzarlıqda və cari arxivdə
olan protokollar və stenoqramlar, qeydiyyatdan keçmiş digər
materiallardır. Onların rəsmiləşdirilməsi və
baxılması qaydası Azərbaycan Respublikası Prezidentinin
1999-cu il 16 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş
“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”ni və
bu Təlimatın tələblərinə uyğun
olmalıdır.
İcra hakimiyyəti başçısının
aparatında vətəndaşların, o cümlədən
müraciət edən digər fiziki və hüquqi şəxslərin
(bundan sonra – vətəndaşların) təklif, ərizə
və şikayətləri, onların qəbul edilməsi ilə
əlaqədar kargüzarlıq işləri “Vətəndaşların
müraciətləri haqqında” Azərbaycan
Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli
Qanununa və Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29
dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət
hakimiyyəti orqanlarında idarə, təşkilat və
müəssisələrdə vətəndaşların təklif,
ərizə və şikayətləri üzrə
kargüzarlığın aparılması qaydaları”na
müvafiq olaraq aparılır.[2]
2. İcra hakimiyyəti başçısının
aparatından bu Təlimatın yerinə yetirilməsi
üçün icra hakimiyyətinin başçısı məsuliyyət
daşıyır.
3. İcra hakimiyyəti başçısının
aparatında kargüzarlığın aparılması, sənədlərin
qəbul edilməsi, göndərilməsi, qeydiyyatı, hərəkəti
qaydasına əməl olunması və bu sahədə aparata
kömək göstərilməsi, habelə bu Təlimatın
yerinə yetirilməsinə nəzarət Sənədlərlə
və vətəndaşların müraciətləri ilə
iş şöbəsi tərəfindən həyata
keçirilir.[3]
4. Bu Təlimatda nəzərdə tutulan qaydalara icra
hakimiyyəti başçısı aparatının
bütün əməkdaşları əməl etməlidirlər.
5. İcra hakimiyyəti başçısının
aparatında “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə
və bu Təlimata əsasən sənədlərlə
işin təkmilləşdirilməsini təmin etmək
üçün ayrı-ayrı məsələlər
üzrə əsasnamələr, qaydalar, reqlamentlər, metodik
tövsiyәlәr hazırlanıb icra hakimiyyəti
başçısı tərəfindən təsdiq edilə
bilər.
6. İcra hakimiyyəti başçısının
aparatında kargüzarlıq işləri Azərbaycan
Respublikasının dövlət dili olan Azərbaycan dilində
aparılır.
II. DAXİL OLAN XİDMƏTİ
SƏNƏDLƏRİN VƏ BAŞQA KORRESPONDENSİYANıN
QƏBUL EDİLMƏSİ, QEYDİYYATı,
HƏRƏKƏTİ VƏ İCRASı
7. Dövlət hakimiyyəti orqanlarından, siyasi
partiya, ictimai birlik və mülkiyyət formasından
asılı olmayaraq hüquqi şəxslərdən aparata
daxil olan xidməti sənədlər, habelə başqa
korrespondensiyalar (teleqram, telefonoqram və s.) Sənədlərlə
və vətəndaşların müraciətləri ilə
iş şöbəsində qəbul edilir, qeydiyyatdan
keçirilir və uçota alınır.
Xidməti sənədlər, digər korrespondensiya
bilavasitə şöbələrə və başqa struktur
bölmələrinə daxil olduqda müəyyən olunmuş
qaydada qeydiyyatdan keçirmək üçün Sənədlərlə
və vətəndaşların müraciətləri ilə
iş şöbəsinə verilməlidir.
Daxil olan bütün sənədlər (o cümlədən
teleqramlar və telefonoqramlar), bir qayda olaraq,
alındığı gün qeydiyyatdan keçirilməlidir.
8. Aparata daxil olan sənədlər və başqa
korrespondensiyalar qeydiyyatdan keçirildikdən sonra Sənədlərlə
və vətəndaşların müraciətləri ilə
iş şöbəsinin müdiri onlar haqqında icra hakimiyyətinin
başçısına məlumat verir.
9. Üstündə “Şəxsən”
yazılmış zərflər, banderollar zərfin
üstündə olan məlumatlar göstərilməklə
qeydiyyatdan keçirilir və ünvan sahiblərinin
iştirakı ilə açılır. Əgər bu zərfin
içərisində xidməti sənədlər varsa, onlar
qeydiyyatdan keçirilmək üçün Sənədlərlə
və vətəndaşların müraciətləri ilə
iş şöbəsinə qaytarılmalıdır.
10. Xidməti sənədlər qəbul edildikdən
onların yerinə düzgün
çatdırılıb-çatdırılmadığı,
zərflərin və ya bağlamaların
salamatlığı müəyyənləşdirilir.
Zərf açılarkən sənədlərin
çatışmadığı, zədələndiyi və
ya nömrələrinin zərfin üstündə göstərilən
nömrələrə uyğun gəlmədiyi aşkar edilərsə,
müəyyən olunmuş formada üç nüsxədən
ibarət akt tərtib edilir. Aktın birinci nüsxəsi sənədi
yollayana göndərilir, ikinci nüsxəsi qəbul
edilmiş sənədlərə əlavə olunur,
üçüncü nüsxəsi Sənədlərlə və
vətəndaşların müraciətləri ilə iş
şöbəsində saxlanılır. Zərfə səhv
qoyulmuş sənədlər onları yollayana
qaytarılır və ya onun razılığı ilə
aidiyyəti üzrə göndərilir.
11. Əgər daxil olan xidməti sənədlərdə
tarix və onları yollayanın ünvanı yoxdursa, yaxud
korrespondensiyanın göndərilmə tarixi onun aparatda
alındığı tarixdən xeyli fərqlənirsə, həmin
sənədlərin poçt ştempelləri vurulmuş zərfləri
saxlanılır. Korrespondensiyanın göndərilmə və
alınma tarixini ştempellərlə sübut etmək
lazım gəlmədiyi digər hallarda zərflər məhv
edilir.
12. Daxili olan sənədlər Sənədlərlə
və vətəndaşların müraciətləri ilə
iş şöbəsində jurnalda (əlavə ¹1)
qeydiyyatdan keçirilir, yaxud onlar üçün uçot vərəqələri
(əlavə ¹2) doldurulur. Sonradan bu vərəqələrdə
sənədlərin hərəkətinin bütün
dövriyyəsi qeyd edilir. Vərəqələrin surətləri
məlumat-nəzarət kartotekasında saxlanılır.
13. Sənədlərin birinci vərəqinə
aşağıdan, sağ küncdən qeydiyyat ştampı
vurulur, daxil olma tarixi, nömrəsi və əlavələrlə
birlikdə vərəqlərin ümumi sayı göstərilir
(əlavə ¹3).
14. Xarici dillərdə olan korrespondensiyalar qeydiyyata
alındıqdan sonra dövlət dilinə tərcümə
edilir. Onların sonrakı hərəkəti xidməti sənədlər
üçün müəyyən edilmiş qaydada həyata
keçirilir.
15. Sənədlər və başqa korrespondensiyalar
qeydiyyatdan keçirildikdən sonra Sənədlərlə və
vətəndaşların müraciətləri ilə iş
şöbəsinin müdiri tərəfindən öyrənilir
və icra hakimiyyətinin başçısına təqdim
edilir.
İcra hakimiyyəti başçısına təqdim
edildikdən sonra alınan sənədləri Sənədlərlə
və vətəndaşların müraciətləri ilə
iş şöbəsi icra hakimiyyəti
başçısının dərkənarına uyğun
olaraq icra üçün aparatın müvafiq struktur bölməsinə
verir. Dərkənarın məzmunu qeydiyyat jurnalına,
kompüterə və uçot vərəqəsinə
yazılır.
Həlli müvafiq, yerli icra hakimiyyəti
orqanlarının birbaşa səlahiyyətinə aid olan və
operativ tədbir görülməsini tələb edən məsələlər
barəsində daxil olan xidməti sənədlərin surətlərini
Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsi icra
hakimiyyəti başçısının dərkənarına
uyğun olaraq aidiyyəti üzrə göndərir və
icrasına nəzarət edir, rəsmi cavab aldıqdan sonra
işə tikilir.
16. Tapşırıq bir neçə icraçıya
verildikdə bu işin icrasını dərkənarda adı
birinci çəkilən şəxs təşkil edir və nəticəsi
barəsində mәlumat verir.
17. Sənəd üzərində iş bitdikdən
sonra icraçı onun axırıncı səhifəsinin
arxa tərəfində müvafiq qeyd yazmalı və ya icra
haqqında qısa arayış hazırlamalı, bunları
imzası ilə təsdiq etməli, tarix qoymalıdır. Belə
qeyd icranı təsdiq edən başqa sənəd
olmadıqda aparılır.
İcra hakimiyyətinin başçısı müvafiq
dərkənarla icra edilmiş sənədi materiala aid olan sənədlərlə
birlikdə işə tikilmək üçün Sənədlərlə
və vətəndaşların müraciətləri ilə
iş şöbəsinə göndərir.
