Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair Azərbaycan Respublikası, Gürcüstan Türkiyə Cümhuriyyəti arasında Sazişin həmin Sazişə əlavə edilmiş sənədlərin, İstanbul Bəyannaməsinin Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Türkiyə Cümhuriyyətinin əraziləri ilə nəql edilməsinə dair Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti Gürcüstan arasında Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası, Gürcüstan Türkiyə Cümhuriyyəti arasında Protokolun təsdiq edilməsi barədə

 

Azərbaycan Respublİkasının Qanunu

 

 

Azərbaycan Respublikasının dövlət siyasətinin tərkib hissəsi olan neft strategiyası son illərdə uğurla inkişaf etdirilərək, ölkəmizin dünya birliyinə inteqrasiyasını sürətləndirmiş müstəqilliyinin möhkəmlənməsinə xidmət etmişdir. Məhz buna görə Əsrin müqaviləsi ondan sonra bağlanmış neft kontraktları böyük siyasi iqtisadi əhəmiyyətə malik olmuş, Azərbaycan xalqının öz təbii sərvətlərinin əsl sahibi olduğunu nümayiş etdirmişdir.

 

Ölkəmizin neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin dünya bazarlarına nəql edilməsidir. Bu gün Azərbaycan nefti dünya bazarlarına iki marşrutlaBakıNovorossiysk Bakı-Supsa boru xətləri ilə ixrac edilir. Lakin bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli təmin edilməsi, genişmiqyaslı beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, Xəzəryanı regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli, buraxılış imkanı ildə 50 milyon ton neft olan yeniBakıTbilisiCeyhan əsas ixrac boru kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər aparılmış danışıqlar prosesi uğurla nəticələnmişdir.

 

Yuxarıda göstərilənlərin Azərbaycan dövləti üçün xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

1. Azərbaycan Respublikası, Gürcüstan Türkiyə Cümhuriyyətinin prezidentləri tərəfindən 1999-cu il noyabrın 18-də İstanbul şəhərində imzalanmış Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Türkiyə Cümhuriyyətinin əraziləri ilə BakıTbilisiCeyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair Azərbaycan Respublikası, Gürcüstan Türkiyə Cümhuriyyəti arasında saziş təsdiq edilsin.

 

2. Bu qanunun 1-ci bəndində göstərilən sazişə əlavə edilən aşağıdakı sənədlər təsdiq edilsin:

 

Azərbaycan Respublikası Hökuməti Əsas İxrac Boru Kəməri Sərmayəçiləri arasında Tranzit ərazisinə malik ölkənin hökuməti ilə Saziş;

 

Gürcüstan Hökuməti ilə Əsas İxrac Boru Kəməri Sərmayəçiləri arasında Tranzit ərazisinə malik ölkənin hökuməti ilə Saziş; Türkiyə Cümhuriyyəti Hökuməti ilə Əsas İxrac Boru Kəməri Sərmayəçiləri arasında Tranzit ərazisinə malik ölkənin hökuməti ilə Saziş;

 

Əsas İxrac Boru Kəməri İştirakçıları ilə Açarlı Təhvil Podratçısı arasında Açarlı Təhvil Sazişi;

 

Əsas İxrac Boru Kəməri layihəsinin Türkiyə sahəsinin əvvəlcədən müəyyən olunmuş müddət qiymət əsasında tikilməsi istismara verilməsinə təminat verən Türkiyə Cümhuriyyətinin Xəzinədarlıq Katibliyinin Zəmanət Məktubu.

 

3. Azərbaycan Respublikası, Gürcüstan, Türkiyə Cümhuriyyəti, Qazaxıstan Respublikası Amerika Birləşmiş Ştatlarının Prezidentləri tərəfindən 1999-cu il noyabrın 18-də İstanbul şəhərində imzalanmış İstanbul Bəyannaməsi təsdiq edilsin.

 

4. Azərbaycan Respublikası, Gürcüstan Türkiyə Cümhuriyyəti arasında 2000-ci il 9 may tarixində imzalanmış Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Türkiyə Cümhuriyyətinin əraziləri ilə nəql edilməsinə dair Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti Gürcüstan arasında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol təsdiq edilsin.

 

5. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

 

Bakı şəhəri, 26 may 2000-ci il.

 

                    ¹ 885-IQ

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 may, ¹ 5.- S.2150;2151.