Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hakimlərinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hakimlərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hakimlərinin aylıq vəzifə maaşlarına aşağıdakı əlavələr müəyyən edilsin:

 

xarici dilləri (rus türk dilləri istisna olmaqla) bilməyə görə vəzifə maaşının 15 faizi miqdarında;

 

elmi dərəcəyə görə vəzifə maaşının elmlər namizədi üçün 15 faizi, elmlər doktoru üçün 20 faizi miqdarında;

 

hüquq ixtisası üzrə stajına görə hər il üçün vəzifə maaşının 2 faizi (aylıq vəzifə maaşının 40 faizi həddini keçməmək şərti ilə) miqdarında;

 

nümayəndəlik xərcləri üçün vəzifə maaşının 10 faizi miqdarında.[1]

 

yüksək hüquqi ixtisasına görə vəzifə maaşının 30 faizi miqdarında.[2]

 

2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakiminə öz səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vergilərdən azad olunmaqla verilən aylıq pul vəsaiti 400 min manat məbləğində müəyyən edilsin.[3]

 

Bununla əlaqədar olaraq "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 739 nömrəli Fərmanının birinci bəndinin üçüncü abzası qüvvədən düşmüş hesab edilsin.

 

3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri xarici ölkələrə xidməti ezamiyyətə göndərilərkən qüvvədə olan gündəlik xərc normalarına 1,5 əmsal tətbiq edilsin.

 

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

bu Sərəncamın icrası ilə bağlı hakimlərin müasir informasiya rabitə xidmətləri ilə (qanunvericilik aktları, hüquq ədəbiyyatı, beynəlxalq telefon internet sistemindən istifadə s.) təminatını yaxşılaşdırmaq məqsədilə 2000-ci ilin dövlət büdcəsinin Ehtiyat fondundan zəruri vəsaitin ayrılmasını təmin etsin;

 

hər növbəti il üçün dövlət büdcəsinin layihəsi tərtib olunarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin saxlanması xərclərinin həcmini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ilə razılaşdırmaqla müəyyən etsin.

 

5. Bu Sərəncam 01 may 2000-ci il tarixdən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Prezidenti   Heydər ƏLİYEV

 

 

Bakı şəhəri, 17 may 2000-ci il  ¹ 414

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 may, ¹ 5.- S.2166.