1999-cu iyulun 23-də Daşkənd şəhərində Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında imzalanmış sənədlər barəsində

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

 

1999-cu iyulun 23-də Daşkənd şəhərində Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

1) Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında neft-qaz sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş;

2) Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında qaz sahəsinin inkişaf etdirilməsində əməkdaşlıq haqqında Saziş;

3) Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında neft maşınqayırması sahəsində əməkdaşlığın əsas prinsipləri haqqında Saziş;

4) Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ilə Özbəkistan Respublikası Makroiqtisadiyyat və Statistika Nazirliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Saziş;

5) Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında geodeziya, kartoqrafiya, kadastr və yerin məsafədən zondla tədqiq edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş;

6) İkitərəfli əməkdaşlıq üzrə Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası komissiyasının ikinci iclasının Protokolu.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədlərin həyata keçirilməsi üçün lazımi tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndinin 1-5-ci yarımbəndlərində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında Özbəkistan Respublikasının Hökumətini xəbərdar etsin.

 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

 

Bakı şəhəri, 6 mart 2000-ci il

                 ¹ 348

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 mart, ¹ 3.- S.1071.