Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qüvvəyə minmə müddətlərinin dəyişdirilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qüvvəyə minmə müddətlərinin dəyişdirilməsi zərurətini nəzərə alaraq qərara alır:

 

1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 2000-ci il sentyabr ayının 1-dən qüvvəyə minsin.

 

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikasının qanunu; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikasının qanunu; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikasının qanunu 2000-ci il sentyabr ayının 1-dən qüvvəyə minsin.

 

3. 28 dekabr 1999-cu il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun (¹ 779-IQ) 2-ci 5.2-ci maddələri; 28 dekabr 1999-cu il tarixli Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun (¹ 780-IQ) 2-ci 5.2-ci maddələri; 30 dekabr 1999-cu il tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun (¹ 787-IQ) 2-ci maddəsi qüvvədən düşmüş hesab edilsin.

 

4. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti    Heydər ƏLİYEV

 

 

Bakı şəhəri, 26 may 2000-ci il

 

                ¹ 886-IQ

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 may, ¹ 5.- S.2151-2152.