Azərbaycan Respublikası Hökuməti
ilə Özbəkistan Respublikası Hökuməti
arasında geodeziya, kartoqrafiya,
kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi
sahəsində əməkdaşlıq
haqqında
Sazİş
Bundan sonra “Tərəflər”
adlandırılan Azərbaycan Respublikası Hökuməti və
Özbəkistan Respublikası Hökuməti,
bərabər hüquq,
qarşılıqlı hörmət və
qarşılıqlı fayda prinsipləri əsasında
geodeziya, kartoqrafiya sahəsində, həmçinin elmin
sıx əlaqəli və texnikanın, texnologiyanın
praktiki tətbiqi sahələrində ikitərəfli əməkdaşlığın
daha da inkişaf etdirilməsinə birgə səylərini
bildirərək,
aşağıdakılar barədə
razılığa gəldilər:
Maddə 1
Tərəflər
hamı tərəfindən qəbul olunmuş beynəlxalq
hüquq normaları və prinsipləri əsasında öz
dövlətlərinin qanunvericiliyinə müvafiq olaraq ikitərəfli
əlaqələrin, həmçinin geodeziya, kartoqrafiya,
kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi
sahəsində qarşılıqlı əməkdaşlığın
hər bir formasının inkişafı üçün
bütün tədbirləri görəcək və istənilən
şəraiti yaradacaqlar.
Maddə 2
Tərəflər birgə
işlərin əlaqələndirilməsinə, həmçinin
bu Sazişin şərtlərinin yerinə yetirilməsinə
cavabdehliyi və nəzarəti özlərinin
aşağıdakı təşkilatlarına həvalə
edirlər:
Azərbaycan
Respublikasında — Azərbaycan Respublikasının Dövlət
Geodeziya və Xəritəçəkmə Komitəsi;
Özbəkistan
Respublikasında — Özbəkistan Respublikasının Nazirlər
Kabineti yanında Geodeziya, Xəritəçəkmə və
Dövlət Kadastrı Baş İdarəsi.
Maddə 3
Bu Saziş çərçivəsində
əməkdaşlıq Tərəflərin bu Sazişin 2-ci
maddəsində göstərilən dövlət geodeziya xidmətləri
tərəfindən həyata keçiriləcəkdir və
aşağıdakı fəaliyyət sahələrini və
növlərini əhatə edə bilər:
topoqrafiya-geodeziya və
kartoqrafiya işlərinin aparılması, xəritələrin,
atlasların və digər növ çap məhsullarının
nəşri üzrə poliqrafiya xidmətləri;
ərazinin aerokosmik plana
alma işlərinin yerinə yetirilməsi və məsafədən
zondla tədqiqi üzrə göstəricilərin mübadiləsi;
geoinformasiya sistemlərinin,
kadastrların rəqəmli məlumatlar və elektron xəritələr
banklarının yaradılması metodologiyasının
işlənib hazırlanması;
inzibati-ərazi
bölgüsünün, coğrafi obyektlərin
adlarının dəyişdirilməsi ilə əlaqədar,
Tərəflərin ərazilərinin coğrafi tədqiqinə
və coğrafi xəritələrinin məzmununun yeniləşdirilməsinə
aid məlumatların mübadiləsi;
digər elmi-texniki və
istehsalat məlumatları üzrə mübadilə;
təcrübi-konstruktor
işlərinin birgə yerinə yetirilməsi;
topoqrafiya-geodeziya, xəritəçəkmə
təşkilatları və tədris müəssisələri
arasında iş təcrübəsi mübadiləsini;
geodeziya və xəritəçəkmə
üzrə mütəxəssislərin təlimi və təcrübə
keçməsi;
avadanlıqların və
materialların qarşılıqlı verilməsi və birgə
istehsalı.
Maddə 4
Tərəflər, ərazi
mənsubluğu üzrə 1998-ci ilin 1 yanvar vəziyyətinə
onların sərəncamlarında olan ilkin geodeziya, xəritəçəkmə
və aerokosmik sənədlərinin qarşılıqlı
mübadiləsini (verilməsini) öhdələrinə
götürürlər.
Göstərilən
materialların mübadilə qaydaları, şərtləri və
müddətləri bu Saziş qüvvəyə mindikdən
sonra Tərəflərin geodeziya xidmətləri arasında
qarşılıqlı razılaşma əsasında müəyyən
edilir.
