Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti
arasında Azərbaycan-Pakistan
Birgə Komissiyasının
tərkibi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Hökuməti
ilə Pakistan İslam Respublikası Hökuməti arasında iqtisadiyyat, ticarət, elm və texnologiya,
nəqliyyat, informasiya,
təhsil, turizm və mədəniyyət
sahələrində əməkdaşları
genişləndirmək, tərəflər
arasında imzalanmış
sənədlərin icrasını
və iki ölkə arasında qarşılıqlı əlaqələrin
daha və dərinləşdirilməsini təmin
etmək məqsədi
ilə qərara alıram:
(Qüvvədən düşüb)[1]
2. Azərbaycan-Pakistan Birgə Komissiyasının
həmsədrinə tapşırılsın
ki, Pakistan İslam Respublikası ilə əməkdaşlıq
əlaqələrinin daha
da genişləndirilməsini
və tənzimlənməsini
təmin etsin və görülən işlər barəsində
vaxtaşırı Azərbaycan
Respublikasının Prezidentinə
məlumat versin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 17 may
2000-ci il
¹ 416
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
Azərbaycan Respublikası Prezidentinin 4
iyul 2001-ci il tarixli 522 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2001-ci il, ¹ 7, maddə 459)
27 sentyabr 2006-cı il tarixli 466 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 9, maddə
743)
SƏRƏNCAMA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 3 iyul 2006-cı il tarixli 424 nömrəli Azərbaycan
Respublikasının Prezidentinin
Fərmanı Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2006-cı il, ¹
7, maddə 588) ilə
1-ci bəndində “Əvəz
Ələkbərov - Azərbaycan
Respublikasının maliyyə
naziri” sözləri “Samir Şərifov - Azərbaycan Respublikasının
maliyyə naziri” sözləri ilə əvəz edilmişdir.
27 sentyabr 2006-cı il tarixli 466 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 9, maddə
743) ilə 1-ci bəndində
«Polad Bülbüloğlu
- Azərbaycan Respublikasının
mədəniyyət naziri»
sözləri «Əbülfəz
Qarayev - Azərbaycan Respublikasının mədəniyyət
və turizm naziri» sözləri ilə əvəz edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 4
iyul 2001-ci il tarixli 522 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2001-ci il, ¹ 7, maddə 459) ilə 1-ci bənddə "Samur Novruzov – Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm Şurasının
sədri" sözləri
"Əbülfəz Qarayev
– Azərbaycan Respublikasının
gənclər, idman və turizm naziri" sözləri ilə əvəz edilmişdir.
27 sentyabr 2006-cı il tarixli 466 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 9, maddə
743) ilə 1-ci bəndində
Əbülfəz Qarayev
- Azərbaycan Respublikasının
gənclər, idman və turizm naziri» sözləri «Azad Rəhimov - Azərbaycan Respublikasının
gənclər və idman naziri» sözləri
ilə əvəz edilmişdir.
15 dekabr 2006-cı il tarixli 1835 nömrəli Sərəncamı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 12, maddə
1094) ilə 1-ci bəndi
qüvvədən düşmüş
hesab edilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1. Azərbaycan Respublikası Hökuməti
ilə Pakistan İslam Respublikası Hökuməti arasında iqtisadiyyat, ticarət, elm və texnologiya,
nəqliyyat, informasiya,
təhsil, turizm və mədəniyyət
sahələrində əməkdaşlıq
üzrə Birgə Komissiyasının (Azərbaycan-Pakistan
Birgə Komissiyasının)
tərkibinə Azərbaycan
Respublikası tərəfindən
aşağıdakı vəzifəli
şəxslər təyin
edilsin:
Komissiyanın həmsədri
Yaqub Eyyubov - Azərbaycan Respublikası
Baş nazirinin müavini
Komissiyanın üzvləri:
Namiq Nəsrullayev - Azərbaycan Respublikasının
İqtisadiyyat naziri
Samir Şərifov - Azərbaycan Respublikasının
maliyyə naziri
Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının
ticarət naziri
Əbülfəz Qarayev - Azərbaycan Respublikasının
mədəniyyət və
turizm
naziri
Misir Mərdanov - Azərbaycan Respublikasının
təhsil naziri
Əli İnsanov
- Azərbaycan Respublikasının
səhiyyə naziri
Siruz Təbrizli - Azərbaycan Respublikasının
mətbuat və informasiya naziri
İrşad Əliyev -
Azərbaycan Respublikasının
kənd təsərrüfatı
naziri
Kəmaləddin Heydərov - Azərbaycan Respublikası
Dövlət Gömrük
Komitəsinin sədri
Azad Mirzəcanzadə - Azərbaycan
Respublikası Dövlət
Elm və Texnika Komitəsi sədrinin səlahiyyətlərini icra
edən
Xələf Xələfov - Azərbaycan Respublikası
xarici işlər nazirinin müavini
Cahangir Əsgərov
-
"Azərbaycan Hava Yolları" Dövlət
Konserninin baş direktoru
Fərəməz Maqsudov - Azərbaycan Respublikası
Elmlər Akademiyasının
Prezidenti
Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər
və idman naziri
Vadim Xubanov - Azərbaycan Respublikası
Milli Bankının İdarə
Heyəti sədrinin Müavini
Azərbaycan Respublikasının Qanunvericilik
toplusu .-
2000.- 31 may, ¹ 5.- S.2167-2168.