18. Azərbaycan Respublikasının qanunları Azərbaycan
Respublikası Prezidentinin fərmanı və sərəncamları,
Azərbaycan Respublikası Milli Məclisinin qərarları, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları,
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin
sərəncamları, Naxçıvan Muxtar Respublikasında
habelə Naxçıvan MR Ali Məclisinin və Nazirlər
Kabinetinin normativ hüquqi aktları, rayon bölgülü
şəhərdə şəhər icra hakimiyyəti
başçısının sərəncamları qeydiyyatdan
keçirildikdən sonra icra hakimiyyətinin
başçısına verilib və onun dərkənarına
uyğun surətdə icra edilməyə göndərilir.[4]
III. İCRA HAKİMİYYƏTİ
BAŞÇıSıNıN SƏRƏNCAMLARıNıN
VƏ ƏMRLƏRİNİN HAZıRLANMASı VƏ
RƏSMİLƏŞDİRİLMƏSİ QAYDASı
19. İcra hakimiyyətinin başçısı
“Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə ilə
və digər qanunvericilik aktları ilə ona verilmiş səlahiyyətləri
həyata keçirmək üçün müvafiq ərazidən
normativ xarakterli aktlar qəbul edir. İcra hakimiyyəti
başçısının sərəncamlarının və
əmrlərinin aparatın müvafiq struktur bölmələri
hazırlayır.
20. Sərəncam və əmrlərin layihələrinə
lazım gəldikdə aşağıdakı materiala əlavə
edilə bilər: məsələni müzakirəyə verən
dövlət orqanlarının və ictimai orqanların, təşkilatların,
aparatın şöbələrinin və digər struktur
bölmələrinin təqdimatı; layihə barəsində
deyilmiş iradlar və layihənin
razılaşdırıldığı barədə məktub;
müvafiq idarələrin və təşkilatların rəyi;
təyin edilməyə təqdim edilən şəxslər
haqqında məlumat.
21. İcra hakimiyyəti başçısının
aparatına təqdim edilən hər bir məsələ barəsində
dəqiq və aydın təklif hazırlamalı, lazım gələndə
isə həm də iki nüsxədə sərəncam layihəsi
verilməlidir.
22. Baxılmaq üçün icra hakimiyyətinin
başçısına təqdim edilən sərəncam
layihələrində məsələ hərtərəfli təhlil
edilməli və obyektiv qiymətləndirilməli, mövcud
olan əmək, material və maliyyə ehtiyatları nəzərə
alınmaqla icraçılar qarşısında dürüst
ifadə edilmiş məqsəd və vəzifələr
qoyulmalı, lazım gəldikdə icranın, informasiya və
hesabat verilməsinin müddətləri, konkret
icraçılar, habelə sərəncamın yerinə
yetirilməsinə nəzarət etmək həvalə olunan
icra hakimiyyəti orqanları, ictimai təşkilatlar, struktur
bölmələri dəqiq göstərilməlidir.
23. Layihələr və onların əhatə etdiyi məsələlər
Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan
Respublikası Prezidentinin fərmanlarına və sərəncamlarına,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına
və sərəncamlarına, Naxçıvan Muxtar
Respublikasının ərazisində Muxtar Respublikanın ali vəzifəli
şəxsin və Nazirlər Kabinetinin qəbul etdiyi normativ
xarakterli aktlara, rayon bölgülü şəhərlərdə
şəhər icra hakimiyyəti
başçısının sərəncamlarına uyğun
olmalıdır.
24. İcra hakimiyyəti başçısının
sərəncamlarının və əmrlərinin layihələrini
hazırlayan aparat işçiləri və vəzifəli
şəxslər qabaqcadan onları aparatın bütün əlaqədar
şöbələri və struktur bölmələri ilə,
lazım gələrsə, təşkilat və idarələrlə,
müvafiq yerli icra hakimiyyəti orqanları ilə
razılaşdırılmalıdırlar.
Şəhər, rayon ərazisində yerləşən
əlaqədar dövlət təşkilatları və idarələri
razılaşdırılmaq üçün daxil olmuş qərar
layihələrinə ləngimədən baxmalı, və
çox qısa müddətdə onlar haqqında öz rəylərini
bildirməli, qərar layihələri ilə
razılaşmalı, yaxud etirazlarını və təkliflərini
göndərməlidirlər.
Razılıq alınması müvafiq rəhbər
işçinin və onun müavininin qərar layihəsinə
viza qoyulması ilə yaxud ayrıca məktubla təsdiq
edilir.
Bu və ya digər layihəyə etiraz olduqda izahat məktubunda
hələ razılaşdırılmamış məsələlər
sadalanır, mövcud iradları və təklifləri qəbul
etməyin məqsədəuyğun olmadığı dəlillərlə
əsaslandırılır.
25. İmzalanmaq üçün icra hakimiyyəti
başçısına verilən sərəncam və əmr
layihələrinə, habelə onlara aid əlavələrin mətnlərinə
və cədvəllərə icra hakimiyyəti
başçısının müvafiq müavinləri,
aparatın şöbələrinin və digər struktur
bölmələrinin rəhbərləri, həmin layihəni
hazırlamış şəxs və mütləq aparatın
hüquq şöbəsinin müdiri və ya
hüquqşünası viza qoymalıdır. Viza layihənin
və onun hər bir əlavəsinin son vərəqinin arxa tərəfindən
qoyulur.
İcra hakimiyyəti başçısının sərəncam
və əmrləri əlavə edilən nümunə əsasında
hazırlanmış blanklarda çap edilir (əlavə ¹4 və
¹5).
26. Sərəncamın və ya əmrin layihəsini imzalanmağa
hazırlayarkən icraçı hökmən onların
göndərilmə ünvanları göstəricisini və əlavə
edilən sənədlərin siyahısı tərtib etməlidir.
Göndərilmə ünvanlarının göstəricisi və
əlavə edilən sənədlərin siyahısı
makinada çap edilməli, yaxud əl ilə aydın
yazılmalıdır.
Göndərilmə ünvanlarının göstəricisi
tərtib edilərkən müvafiq qərarın yerinə
yetirilməsini təmin etməli olan, yaxud öz fəaliyyətinin
xarakterinə görə sərəncamın məzmunu ilə
tanış edilməli olan təşkilatlara qərarın
vaxtında çatdırılmasının zəruriliyini əsas
tutmaq lazımdır. Şöbə müdiri və
icraçısı göndәrilmә ünvanları
göstəricisinin düzgün tərtib edilməsi
üçün şəxsən məsuliyyət
daşıyırlar.
Göndərilmə ünvanlarının göstəricisi
şöbənin və ya struktur bölməsinin rəhbəri
tərəfindən imzalanır və qərar layihəsi
imzalanmaq üçün rəhbərliyə təqdim edilərkən
ona əlavə olunur.
27. Əgər sərəncam və ya əmr əvvəllər
qəbul edilmiş sərəncamı və əmri dəyişərsə,
yaxud tamamlayırsa, həmin sənəd, bir qayda olaraq, əvvəlki
sərəncamın, əmrin göndərildiyi təşkilatlara
və ya ayrı-ayrı şəxslərə göndərilməlidir.
28. Sərəncam və əmrlər imzalandıqdan
sonra göndərilmə ünvanlarının göstəricisi
və əlavə gedilәn sәnәdlәrin
siyahısı ilə birlikdə rəsmiləşdirilmək
üçün Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsinə təhvil
verilir.
29. Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsi rəsmiləşdirilmək
üçün aldığı sərəncam və əmrlərin
qeydiyyatını müəyyən edilmiş formalı
jurnallarda aparır. (əlavə ¹6 və ¹7)
Rəsmiləşdirilmək üçün daxil
olmuş sərəncam və əmrlərə hər ilin əvvəlindən
1-ci nömrə ilə başlanan vahid nömrələnmənin
müvafiq sıra nömrələri qoyulur.
30. Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsi daxil
olmuş sərəncam və əmrləri rəsmiləşdirdikdən
sonra onları göndərilmə ünvanları göstəricisinə
(əlavə ¹8) uyğun tirajla çoxaldır, sərəncamın
və əmrin hər nüsxəsinə icra hakimiyyəti
başçısının möhürünü vurur və
müvafiq ünvanlara göndərir.
31. Sərəncam və ya əmrlərin əlavə
nüsxələrinin idarələrə və təşkilatlara
göndərilməsi, bu aktların əvvəllər göstərilmiş
nüsxələrinin dəyişdirilməsi işlərini
icra hakimiyyəti başçısının göstərişi
ilə Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsi yerinə
yetirir.
32. İcra hakimiyyəti başçısının
qəbul etdiyi sərəncam və əmrlər və onun fəaliyyəti
ilə əlaqədar olan digər rəsmi materiallar mətbuata
verilə bilər. Bu materialların
işıqlandırılması qaydasını icra hakimiyyətinin
başçısı reqlamentləşdirir.
33. İcra hakimiyyəti başçısının
dərc edilmək üçün göndərilən sərəncam
və əmrləri digər rəsmi materiallar və
informasiyalar materialların dərc edilmə tarixi dəqiq
göstərilməklə icra hakimiyyəti
başçısının möhürü ilə təsdiq
edilməlidir.
IV. XİDMƏTİ SƏNƏDLƏRİN
HAZIRLANMASI VƏ RƏSMİLƏŞDİRİLMƏSİ
34. Aparatın şöbələrində xidməti sənədlər
hazırlanarkən aşağıdakı tələblərə
əməl edilməlidir:
sənədlərin məzmunu dəqiq, ardıcıl,
müxtəsər olmalıdır;
baxılmaq üçün icra hakimiyyətinin
başçısına verilən arayışların və
məktubların mətini kompüterdә, ya da makinada iki
intervalla qısa, dəqiq, əsaslandırılmış
şəkildə yazılmalıdır;
sənədlər diqqətlə redaktə edilməli
və düzgün tərtib olunmalıdır;
sənədlər standart formatlı kağızda,
habelə müvafiq nümunəli blanklarda (əlavə ¹9) rəsmiləşdirilməlidir.
