Azərbaycan Respublikası Hökuməti
ilə Özbəkistan Respublikası Hökuməti
arasında neft maşınqayırması sahəsində əməkdaşlığın
əsas prinsipləri haqqında
Sazİş
Bundan sonra “Tərəflər”
adlanan Azərbaycan Respublikası Hökuməti və Özbəkistan
Respublikası Hökuməti,
ikitərəfli
qarşılıqlı faydalı iqtisadi əlaqələri
genişləndirmək istəyərək,
xammal bazalarının səmərəli
istifadəsi, əməkdaşlığın yeni
formalarının təşkili və təsərrüfat
subyektləri arasında bazar münasibətlərinin təkmilləşdirilməsi
üçün əlverişli şəraitin
yaradılmasında qarşılıqlı maraqlı
olduqlarını təsdiq edərək,
iqtisadiyyatın
başlıca sahələrindən biri kimi, neft-qaz sənayesinin
inkişafına mühüm əhəmiyyət verərək
və onun bütün regionun gələcəyində əhəmiyyətini
dərk edərək,
neft
maşınqayırma sənayesinin qarşılıqlı
inteqrasiyalaşmış olduğunu və neft-qaz sahəsinin
inkişafında baza təşkil etdiyini nəzərə
alaraq,
aşağıdakılar barədə
razılığa gəldilər:
Maddə 1
Tərəflər,
neft-qaz kompleksinin neft maşınqayırma məhsulları ilə
təmin edilməsi sahəsində əvvəlki əlaqələrin
saxlanılması və onların daha da inkişaf etdirilməsi
məqsədilə mühüm növ neft-mədən və
qazma avadanlıqları istehsalının təşkilində,
onlara servis xidməti göstərilməsi, göndərilən
avadanlıqların əsaslı və cari təmiri,
onların ehtiyat hissələri ilə dəstləşdirilməsi
üzrə birgə müəssisələrin, həmçinin
neft-qaz-mədən avadanlıqlarının satışı
üzrə bazaların yaradılması işində səylərini
birləşdirəcəklər.
Maddə 2
Tərəflər, təsərrüfat
subyektlərinə bağlanmış müqavilələrin
(kontraktların) icrası ilə bağlı neft-qaz-mədən
avadanlıqlarının, ehtiyat hissələrinin və
materiallarının göndərilməsi üzrə öz
üzərlərinə götürdükləri öhdəliklərin
yerinə yetirilməsində hərtərəfli köməklik
göstərəcəklər.
Maddə 3
Tərəflər, təsərrüfat
subyektləri arasında qarşılıqlı faydalı əməkdaşlığın
səmərəliliyini yüksəltmək marağı əsasında
neft maşınqayırma müəssisələri tərəfindən
işlənib hazırlanan və istehsal olunan məhsulların,
həmçinin göstərilən əsas xidmət növlərinin
siyahılarının müntəzəm mübadiləsini həyata
keçirəcəklər.
Tədiyə-hesablaşma
və digər maliyyə əməliyyatları Tərəflərin
mövcud qanunvericiliyinə uyğun aparılacaqdır.
Maddə 4
Tərəflər, milli
energetika proqramlarının işlənməsi zamanı
neft-qaz sənayesində inteqrasiya əlaqələrinin daha da
dərinləşməsi, elmi-texniki əməkdaşlığın
inkişafı və yeni texnikanın tətbiqi məqsədilə
birgə məsləhətləşmələr aparacaqlar.
Maddə 5
Tərəflər vahid
metodoloji yanaşma əsasında neft-qaz
avadanlıqlarının hazırlanması, göndərilməsi
və istifadəsi zamanı beynəlxalq ekoloji standartlara nail
olunmasını təmin edən zəruri tədbirlər
görəcəklər.
Maddə 6
Tərəflər,
iqtisadi qarşılıqlı əlaqələri gücləndirmək
məqsədilə onların ərazilərində
keçirilən tenderlərdə, sərgilərdə,
yarmarkalarda iştirak etmək üçün neft-qaz şirkətlərini
dəvət edəcəklər.
Maddə 7
Bu Sazişin yerinə
yetirilməsi üçün Tərəflərin səlahiyyətli
orqanları aşağıdakılardır:
Azərbaycan
Respublikasından — «Azneftkimyamaş» Dövlət Şirkəti
və Dövlət Neft Şirkətinin Maşınqayırma
İstehsalat Birliyi;
Özbəkistan
Respublikasından — «Özbəkneftqazmaş» səhmdar şirkəti,
«Özbəkneftqaz» Milli holdinq şirkəti.
Maddə 8
Bu Sazişin təfsiri və
tətbiqi ilə əlaqədar yarana biləcək
bütün mübahisəli məsələlər Tərəflər
arasında danışıqlar və məsləhətləşmələr
yolu ilə həll ediləcək.
Maddə 9
Tərəflər,
qarşılıqlı razılıq əsasında, bu
Sazişə onun tərkib hissəsi olan müvafiq protokollarla
rəsmiləşdirilən zəruri əlavə və dəyişikliklər
edə bilər.
Maddə 10
Bu Saziş Tərəflərin
onun qüvvəyə minməsi üçün zəruri olan
dövlətdaxili prosedurları yerinə yetirmələri barədə
son bildirişinin alındığı tarixdən qüvvəyə
minir və beş il müddətinə qüvvədədir.
Əgər Tərəflərdən hər hansı biri
altı aydan gec olmamaq şərti ilə Sazişə xitam
vermək niyyəti barədə digər Tərəfə
bildirməzsə, bu Sazişin qüvvəsi avtomatik olaraq
sonrakı birillik müddətlərə uzadılır.
Daşkənd şəhərində
1999-cu ilin iyulun 23-də hər biri Azərbaycan, özbək və
rus dillərində iki əsl nüsxədə
imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə
malikdir.
Tərəflər, bu
Sazişin müddəalarının təfsiri məqsədilə
rus dilindəki mətndən istifadə edəcəklər.
Azərbaycan Respublikası Hökuməti
Özbəkistan Respublikası Hökuməti
adından
adından
(İmza)
(İmza)
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 mart, ¹ 3.- S.1074-1075.