Maddə 5
Tərəflər, bu
Sazişin həyata keçirilməsi üzrə birgə fəaliyyəti
əlaqələndirmək, həmçinin bu Saziş çərçivəsində
əməkdaşlığın konkret şərtlərinin və
təkliflərinin işlənib hazırlanması və
razılaşdırılması məqsədilə,
onların rəsmi nümayəndələrinə məxsus səlahiyyətləri
olan ekspertləri təyin edirlər.
Maddə 6
Əməkdaşlıq
proqramının həyata keçirilməsi üçün
hər iki Tərəf öz dövlətlərinin qüvvədə
olan qanunvericiliyinə müvafiq olaraq hazırkı Saziş
çərçivəsində bağlanmış müqavilələrə
uyğun şəkildə qarşılıqlı fəaliyyətin
aparılmasına, o cümlədən zəruri
avadanlıqların, ləvazimatların, hazır məhsul və
materialların göndərilməsini və yerdəyişməsinə
köməklik göstərilməsi üzrə hər cür
tədbirlər görəcəklər.
Maddə 7
Bu Saziş çərçivəsində
əməkdaşlıq geodeziya, xəritəçəkmə,
kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi
sahəsində, o cümlədən kompensasiya və kommersiya əsasında
Tərəflər arasında qarşılıqlı
razılaşma üzrə digər
ixtisaslaşdırılmış əlaqə
formalarını istisna etmir.
Maddə 8
Bu Sazişlə müəyyən
olunmuş sahələrdə əməkdaşlığı
yerinə yetirərkən Tərəflər öz dövlətlərinin
qanunvericiliklərinə, bu məsələlər üzrə
ikitərəfli və çoxtərəfli müqavilələrə
əsaslanmaqla bir-birinin təhlükəsizlik
maraqlarını qarşılıqlı şəkildə nəzərə
alırlar.
Maddə 9
Bu Sazişdə nəzərdə
tutulan elmi-texniki informasiyaların, xəritəçəkmə
və digər materialların mübadiləsi Tərəflər
arasında açıq xarakter daşıyan sənədləşmə
üzrə aparılır.
Məhdud açıq
xarakterli material və informasiyaların mübadiləsi
zamanı Tərəflər öz dövlətlərinin
qüvvədə olan qanunvericiliklərinə, bu məsələlər
üzrə ikitərəfli və çoxtərəfli
müqavilələrə müvafiq olaraq həmin
informasiyanın mühafizəsini təmin edirlər.
Maddə 10
Geodeziya, xəritəçəkmə,
kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi
sahəsində əməkdaşlıq üzrə Tərəflərin
subyektlərinin əldə etdiyi nəticələr onların
rəsmi nümayəndələrinin bu işə ilkin
yazılı razılığı olmadan nəşr edilə
bilməz və ya üçüncü tərəfə verilə
bilməz.
Maddə 11
Bu Sazişin müddəalarının
təfsiri və tətbiqi, həmçinin, əməkdaşlığın
digər aspektlərinin razılaşdırılmasına
münasibətdə fikir ayrılığı yarandıqda,
Tərəflər onları özlərinin rəsmi nümayəndələri
vasitəsilə əlavə ikitərəfli danışıqlar
və məsləhətləşmələr yolu ilə həll
etməyi öhdələrinə götürürlər.
Maddə 12
Tərəflər,
qarşılıqlı razılıq əsasında, bu
Sazişə onun ayrılmaz hissəsi sayılan müvafiq
protokollarla rəsmiləşdirilən zəruri əlavə və
dəyişikliklər edə bilərlər.
Maddə 13
bu Saziş beş il
müddətinə bağlanır, Tərəflərin onun
qüvvəyə minməsi üçün zəruri dövlətdaxili
prosedurları yerinə yetirmələri barədə son
yazılı bildirişinin alındığı tarixdən
qüvvəyə minir. Əgər Tərəflərdən
biri bu Sazişin müddətinin bitməsinə ən azı
altı ay qalmış ona xitam vermək niyyəti barədə
yazılı xəbərdarlıq etməzsə, avtomatik olaraq
hər sonrakı birillik dövrlərə uzadılır.
Daşkənd şəhərində
1999-cu il iyulun 23-də hər biri Azərbaycan, özbək və
rus dillərində olmaqla iki nüsxədə imzalanmışdır,
bütün mətnlər eyni qüvvəyə malikdir.
Bu Sazişin müddəalarının
təfsiri məqsədilə rus dilində olan mətndən
istifadə edilir.
Özbəkistan
Respublikası
Azərbaycan Respublikası Dövlət
Makroiqtisadiyyat
Statistika Komitəsi adından
(İmza)
(İmza)
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 mart, ¹ 3.- S.1080-1082.