35. Sənəddə onun imzalandığı tarix
mütləq göstərilməlidir. Tarix bir-birindən
nöqtə ilə ayrılan üç cüt ərəb rəqəmi
ilə yazılır (məsələn, 20.08.99) ya da gün və
il ərəb rəqəmləri ilə, ay isə sözlə
yazılır (məsələn, 20 avqust 1999-cu il)
36. Hazırlanmış hər sənəd
imzalanmalıdır. İmza sənədi imzalamış şəxsin
vəzifəsinin adında, onun şəxsi imzasında və
imzanın açılışından (inisial və soyad
çap edilir) ibarətdir.
Ayrı-ayrı hallarda (sənəd arayış və
ya informasiya şəkilində əlavə kimi tərtib ediləndə)
aparatın müvafiq şöbə müdirinin və ya
işçisinin vizası qoyulur.
37. İmzalanmış sənədlərdə
özbaşına hər hansı düzəlişlər və
əlavələr edilməsinə yol verilmir.
38. Rəhbərliyə imzalanmağa verilən sənədlərin
ikinci nüsxələrinə şöbə müdirləri
və icraçılar tərəfindən viza
qoyulmalıdır.
Viza şəxsi imzadan, vizanın tarixindən lazım
gəldikdə isə viza qoyanın vəzifəsinin
adından və imzasının açılışından
ibarətdir.
Viza sənədin ikinci nüsxəsinin
axırıncı vərəqinin üst tərəfində
qoyulur.
Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsi rəhbərliyi
çatdırılmaq üçün icraçılardan qəbul
edilən sənədləri düzgün və verilən
tapşırığa uyğun tərtib olunduğunu
yoxlayır, lazım gəldikdə sənədin müvafiq
nüsxəsinə öz vizasını qoyur.
39. İcra hakimiyyəti başçısının
və onun müavinlərinin imzaladıqları və ya dərkənar
qoyduqları sənədləri Sənədlərlə və
vətəndaşların müraciətləri ilə iş
şöbəsi rəsmiləşdirir və göndərir.
Rəhbərliyin dərkənarı ilə göndərilən
sənəd cavabla birlikdə geri qaytarılmalıdırsa,
belə sənədin surəti çıxarılır və
ünvan sahibinə göndərilir, sənədin əsli isə
göndərilmə haqqında qeyd yazılmaqla işə
tikilir.
40. Ünvan sahibinin adı, adlıq halında
yazılır. Sənəd konkret şəxsə göndərilirsə,
onun vəzifəsi, soyadı (yönlük halında) və
inisialları göstərilir.
Ünvan sənədin sağ tərəfinin yuxarı
küncündə çap edilir.
41. Sənəd bir neçə ünvana yollandıqda
göndərilmə ünvanlarının göstəricisi əlavə
olunur.
42. Sorğulara cavab verilərkən cavab məktubunda
sorğu sənədinin nömrəsinə və tarixinə
istinad edilir.
43. Sənədin mətndə adı çəkilməyən
əlavəsi vardırsa, sənədin axırında onun əlavəsi
olduğu barədə qeyd yazılır.
44. Aparatdan göndərilən xidməti teleqramlar və
digər xidməti sənədlər kimi rəsmiləşdirilir.
V. İCRA HAKİMİYYƏTİ
BAŞÇıSıNıN APARATıNDAN
GÖNDƏRİLƏN SƏNƏDLƏRİN YOLA
SALıNMASı
45. Aparatdan bütün xidməti sənədlər Sənədlərlə
və vətəndaşların müraciətləri ilə
iş şöbəsi vasitəsi ilə göndərilir.
46. Struktur bölmələrində sənədlər
göndərilmək üçün təhvil verilməzdən
əvvəl onların tərtib edilməsinin
düzgünlüyü, o cümlədən: ünvan sahibinin
adı, ünvanı, müvafiq imzalar, tarix, əlavələrin
olub-olmadığı yoxlanılır.
47. Göndərilən sənədə müvafiq
nömrə və tarix qoyulur.
48. Sənədə verilən göndərilmə
nömrəsi müvafiq uçot vərəqəsində (əlavə
¹10) və ya göndərilən korrespondensiyanın qeydiyyatı
jurnalında (əlavə ¹11) və sənədin qovluqda
qalmış nüsxəsində də yazılır.
Sənəd bir neçə ünvana göndərilirsə,
onun surətində sənədin kimlərə göndərildiyi
qeyd olunur.
49. Qaytarılmalı olan sənəd göndərilməyə
hazırlanarkən, Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsində sənədin
birinci vərəqinə yuxarıdan sağ küncündə
“Cavabla birlikdə qaytarılmalıdır” ştampı (əlavə
¹3) vurulur.
50. Sənədlərin yola salınmasının təcili
olub olmadığını onları göndərməyə
vermiş şöbələrin müdirləri təyin edir
(imza ilə) və Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsi həmin sənədlərə
“Təcili” ştampı (əlavə ¹3) vurur.
Teleqramlar və təcili sənədlər dərhal
yola salınır.
51. Zərfin üstündə aşağıdan sol
küncdə sənədin göndərilmə nömrəsi
qoyulur. Eyni ünvan sahibinə, eyni vaxtda bir neçə sənəd
göndərilirsə, onlar bir zərfin içinə qoyulur, zərfin
üstündə isə bütün sənədlərin
nömrələri göstərilir.
Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının ünvanına göndərilən zərfdə
mütləq müvafiq struktur bölməsinin adı göstərilir
(sənədin bilavasitə Azərbaycan Respublikası
Prezidentinə və ya Administrasiyasının rəhbərinə
göndərildiyi hallar istisna təşkil edir).
52. İçərisində göndərilən sənədlər
olan hər bir zərf reyestrə (əlavə ¹12) daxil edilir,
orda sənədlərin göndərildiyi təşkilatların
adları göstərilir.
Reyestr iki nüsxədən tərtib edilir, Sənədlərlə
və vətəndaşların müraciətləri ilə
iş şöbəsinin müdiri və ya işçisi onu
imzalayır.
53. Xaricə göndərilməli sənədlər də
Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsi vasitəsilə
rəsmiləşdirilir.
54. Bir ünvana göndərilən teleqramlar yola
salınmaq üçün təsdiq edilmiş surətlə
birlikdə Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsinə
verilir.
Bir neçə ünvana göndərilən eyni məzmunlu
teleqramlar hər ünvan sahibi üçün ayrıca
hazırlanıb verilir. Bu zaman ünvanlar göstərilməklə
teleqramların yalnız bir nüsxəsi imzalanır, qalan
nüsxələr müvafiq möhürlə təsdiq edilir.
55. Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsi göndərilmək
üçün teleqramları surətləri ilə birlikdə
qəbul edir və reyestr üzrə qol çəkdirməklə
teleqrafa verir.
Teleqrafların təsdiq edilmiş surətləri Sənədlərlə
və vətəndaşların müraciətləri ilə
iş şöbəsində saxlanılır.
56. Bu Təlimata əməl olunmadan rəsmiləşdirilən
sənədlər göndərilmək üçün qəbul
edilmir.
57. Yola salınan sənədlərin uçotu Sənədlərlə
və vətəndaşların müraciətləri ilə
iş şöbəsində ayrıca jurnalda aparılır.
VI. İCRA HAKİMİYYƏTİNİN
BAŞÇıSı YANıNDA ŞURANıN
İCLASLARı VƏ İCRA HAKİMİYYƏTİNİN
BAŞÇıSı YANıNDA MÜŞAVİRƏLƏR
ÜÇÜN MATERİALLARıN HAZıRLANMASı
58. İcra hakimiyyətinin
başçısının yanında Şuranın
iclasları yerli icra hakimiyyətləri haqqında Əsasnaməyə
uyğun surətdə ayda iki dəfədən az olmayaraq
keçirilir.
Şuranın iclaslarında qəbul edilmiş qərarlar
protokollarla rəsmiləşdirilir və tövsiyәyә
xarakteri daşıyır. Lazım gəldikdə onların əsasında
icra hakimiyyəti başçısının müvafiq sərəncamı
və ya əmri verilir.
59. İcra hakimiyyəti başçısı
yanında Şuranın müzakirəsinə verilən hər
bir məsələ üzrə, bir qayda olaraq dürüst və
aydın ifadə edilən qərar layihəsi və lazım gəldikdə
müvafiq hesabatlar, cədvəllər, planlar, siyahılar və
başqa materialların əlavə edildiyi məktub təqdim
olunur.
Qərar layihələri qısa olmalı və konkret
tədbirləri əks etdirməlidir.İclasa aid materiallar,
bir qayda olaraq, iclasa beş gün qalmış təqdim edilməlidir.
Layihələrlə birlikdə iclasa dəvət edilən
vəzifəli şəxslərin siyahısı təqdim
edilir, hər bir məsələ üzrə məruzəçinin
kim olduğu göstərilir.
60. Şuranın iclasının gündəliyinin icra
hakimiyyətinin başçısı və ya onu əvəz
edən müavini təsdiq edir.
61. Şuranın iclaslarının
protokollarının və onun iclaslarında qəbul edilən
qərarları Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsi rəsmiləşdirir.
Qəbul edilən qərarlarla Şura üzvlərinin
və icraçıların tanış edilməsi, habelə
Şura iclasının nəticələri haqqında vəzifəli
şəxslərə məlumat verilməsi qaydasını
icra hakimiyyətinin başçısı müəyyənləşdirir.
