Azərbaycan Respublikası «Metallurgiya» Dövlət Şirkətinin ləğv edilməsi haqqında

 

Azərbaycan Respublİkası Prezİdentİnİn Sərəncamı

 

 

 

İqtisadiyyatın idarəetmə strukturunun təkmilləşdirilməsini, metallurgiya müəssisələrinin fəaliyyətinin canlandırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsini rəhbər tutaraq qərara alıram:

 

1. Azərbaycan Respublikasının «Metallurgiya» Dövlət Şirkəti ləğv edilsin onun tabeliyində olan müəssisə təşkilatlar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamına verilsin. [1]

 

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun sərəncamına verilən müəssisə təşkilatların qanunvericiliklə müəyyən olunmuş qaydada səhmdar cəmiyyətlərinə çevrilməsini özəlləşdirilməsini təmin etsin. [2]

 

3. Bu sərəncamın 1-ci bəndində göstərilən müəssisə təşkilatların özəlləşdirilməsində yerli investorlarla yanaşı xarici investorların da iştirakına icazə verilsin.

 

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

5. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

 

Bakı şəhəri, 4 may 2000-ci il    ¹ 405

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-  2000.- 31 may, ¹ 5.- S.2163.