Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əməkdaşlarının rütbə vəzifə maaşlarının artırılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Daxili işlər orqanları sistemində çalışan polis işçilərinin digər əməkdaşların sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nizami xətt polis orqanları əməkdaşlarının nazirlik sisteminə daxil olan digər orqanların sıravi kiçik rəis heyəti əməkdaşlarının vəzifə maaşları 50 faiz, habelə daxili işlər orqanları əməkdaşlarının rütbə maaşları orta hesabla 2 dəfə artırılsın.

 

2. Müəyyən edilsin ki, bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş artım "Azərbaycan Respublikasının 2000-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 dekabr tarixli 212 nömrəli Fərmanında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi üçün ayrılmış ümumi vəsait hesabına həyata keçirilir.

 

3. Azərbaycan Respublikası Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

4. Bu Sərəncam 2000-ci il iyul ayının 1-dən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

 

Bakı şəhəri, 17 may 2000-ci il № 415

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 may, № 5.- S.2166.