62. Şuranın iclasında iştirak edən və
etməyən Şura üzvlərinin soyadları və vəzifələri
protokolda göstərilir. Protokola hər ilin əvvəlində
1-ci nömrə ilə başlanan növbəti sıra
nömrəsi verilir. Protokola gündəlik, qəbul edilən
qərarlar, bu və ya digər məsələnin müzakirəsində
iştirak etmiş şəxslərin soyadlarının
siyahısı daxil olur. Protokol Şuranın iclasında sədrlik
etmiş şəxs imzalayır. Protokolun sonuncu vərəqinin
arxa tərəfində protokolun hazırlanmış şəxslərinin
vizaları qoyulur. Bütün köməkçi materiallar
arayışlar, informasiyalar, cədvəllər, təkliflər,
tənqidi qeydlər vəsatətlər, kadr təqdimatları
və s. mütləq protokola əlavə edilir. Bir nüsxədən
ibarət hazırlanan protokollar Sənədlərlə və
vətəndaşların müraciətləri ilə iş
şöbəsində saxlanılır.
63. Şuranın iclasında qəbul olunan qərarların
və verilən tövsiyәlәrin yerinə yetirilməsinə
nəzarəti icra hakimiyyətinin başçısı
müəyyən edir.
64. İcra hakimiyyəti başçısının
yanında müşavirənin görüş və digər
toplantıların hazırlanmasına və keçirilməsinə
dair sənədlərin tərtibatı eynidir və belə tədbirlərdən
müzakirə edilməyə verilən materiallar onların
keçirilməsinə azı üç gün
qalmış hazır olmalıdır.
65. Lazım gəldikdə Sənədlərlə və
vətəndaşların müraciətləri ilə iş
şöbəsi müşavirə
iştirakçılarının gündəliklə və
ona aid olan müvafiq materiallarla qabaqcadan tanış edir.
İcra hakimiyyətinin başçısı
yanında müşavirədə müzakirə edilmək
üçün hazırlanan materiallar müşavirədən
sonra Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsinə
qaytarılmalıdır.
66. Müşavirənin keçirilməsi planı,
müzakirə edilən məsələyə dair məktub və
dəvət olunan şəxslərin siyahısı icra
hakimiyyətinin başçısı və onun müavini ilə
razılaşdırılır.
Məktubu başçının müavinləri və
ya struktur bölmələrinin rəhbərləri
imzalayırlar, əlavələrə və məlumat
materiallarına icraçılar viza qoyurlar.
67. İcra hakimiyyətinin başçısı
lazım gəldikdə öz sərəncamının və
ya əmrinin layihəsinin icra hakimiyyəti
başçısı yanında Şuranın müzakirəsinə
verilə bilər.
68. Sərəncamların və əmrlərin
müzakirə üçün təqdim olunan layihələri
ilə müəyyən edilmiş qaydada aparatın müvafiq
struktur bölmələri və bütün əlaqədar təşkilatlar
tanış edilir və bu, müzakirə olunan məsələyə
dair məktubda göstərilir.
69. Müşavirəyə dəvət olunan şəxslərin
gəlməsini aparatın həmin müşavirənin
hazırlanmasına məsul olan müvafiq struktur bölmələri
və ya işçiləri təmin edirlər.
70. Şöbələrin və struktur bölmələrinin
rəhbərləri məruzəçilərin və dəvət
olunan şəxslərin tərkibində dəyişikliklər
haqqında Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsinin rəhbərliyini
vaxtında xəbərdar etməlidirlər.
71. Təqdim edilməsi gecikdirilən materiallar
ayrı-ayrı hallarda icra hakimiyyəti
başçısının icazəsi ilə müşavirənin
gündəliyinə əlavə olaraq salına bilər.
72. Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsi icra
hakimiyyəti başçısının yanında
keçirilən müşavirələrin protokollarını,
stenoqramlarını məsələni hazırlamış
struktur bölməsi ilə birlikdə tərtib edir.
Protokollar stenoqramların, qeydlərin və ya səs
yazılarının, habelə müşavirə
üçün hazırlanan materialların əsasında tərtib
edilir.
Stenoqramlar, bütün ilkin materiallar protokollara
qoşulur.
73. İcra hakimiyyəti başçısının
sərəncamının və ya əmrinin layihəsi
müşavirədə irəli sürülmüş qeydlər
və təkliflər nəzərə alınmaqla işlənib
tamamlandıqdan sonra üç gündən gec olmayaraq
imzalanmağa verilir.
74. Müşavirədə müzakirə edilmiş
layihənin redaktəsi üçün üç gündən
artıq vaxt lazım olduqda müşavirənin protokoluna layihəni
işləyib tamamlamaq haqqında tapşırıq
yazılır.
75. Müzakirə prosesində meydana çıxan,
başçının sərəncamının və ya əmrinin
qəbul olunmasını tələb etməyən məsələlər
barəsində qərarlar qəbul edilə bilər və ya
onlar müşavirənin protokoluna yazılır.
VII. İCRA HAKİMİYYƏTİ
BAŞÇıSı APARATıNıN STRUKTUR
BÖLMƏLƏRİNDƏ XİDMƏTİ
SƏNƏDLƏRİN UÇOTU VƏ ONLARLA İŞ
76. Aparatın struktur bölmələrində daxil
olan xidməti sənədlərin və bilavasitə bölmələrin
özlərində hazırlanan sənədlərin, habelə
surəti çoxaldılan materialların uçotu
aparılır.
77. Aparatın əməkdaşları özlərindəki
xidməti sənədlərin səliqəli saxlanması
üçün cavabdehdirlər və onlarla ehtiyatlı rəftar
etməlidirlər
78.Aparatın şöbələrində olan
bütün cari kargüzarlıq işləri, kartotekalar,
habelə xidməti sənədlərin blankları onların
salamatlığını təmin edən şəraitdə
saxlanılmalıdır.
79. Aparatın fəaliyyəti ilə bağlı xidməti
sənədlərdən mətbuatda, radio və televiziya
proqramlarında, elmi tədqiqat işlərində istifadə
edilməsinə yalnız icra hakimiyyəti
başçısının icazəsi ilə yol verilir. [5]
80. Aparatın işçisi məzuniyyətə və
ya uzunmüddətli ezamiyyətə gedәrkәn
özündə olan bütün xidməti sənədləri
onu əvəz edəcək əməkdaşa verməli, bunu
Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsinin
müdirinə bildirməlidir.
81. Aparatın işçisinin işdən azad edilərkən
və ya başqa işə keçərkən özündə
olan sənədləri Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsinə təhvil
verməlidir.
82. İcra hakimiyyəti başçısının
aparatında mühasibat uçotu “Mühasibat uçotu
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq aparılır.[6]
VIII. İCRA HAKİMİYYƏTİ
BAŞÇıSıNıN APARATiNDA “MƏXFİ”
QRİFLİ SƏNƏDLƏRLƏ İŞ
83. Yerli icra hakimiyyəti başçısının
aparatına daxil olan “Məxfi” qrifli sənədləri* Sənədlərlə
və vətəndaşların müraciətləri ilə
iş şöbəsində başqa xidməti sənədlərdən,
məktublardan ayrı qeydiyyatdan keçirilməlidir. Qeydiyyat
vərəqələri nömrələnmiş,
qaytanlanmış, möhürlənmiş xüsusi jurnalda –
“Daxil olan məxfi sənədlərin qeydiyyatı
jurnalı”nda aparılır. (əlavə ¹13)
Məxfi sənədlər bilavasitə şöbələrə
daxil olduqda hökmən qeydə alınmaq üçün Sənədlərlə
və vətəndaşların müraciətləri ilə
iş şöbəsinə verilməlidir.
84. “Şəxsən” məhdudiyyət qeydi ilə
daxil olan “Məxfi” qrifli zərflər açılmadan,
qeydiyyat kitabından keçirilməklə ünvanına
göndərilən şəxsə verilir. Zərfi açan
şəxs məxfi sənədlərin qeydiyyat kitabında əks
etdirilmiş və zərfin üstünə
yazılmış daxil olma nömrəsini və tarixi
aldığı sənədin üstünə qeyd etməlidir.
Məxfi sənədlər bütün keçid mərhələlərində
yalnız imza ilə alınıb verilməlidir.
85. Alınmış məxfi sənədlər
qeydiyyatdan keçdikdən sonra icra hakimiyyəti
başçısına məruzəyə verilir və dərkənara
müvafiq icra edilir.
86. Azərbaycan Respublikasının dövlət
hakimiyyəti orqanlarından daxil olmuş, qaytarılmalı
olan məxfi sənədlərin dərkənarı
üstündə əsas sənədin daxil olma nömrəsi
və tarixi göstərilən ayrıca bir kağızda
yazılır. Sənəd qaytarıldıqda bu dərkənar
və sənədin icrası barədə olan materiallar əsas
sənədlərlə birlikdə qaytarılır, nomenklatura
uyğun müvafiq işə tikilir.
87. Məxfi sənədlərlə işləyən
şəxslər onlara məlum olan məxfi xarakterli məlumatların
kənara sızmasına görə məsuliyyət
daşıyırlar.
Məxfi sənədləri alan şəxslər,
onlardan istifadə edilmədikdə və iş vaxtından
sonra mütləq onları qapalı metal şkaflarda (seyflərdə)
saxlamalıdırlar.
88. Məxfi sənədlərdən edilən
çıxarışlar və qeydlər yalnız Sənədlərlə
və vətəndaşların müraciətləri ilə
iş şöbəsində müvafiq qeydiyyatdan
keçmiş, vərəqləri nömrələnmiş dəftərlərdə,
bloknotlarda aparılmalıdır. Həmin dəftərlər,
bloknotlar məxfi sənədlər kimi işlədilməli və
saxlanmalıdır.
89. Çap olunan məxfi sənədlər makina
bürosunda və ya sənədi çap edən şəxs
tərəfindən “Çap olunan məxfi sənədlərin
qeydiyyat jurnalı”nda qeydiyyatdan keçirilməlidir (əlavə
¹14). Çap olunan məxfi sənədlərin nüsxələrinin
sayı, sənədi icra və çap edənlərin
soyadları inisialları, nüsxələri hər birinin
harada olması barədə qeyd olunmalıdır.
Sənədin arxasında həm də “Çap olunan
məxfi sənədlərin qeydiyyatı kitabı”nda ona verilən
qeydiyyat nömrəsi göstərilir.
90. Göndərilən hər bir məxfi sənədi
icra hakimiyyətinin başçısı və ya onu rəsmən
əvəz edən vəzifəli şəxs
imzalamalıdır. Bu sənəd "Göndərilən məxfi
sənədlərin qeydiyyatı jurnalı”nda (əlavə
¹15) qeydiyyatdan keçməlidir, göndərilmə nömrəsi
və tarix blank rekvizitlərindən, sənədin üst tərəfindən
müvafiq yerdə qeyd olunmalıdır. Burada həmçinin
məxfilik qrifi və nüsxənin nömrəsi də
göstərilməlidir.
91. Məxfi sənədlər icra edildikdən sonra
onlara aid materiallarla birlikdə Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsinə
qaytarılmalı və məxfi iş nomenklaturuna uyğun
müvafiq qovluqda saxlanmalıdır.
XI. İCRA HAKİMİYYƏTİ BAŞÇISININ
APARATINDA VӘTӘNDAŞLARIN TƏKLİF,
ƏRİZƏ VƏ ŞİKAYƏTLƏRİ İLƏ
İŞ VƏ VӘTӘNDAŞLARIN QƏBULUNUN
TƏŞKİLİ QAYDASI
92. İcra hakimiyyəti başçısının
aparatında daxil olmuş vətəndaşların təklif,
ərizə və şikayətləri ilə iş “Vətəndaşların
müraciətləri haqqında” Azərbaycan
Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli
Qanununa və Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29
dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət
hakimiyyəti orqanlarında, idarə, təşkilat və
müəssisələrdə vətəndaşların təklif,
ərizə və şikayətləri üzrə
kargüzarlığın aparılması qaydaları”na
müvafiq olaraq aparılır.[7]
Vətəndaşların icra hakimiyyəti
başçısı aparatına göndərdikləri
bütün təklif, ərizə və şikayətlər
aparatın Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsinə daxil
olub və elə həmin gün müəyyən edilmiş
formalı qeydiyyat-nəzarət vərəqələrində
(jurnalda) (əlavə ¹16) qeydiyyata alınır.
93. Vətəndaşların qeydiyyatdan keçirilən
təklif, ərizə və şikayətləri gündəlik
olaraq baxılmaq üçün icra hakimiyyətinin
başçısına verilir və onun dərkənarına
müvafiq olaraq icra edilmək üçün aparatın
şöbələrinə və digər struktur bölmələrinə
göndərilir. Lazım gəldikdə icra hakimiyyəti
başçısının dərkənarına uyğun
olaraq Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsi müraciətləri
qaldırılan məsələlərin həlli ilə məşğul
olmaq səlahiyyəti olan yerli idarəetmə orqanlarına,
rayonda yerləşən idarə, müəssisə və təşkilatlara
baxılmaq üçün göndərir.
Şikayət ərizələrinin qanuna zidd hərəkətlərindən
(hərəkətsizliyindən) şikayət olunan orqanlara və
ya vəzifəli şəxslərə göndərməyə
icazə verilmir.
İcra hakimiyyətinin başçısı vətəndaşların
təklif, ərizə və şikayətlərinə baxmaq
üçün komissiyalar yarada bilər və həmin
komissiyalara bu və ya digər faktları yoxlamaq səlahiyyətləri
verir. Qaldırılan məsələlərin əhəmiyyətindən
asılı olaraq xüsusi ilə vacib təklif, ərizə
və şikayətlər icra hakimiyyəti
başçısı yanında Şuranın iclasında
müzakirə oluna bilər.
Yuxarıda göstərilən halların
hamısı vətəndaşa mütləq bildirilməli,
onun müraciətinin baxılmaq üçün hara və
kimə göndərildiyi və müraciətə
baxılmasının nəticələri barədə
yazılı məlumat verilməlidir.
Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasından göndərilən vətəndaş təkliflərinə,
ərizə və şikayətlərinə xüsusi nəzarətlə
baxılır. Əgər müraciətə
baxılmasının nəticələri barədə cavab
verilməsi tələb olunursa, Prezidentin Administrasiyasına
qanunla müəyyən edilmiş qaydada və müddətdə
məlumat verilir.
94. Vətəndaşların müraciətlərinə
həmin Qanunda göstərilmiş müddətlərdə
baxılır. Əgər vətəndaşların
yazılı müraciətlərində qaldırılan məsələlər
dərindən öyrənilməyibsə, onlara dair lazımi
tədbirlər görülməyibsə və qanuni cavablar
verilməyibsə, icra hakimiyyətinin başçısı
baxılma müddətini bir az uzada bilər və bu barədə
müəllifə mütləq məlumat verilir. Əlavə
öyrənilmə və yoxlanma tələb olunmayan təklif,
ərizə və şikayətlərə maksimum qısa
müddətdə baxılır.
95. Hər bir təklif, ərizə və şikayətə
baxılmasının nəticələri əsasında vətəndaşın
qaldırdığı məsələ və ya faktlar,
onların yoxlanılma nəticələri barədə
qısa məlumatı özlərində əks etdirən
arayış tərtib edilir. Müraciətdə
baxılmasının nəticələri haqqında rəyi
bilavasitə məktubun üzərində və ya dövlət,
təsərrüfat orqanlarından, müəssisə və
ictimai təşkilatlardan alınmış arayışın
üzərində yazmaq olar.
Vətəndaşların şifahi və
yazılı müraciətlərinə baxılmasının
nəticələri əsasında icra hakimiyyətinin
başçısına təqdim edilən
arayışları başçısının müavini və
ya müvafiq struktur bölməsinin rəhbəri imzalayır
və icraçı viza qoyur.
Qəti qərardan və onun icrasından sonra hər
bir vətəndaş müraciətinin üzərində dərkənarı
qoymuş vəzifəli şəxs tərəfindən
"İşə tikilsin" sözləri yazılmalı,
tarix göstərilməli və imza qoyulmalıdır.
96. Aparatın struktur bölmələrində vətəndaşların
təklif, ərizə və şikayətlərinə
vaxtında, obyektiv və hәrtәrәfli
baxılması üçün məsuliyyəti
başçı, onun müavinləri, şöbə
müdirləri, aparatın müraciətə baxan
işçiləri daşıyırlar. Aparatda vətəndaşların
təklif, ərizə və şikayətlərinə
baxılması ilə əlaqədar mövcud Qanuna əməl
edilməsinə nəzarəti Sənədlərlə və
vətəndaşların müraciətləri ilə iş
şöbəsi həyata keçirir.
Vətəndaşların icra hakimiyyəti
başçısının aparatına daxil olmuş təklif,
ərizə şikayətləri baxıldıqdan sonra onlara
aid bütün materiallarla birlikdə saxlanılmaq
üçün Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsinə
qaytarılmalıdır.
97. Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsi daxil olan
müraciətlər haqqında hər an məlumat hazırlayır,
yarımillikdə və ildə bir dəfə isə vətəndaşların
yazılı və şifahi müraciətlərini xarakterinə
görə müəyyənləşdirir və təhlil
edir, vətəndaşların təklif ərizə və
şikayətlərində qaldırılan ən əhəmiyyətli,
aktual problemlər haqqında icra hakimiyyəti başçısına
arayış verilir. Bu arayışa aparatda vətəndaşların
müraciətlərinə baxılmasının vəziyyəti
və müvafiq Qanuna riayət edilməsi haqqında məlumat
da əlavə edilir.
98. İcra hakimiyyəti başçısı
aparatının vətəndaşları qəbul
otağında vətəndaşları xüsusi qrafik üzrə
hər gün (bazar və bayram günlərindən başqa)
başçı və onun müavinləri, şöbələri
və struktur bölmələrinin rəhbərləri qəbul
edilirlər.
Qrafik әvvәlcәdәn rayonun mətbu
orqanında dərc edilir və qəbul otağında
asılır. Vətəndaşların qəbula
yazılmasının qəbul qrafikinə uyğun olaraq Sənədlərlə
və vətəndaşların müraciətləri ilə
iş şöbəsinin işçiləri həyata
keçirirlər.
Qəbulu aparan icra hakimiyyətinin
başçısı, onun müavinləri, şöbə
müdirləri və aparatın digər işçiləri
tərtib edilmiş qəbul qrafikinə ciddi riayət etməlidirlər.
İcra hakimiyyəti başçısının
razılığı olmadan vətəndaşların qəbulu
qrafikinə dəyişiklik etmək olmaz.
99. Qəbula gələnlərin qeydiyyatı
müvafiq jurnalda (əlavə ¹25) və ya qəbula yazılan
vətəndaşların qeydə alınması vərəqəsində
(əlavə ¹26) aparılır. Bu işə və qəbul
qrafikinə əməl edilməsinə nəzarət Sənədlərlə
və vətəndaşların müraciətləri ilə
iş şöbəsinin müdirinə, vətəndaşın
qaldırdığı məsələnin həllinə nəzarət
icra hakimiyyəti başçısının aparatında vətəndaşı
qəbul edən şəxsə həvalə edirik. Qəbul
zamanı müraciət edənin məsələsini operativ həll
etmək mümkün olmadıqda qəbulu aparan şəxs həmin
müraciətə hansı müddətdə
baxılacağını bildirməlidir. Bu barədə vətəndaşın
qeydə alınması vərəqəsində (jurnalda)
müvafiq qeyd və tapşırığın məzmunu yazılır.
Aparatın şöbələri şikayətə
baxılmasının son nəticələri haqqında Sənədlərlə
və vətəndaşların müraciətləri ilə
iş şöbəsinin müdirinə məlumat verirlər
və o, şikayəti nəzarətdən
çıxarır. Bütün hallarda qəbulda olmuş vətəndaşa
onun müraciətinə baxılmasının nəticəsi
haqqında məlumat verilir.
Qəbul zamanı vətəndaş yazılı
müraciət təqdim etdikdə həmin müraciət
müəyyən edilmiş qaydada qeydiyyat-nəzarət vərəqəsində
qeydiyyata alınmalıdır.
X. İCRA HAKİMİYYƏTİ BAŞÇISININ
APARATINDA KADR MƏSƏLƏLƏRİNƏ DAİR SƏNƏDLƏRİN
RƏSMİLƏŞDİRİLMƏSİ QAYDASI
100. İcra hakimiyyəti başçısının
aparatında baxılan vəzifələrin
siyahısının tərtib edilməsi, kadr məsələlərinə
dair təkliflərin hərəkəti və onlara
baxılması qanunvericiliyə əsasən icra hakimiyyətinin
başçısı tərəfindən həyata
keçirilir. İcra hakimiyyəti başçısının
aparatında baxılan vəzifələrin siyahısı
yerli icra hakimiyyətləri haqqında Əsasnaməyə
uyğun olaraq üç hissədən ibarətdir:
1-ci siyahı: icra hakimiyyəti başçısı
tərəfindən təyin edilənlər: bu siyahıya icra
hakimiyyəti başçısı aparatının, onun idarələrinin
və xidmətlərinin kadrları, icra hakimiyyəti
başçısının rayon tabeliyində olan şəhərdə,
qəsəbə və kəndlərdə nümayəndəliklərinin
rəhbər işçiləri daxildir. Rayon və şəhər
icra hakimiyyəti başçısının müavinləri
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
ilə razılaşdırılmaqla icra hakimiyyətinin
başçısı tərəfindən vəzifəyə
təyin və vəzifədən azad olunur. Bakı şəhəri
rayonları icra hakimiyyəti başçılarının
müavinləri Bakı şəhəri İcra hakimiyyəti
başçısı ilə razılaşdırılmaqla
müvafiq icra hakimiyyəti başçısı tərəfindən
vəzifəyə təyin və vəzifədən azad
edilir. Naxçıvan Muxtar Respublikasında müvafiq icra
hakimiyyəti başçısının müavinləri
Naxçıvan Muxtar Respublikasının ali vəzifəli
şəxsi ilə razılaşdırılmaqla müvafiq
icra hakimiyyəti başçısı tərəfindən vəzifəyə
təyin və vəzifədən azad edilir.
Mərkəzi icra hakimiyyəti orqanlarının yerli
qurumlarının rəhbərləri (Ədliyyə, Daxili
İşlər, Milli Təhlükəsizlik, Müdafiə,
Vergilər Nazirliklərinin, Dövlət Təhlükəsizliyi
Xidmətinin, Dövlət Gömrük Komitəsinin və
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin
yerli bölmələrinin rəhbərləri istisna olmaqla)
2-ci və 3-cü siyahıya uyğun olaraq vəzifəyə
təyin və vəzifədən azad edilir. [8]
2-ci siyahı: icra hakimiyyəti
başçısının razılığına əsasən
həmin mərkəzi icra hakimiyyəti orqanları tərəfindən
təyin edilənlər: bu siyahıya Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin, Ticarət Nazirliyinin, Təhsil
Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Dövlət Torpaq
Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Sosial
Müdafiə Fondunun yerli orqanlarının rəhbərləri
daxildir. İcra hakimiyyəti başçısı bu
siyahıda nəzərdə tutulan vəzifəyə təyin
olunacaq kadrla söhbət edib razılığını
müvafiq mərkəzi icra orqanına bildirdikdən sonra həmin
orqan onu bu vəzifəyə təyin edir və qərarın
surətini icra hakimiyyətinin başçısına
göndərir. [9]
3-cü siyahı: Azərbaycan Respublikasının
müvafiq mərkəzi icra hakimiyyəti orqanları ilə
razılaşdırılmaqla icra hakimiyyəti
başçısı tərəfindən təyin edilənlər:
bu siyahıya 2-ci siyahıda müәyyәn edilmiş
hallardan başqa ikili tabelikdə olan orqanların rəhbərləri
daxildir. Bu siyahıya daxil olan kadrların təyin olunması
qaydası 1-ci siyahıda olduğu kimidir. Əlavə olaraq
icra hakimiyyəti başçısının aparatı və
ya Şura tərəfindən icra hakimiyyəti
başçısına tövsiyə olunmuş kadrlar
müvafiq nazirlik və baş idarələrlə
razılaşdırıldıqdan sonra təyin edilir.
Ümumiyyətlə icra hakimiyyəti
başçısı rayon, şəhər ərazisində
yerləşən müəssisə, təşkilat və
idarələr tərəfindən kadrların seçilib yerləşdirilməsinə
müntəzəm nəzarət edir və lazım gələrsə,
kadr məsələlərinin həllində yaxından
iştirak edir.
101. Kadr məsələlərinə baxılması
üçün icra hakimiyyəti
başçısının aparatına
aşağıdakı sənədlər təqdim edilməlidir:
təklif olunan kadr dəyişikliklərinin
yazılı surətdə əsaslandırılmış səbəbləri,
təklif edilən işçinin avtobioqrafiyası;
şəxsən doldurulmuş anket (əlavə ¹17)
4x6 ölçülü iki fotoşəkil;
təhsil haqqında sənədlərin surəti;
tibbi arayış
102. İcra hakimiyyətini başçısının
aparatına daxil olmuş təqdimat və işçinin
uçot-xasiyyətnamə sənədləri Sənədlərlə
və vətəndaşların müraciətləri ilə
iş şöbəsində qeydiyyata alındıqdan sonra
aidiyyətı üzrə baxılmaq üçün
aparatın müvafiq struktur bölməsinə verilir. Həmin
şöbə təklifi dərindən və hərtərəfli
öyrənir, namizəd haqqında öz rəyini
yazılı surətdə icra hakimiyyəti
başçısına bildirir.
İcra hakimiyyəti başçısının
razılığı olarsa, həmin namizədin vəzifəyə
təyin edilməsi haqqında (1-ci və 3-cü siyahı
üzrə) icra hakimiyyəti başçısının sərəncamı
hazırlanır, yaxud (2-ci siyahı üzrə) onun
razılığı haqqında müvafiq mərkəzi icra
hakimiyyəti orqanlarına bildiriş göndərilir.
103. Qərar qəbul edildikdən sonra sərəncamın
surəti və işçinin uçot-xasiyyətnamə sənədləri
aparatın kadr işlərinin aparılması həvalə
edilmiş şöbəsinə (işçisinə) təhvil
verilir və orada aşağıdakı sənədlərdən
ibarət şəxsi iş açılır:
nömrələnmiş qovluq;
kadrların uçotu üzrə anketə əlavə
(əlavə ¹18);
anket;
avtobioqrafiya;
təhsil haqqında sənədlərin surəti;
şəxsi işdə olan sənədlərin
siyahısı (əlavə ¹19);
tibbi arayış;
nəzarət vərəqəsi (əlavə ¹20).
Kadr işlərini aparan şöbə (işçi)
vaxtaşırı işçilәri səciyyələndirən
sonrakı dəyişikliklərin –təhsil, elmi dərəcə
təltif, seçkili orqanlarda iştirak haqqında və s. məlumatları
şəxsi işə əlavə edir.
Şəxsi iş tanışlıq üçün
aparatın şöbələrinə verilərkən nəzarət
vərəqəsində müvafiq qeyd yazılır.
Şəxsi işin axtarışını
asanlaşdırmaq üçün işçilərin əlifba
sırası ilə (əlavə ¹21) və vəzifə
sırası ilə (əlavə ¹22) kartotekası
yaradılır.
104. Şəxsi işlər qapısına
möhür vurulan xüsusi otaqda, ayrıca otaq olmadıqda isə
Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsində
metal şkafda saxlanılır.
105. İşçi vəzifədən azad edilərkən
onun şəxsi işi “Milli arxiv fondu haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
müddətdə müvəqqəti mühafizə olunur və
həmin müddət başa çatdıqdan sonra Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi
qaydaya uyğun olaraq daimi dövlət mühafizəsinə təhvil
verilir. Həmin müddət başa çatdıqdan sonra
şəxsi işlər ekspert komissiyasının rəyi əsasında
arxivə təhvil verilir və ya məhv edilir, bu barədə
akt tərtib olunur.[10]
XI. İCRA HAKİMİYYƏTİ
BAŞÇıLARıNıN APARATLARıNDA İCRAYA
NƏZARƏT VƏ YOXLAMA İŞLƏRİNİN
TƏŞKİLİ
106. İcra hakimiyyəti başçısının
aparatında Azərbaycan Respublikası qanunlarının və
digər normativ aktlarının, habelə icra hakimiyyəti
başçısının sərəncamı, əmr və
tapşırıqlarının icrasına nəzarət və
icranın yoxlanılması işlərinin təşkilinə
icra hakimiyyətinin başçısı rəhbərlik
edir.
107. Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsi icra
hakimiyyəti başçısı tərəfindən onun
müavinlərinə, aparatın struktur bölmələrinin
rəhbərlərinə, rayonun idarə, müəssisə və
təşkilatlarına verilən və icrası barədə
məlumat tələb edilən aşağıdakı
tapşırıqları nəzarətə götürür
və onların icra müddətlərinə nəzarət
edir:
a) icra hakimiyyəti başçısının sərəncamlarında
və əmrlərində verilən tapşırıqlar;
b) xidməti sənədlərdə verilən
tapşırıqlar;
v) icra hakimiyyəti başçısının
yanında keçirilən müşavirələrin,
görüşlərin, yığıncaqların
protokollarında rəsmiləşdirilmiş
tapşırıqlar.
108. Vətəndaşların şifahi və
yazılı müraciətlərinin nəzarətə
götürülməsi və baxılma müddətlərinin
müəyyənləşdirilməsi “Vətəndaşların
müraciətləri haqqında” Azərbaycan
Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli
Qanununun və Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29
dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş
"Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat
və müəssisələrində vətəndaşların
təklif, ərizə və şikayətləri üzrə
kargüzarlığın aparılması qaydaları" əsasında
həyata keçirilir.[11]
109. Məsul icraçı icra hakimiyyəti
başçısının sərəncamında və ya əmrində
verilən tapşırıq və ya onun dərkənarı əsasında
müəyyən edilir.
Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsi nəzarətə
götürülən tapşırıqların icra müddətlərini
icra hakimiyyəti başçısının sərəncamında
və əmrində, dərkənarında göstərilən
vaxt əsasında müəyyənləşdirir. Təcili
xarakter daşıyan və icra müddəti göstərilməyən
tapşırıq 15 gün ərzində yerinə yetirilməlidir.
Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsi
tapşırığın nəzarətə
götürüldüyünü icraçıların nəzərinə
çatdırır, tapşırıqların müəyyən
edilmiş müddətdə icraçılar tərəfindən
icra edilməsini tələb edir və
tapşırıqların yerinə yetirilməsi və nəzarətdən
çıxarılması haqqında icra hakimiyyəti
başçısına məruzə edir.
Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsi
tapşırığın icrası müddətini, zəruri
hallarda, icra hakimiyyəti başçısının dərkənarı
əsasında uzadır.
Nəzarətdə olan tapşırıqların
icrası bir icraçıdan başqa icraçıya ancaq
icra hakimiyyəti başçısının yeni dərkənarı
ilə həvalə edilə bilər.
İcra hakimiyyəti başçısı
aparatının struktur bölmələrində nəzarət
işi həmin qurumların rəhbərləri tərəfindən
həyata keçirilir. Nəzarət işlərinin təşkilində
struktur bölmələrinin işçilərinə metodiki
yardım göstərilməsi Sənədlərlə və
vətəndaşların müraciətləri ilə iş
şöbəsinə həvalə olunur.
110. Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsində xidməti
sənədlər üzrə nəzarət jurnalı (əlavə
¹ 23) olmalı və nəzarətdə olan
tapşırıqlar orada qeydiyyata alınmalıdır.
Yuxarı təşkilatlardan gələn sənədlərin
qeydiyyatı ayrıca jurnalda (əlavə ¹ 24)
aparılmalıdır.
Nəzarətə götürülən
tapşırıqlara aid qeydiyyat ştampının yanında
«Nəzarətdədir» ştampı vurulur (əlavə ¹ 3).
XII. MAKİNA YAZıSı,
SURƏTÇıXARMA-ÇOXALTMA VƏ STENOQRAFİYA
İŞLƏRİ
111. Aparatda makina yazısı işlərini Sənədlərlə
və vətəndaşların müraciətləri ilə
iş şöbəsinin və aparatın digər şöbələrinin
makinaçıları və bu işə məsul
işçiləri mövcud Təlimat və icra hakimiyyəti
başçısının aparatında müəyyən
edilmiş çap qaydaları əsasında yerinə yetirirlər.
Materiallar daxil olduğu ardıcıllıqla çap
edilir. Təcili icra edilməli materiallar Sənədlərlə
və vətəndaşların müraciətləri ilə
iş şöbəsi müdirinin icazəsi ilə növbədənkənar
çap edilir.
Sənədlər kompüterdən və makina
yazısı texnikasından istifadə edilməklə
çap edilir.
112. Çap olunmaq üçün verilən əlyazmaları
və başqa materiallar redaktə edilməli və aydın
yazılmalıdır. Səliqəsiz yazılmış
materiallar çap üçün qəbul olunmur.
113. Materiallar çap olunmağa veriləndə
onların nüsxələrinin sayı, hansı blankda
yazılması, icraçının soyadı göstərilməlidir.
İcraçılar soyadların, xüsusi terminlərin, təşkilat
adlarının, xarici sözlərin və coğrafi
adların dəqiq və aydın yazılmasına xüsusi
diqqət yetirməlidirlər.
114. Materiallar müvafiq blanklarda və standart
kağız vərəqlərində, bir qayda olaraq, bir
nüsxədə çap olunur. Sənədin ikinci və
sonrakı səhifələri nömrələnir. Nömrə
sənədin yuxarı hissəsində ortada ərəb rəqəmləri
ilə və durğu işarələri qoyulmadan
yazılır. Çap olunmuş materiallarda vərəqin sol,
aşağı və yuxarı tərəflərində 3,5
santimetr, sağ tərəfində 1 santimetr haşiyə
saxlanılır. Çap olunmuş materialın sonuncu vərəqinin
arxasında nüsxələrin sayı və onları
çap edənlərin inisialları göstərilir.
İcra hakimiyyəti başçısının sərəncamlarının
və əmrlərinin layihələri imzalanmaq
üçün hazırlandıqda nüsxələrin
sayı və çap edənin inisialları sonuncu vərəqin
arxa tərəfində yazılır.
115. Aparatda surətçıxarma-çoxaltma işlərini
Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsi həyata
keçirir.
Surəti çıxarılmağa və
çoxaldılmağa yalnız xidməti xarakterli materiallar qəbul
olunur. Çoxaldılmalı olan materiallar təmiz və
aydın yazılmalıdır. Solğun yazılmış
çirkli materiallar surətçıxarma və çoxaltma
üçün qəbul edilmir.
116. İcra hakimiyyəti başçısının
yanında Şuranın iclaslarının və müşavirələrin
səs yazısı olan maqnit daşıyıcıları
(lentlər, kasetlər, disklər) xüsusi jurnalda uçota
alınır və Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsində
saxlanılır.
117. İcra hakimiyyəti başçısının
göstərişi ilə səs yazısı əsasında
bu və ya digər iclasların stenoqramları
hazırlanır və müvafiq qaydada rəsmiləşdirilir.
118. İcra hakimiyyəti başçısının
tapşırığı ilə səs yazısı olan
kasetlər daimi mühafizə üçün arxivə verilə
bilər və ya maqnitsizləşdirmək yolu ilə silinə
bilər. Bu barədə akt tərtib olunur və jurnalda
müvafiq qeydiyyat aparılır.[12]
XIII. KARGÜZARLıĞıN APARıLMASıNA
NƏZARƏT VƏ SORĞU İŞİ
119. Aparatda kargüzarlığın
aparılmasına nəzarət işini bilavasitə Sənədlərlə
və vətəndaşların müraciətləri ilə
iş şöbəsi görür. Sənədlərlə və
vətəndaşların müraciətləri ilə iş
şöbəsinə aşağıdakılar həvalə
edilir:
aparatda kargüzarlığın vəziyyətinin
yoxlanması və bu barədə icra hakimiyyəti
başçısına məlumat verilməsi;
kargüzarlıqla məşğul olan işçilərə
təlimat verilməsi;
aparatda kargüzarlığın təkmilləşdirilməsinə
dair təkliflər hazırlanması;
kargüzarlığın aparılmasında
qabaqcıl təcrübənin ümumiləşdirilməsi və
yayılması;
kargüzarlıq məsələləri ilə məşğul
olan şəxslərin peşə ixtisasını yüksəltmək
üçün məşğələlərin təşkilində
və keçirilməsində iştirak edilməsi.
Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsində
saxlanılan və icra olunmuş sənədlərdən
istifadə etməyə, sənədlərin surətlərini
və sənədlərdən çıxarışları
digər şəxslərə verməyə yalnız icra
hakimiyyəti başçısının göstərişi
ilə icazə verilir.
XIV. İCRA HAKİMİYYƏTİ
BAŞÇıSıNıN APARATıNDA
İŞLƏRİN NOMENKLATURUNun TƏRTİB
EDİLMƏSİ, QOVLUQLARıN
FORMALAŞDıRıLMASı, ARXİVƏ TƏHVİL
VERİLMƏYƏ HAZıRLANMASı VƏ CARİ
ARXİVDƏN İSTİFADƏ QAYDALARı
120. Qovluqların düzgün
formalaşdırılması, sənədlərin tez tapılmasının
təmin edilməsi, işlərin sistemləşdirilməsi və
uçotu, onların saxlanılma müddətlərinin müəyyən
edilməsi və gələcəkdə arxivə lazımi səviyyədə
təhvil verilməsi məqsədilə hər il aparatın
işlərinin ümumi nomenklaturu – siyahısı tərtib
edilir.[13]
121. Aparatın iş nomenklaturunu şöbələrin
və digər struktur bölmələrinin təkliflərini
nəzərə almaqla Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsi tərtib
edir və icra hakimiyyətinin başçısı təsdiq
edir.
122. İcra edilmiş sənədlər təsdiq
edilmiş iş nomenklaturuna uyğun olaraq şöbələr
və digər struktur bölmələri tərəfindən
qovluqlarda formalaşdırılır.
123. İcra edilmiş işlər mühafizə
üçün Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsinin arxivinə
təhvil verilməzdən əvvəl icra hakimiyyəti
başçısı aparatının bu sahəyə məsul
işçiləri aşağıdakı məsələlərə
diqqət yetirməlidirlər:[14]
qovluqda sənədlərin hamısının
olub-olmadığını yoxlamalı;
qovluqda işə tikilməli sənədlərin
hamısının bu Təlimata uyğun sürətdə
qeydə alınıb-alınmadığını
yoxlamalı və qeydə alınmamış sənədlər
aşkar etdikdə onları qeydə aldırmalı;
qovluqda sənədlərin yerləşməsinin
düzgünlüyünü yoxlamalı;
bölmə-bölmə tikilmiş işlərin
siyahısında şöbələrin adlarının
tikilmiş sənədlərə uyğun gəlib-gəlmədiyini
yoxlamalı;
qovluğun vərəqlərini sağ küncdən
başlayaraq yuxarıdan aşağı adi karandaşla
nömrələməli.
124. Qovluğun Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsinin arxivinə
təhvil verməli olduğunu icra hakimiyyətinin
başçısı və ya onu həmin vaxt əvəz edən
müavinləri müəyyən edir.
Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsinin cari
arxivinə verilmiş sənədlərin istifadə
üçün götürülməsi yalnız icra hakimiyyəti
başçısının və ya onu əvəz edən
müavinin icazəsi ilə mümkündür.
125. Növbəti ilə adlayan işlər istisna
olmaqla bir ilin bütün sənədləri qovluqda
formalaşdırılır. Bir qovluqdakı vərəqlərin
sayı 200-250-dən çox olmamalıdır. Sənədlər
qovluqda bir nüsxədə tikilir.
126. İşlərin nomenklaturu tərtib edilərkən,
işlər formalaşdırılarkən və sənədlərin
işlərə düzgün daxil edilməsi yoxlanılarkən
icra hakimiyyəti başçısının aparatında sənədlərin
ekspertizası keçirilir. Bu iş sənədlər daimi
mühafizə üçün Dövlət Arxivinə verilərkən
də aparılır. Ekspertizanı icra hakimiyyətində
daimi fəaliyyət göstərən sənədlərin
ekspertizası və arxiv işi üzrə ekspert
komissiyası aparır.
Ekspert komissiyasının tərkibi icra hakimiyyəti
başçısının sərəncamı ilə təsdiq
edilir.
127. Sənədlər Dövlət Arxivinə təhvil
vermək üçün hazırlanarkən onlar yenidən
ekspertizadan keçirilməli, daimi mühafizə olunan sənədlərin
və işlərin siyahıları, ləğv edilmək
üçün ayrılan sənədlərin və işlərin
aktları tərtib edilməlidir.[15]
İcra hakimiyyəti başçısının
aparatında olan sənədlər “Milli arxiv fondu haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş müvəqqəti mühafizə müddəti
başa çatdıqdan sonra Azərbaycan Respublikası Nazirlər
Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq daimi
dövlət mühafizəsinə təhvil verilir. Arxivə təhvil
verilməli olmayan sənədlər ekspertiza
komissiyasının qərarı əsasında icra hakimiyyəti
başçısının təsdiq etdiyi akt üzrə məhv
edilir.[16]
Sənədlər daimi saxlanmaq üçün
Dövlət Arxivinə təhvil verilərkən
aşağıdakı işlər yerinə yetirilməlidir:[17]
sənədlərin tərkibi və keyfiyyəti
yoxlanmalıdır;
üz qabığında (qovluğun axırında),
ümumi qovluqda isə, həm də bölmələrin
siyahısında təsdiqləyici imza qoyulmalı, qovluğun
nömrələnmiş vərəqlərinin sayı rəqəmlə
və sözlə göstərilməlidir. Lazım gəldikdə
vərəqlərin nömrələnməsinin xüsusiyyətləri
və işə tikilmiş sənədlərin fiziki vəziyyəti
qeyd edilir;
araqatları, metal bəndlər,
pәrçimlәr qovluqdan çıxarılmalı və
sənədlər müəyyən edilmiş qaydada sapla
tikilmәlidir;
qovluğu arxivə təhvil vermək
üçün hazırladıqdan sonra ümumi qovluğun
bölmələr siyahısının birinci səhifəsində
(sağdan aşağı küncdə), ayrı-ayrı
qovluqların isə sonuncu sənədində
(axırıncı səhifənin arxa tərəfində)
«Arxivə» sözü yazılmış ştamp
vurulmalıdır.
XV. MÖHÜRLƏRİN VƏ ŞTAMPLARIN
HAZIRLANMASI VƏ SAXLANMASI
128. İcra hakimiyyəti başçısının
aparatında, habelə icra hakimiyyəti
başçısının nümayəndəliklərində
işdə lazım olan möhürləri və
ştampları icra hakimiyyəti başçısının
sərəncamı ilə Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsinə
hazırlatdırır.
129. Möhürlər və ştamplar xüsusi
jurnalda basma mətn üzrə uçota alınır və Sənədlərlə
və vətəndaşların müraciətləri ilə
iş şöbəsinin istifadəsində olur. Qeyri-iş
vaxtlarında möhürlər və ştamplar seyfdə və
ya metal şkafda saxlanılır.
130. İcra hakimiyyəti başçısının
gerbli möhürü icra hakimiyyəti
başçısının seyfində, icra hakimiyyəti
başçısının aparatının digər
möhür və ştampları isə Sənədlərlə
və vətəndaşların müraciətləri ilə
iş şöbəsinin müdirinin seyfində
saxlanılır.
131. Korlanmış, qüvvədən
düşmüş olan, yaxud işlədilməyən
möhürlər və ştamplar icra hakimiyyəti
başçısı tərəfindən təsdiq
edilmiş akt üzrə məhv edilir və bu, uçot
jurnalında qeyd olunur.
XVI. RAYON TABELİ ŞƏHƏRLƏRDƏ,
QƏSƏBƏLƏRDƏ VƏ KƏNDLƏRDƏ RAYON,
ŞƏHƏR RAYONU İCRA HAKİMİYYƏTİ
BAŞÇISININ NÜMAYƏNDƏLİYİNDƏ
SƏNƏDLƏRLƏ İŞİN APARILMASI
132. Rayon tabeli şəhərlərdə, qəsəbələrdə
və kəndlərdə rayon, şəhər, şəhər
rayonu icra hakimiyyəti başçısının nümayəndəliyində
sənədlərin rəsmiləşdirilməsi və
baxılması qaydası yerli icra hakimiyyətləri
haqqında Əsasnaməyə və bu Təlimata uyğun
olaraq aparılır.
133. Rayon tabeli şəhərlərdə, qəsəbələrdə
və kəndlərdə rayon, şəhər, şəhər
rayonu icra hakimiyyəti başçısının nümayəndəliyində
vətəndaşların müraciətlərinə
baxılması və onların qəbulu Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı
ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti
orqanlarında, idarə, təşkilat və müəssisələrdə
vətəndaşların tәklif, ərizə və
şikayətləri üzrə kargüzarlığın
aparılması qaydaları” ilə müəyyənləşdirilir.
134. Rayon, şəhər, şəhər rayonu icra
hakimiyyəti başçısının nümayəndəsi
qanunvericilikdə müəyyən edilmiş qaydada vətəndaşların
vəziyyəti aktlarının qeydiyyatını aparır,
notariat işlərini görür, vətəndaşlara
onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq
edən arayışlar verir və bununla əlaqədar
nümayəndəlikdə verilən arayışlar
üçün müvafiq qeydiyyat kitablarını aparır.
135. Rayon, şəhər, şəhər rayonu icra
hakimiyyəti başçısının nümayəndəsi
həmin nümayəndəlikdə sənədləşmənin
düzgün aparılmasına, bu Təlimatın tələblərinə
nümayəndəliyin bütün işçiləri tərəfindən
əməl edilməsinə məsuliyyət
daşıyır.
136. Rayon, şəhər, şəhər rayonu icra
hakimiyyəti başçısının nümayəndəliyində
işdə lazım olan blankları, qeydiyyat kitablarını,
möhür və ştampları icra hakimiyyəti
başçısının sərəncamı ilə Sənədlərlə
və vətəndaşların müraciətləri ilə
iş şöbəsi hazırlayır və icra hakimiyyəti
başçısının nümayəndəsinə verir.
Onların işlədilməsi və mühafizə edilməsi
üçün icra hakimiyyəti
başçısının nümayəndəsi məsuliyyəti
daşıyır.
***
137. İcra hakimiyyəti başçısının
aparatının, icra hakimiyyəti
başçısının yerlərdəki nümayəndəliklərinin
işçiləri vəzifəyə təyin olunarkən Sənədlərlə
və vətəndaşların müraciətləri ilə
iş şöbəsinin müdiri tərəfindən bu Təlimatla
tanış edilirlər, bu barədə xüsusi jurnalda imza
edilməklə müvafiq qeyd yazılır və həmin
jurnal Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsində
saxlanılır.
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 mart, ¹ 3.- S.1021-1038.