Birləşmiş Millətlər Təşkilatının Baş
Assambleyasının "Qadınlar
2000-ci ildə: XXI əsrdə
gender bərabərliyi,
inkişaf və sülh" mövzusunda keçirilən xüsusi
sessiyasında iştirak
etmək üçün
Azərbaycan Respublikasının
nümayəndə heyəti
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN SƏRƏNCAMI
1995-ci ildə dünya ölkələri
Birləşmiş Millətlər
Təşkilatının keçirdiyi
I V Ümumdünya Qadınlar
Konfransının Pekin
Platformasını qəbul
etmişdir.
2000-ci il iyunun
5-9-da Nyu-Yorkda Birləşmiş
Millətlər Təşkilatının
Baş Assambleyasının
"Qadınlar 2000-ci ildə:
XXI əsrdə gender bərabərliyi, inkişaf
və sülh" mövzusunda xüsusi sessiyası keçiriləcəkdir.
Bu sessiyada
Birləşmiş Millətlər
Təşkilatının Qadın
Statusu üzrə Komissiyasının hazırladığı
sənəd qəbul olunacaqdır. Sənəd
qadın hərəkatının
perspektivlərini, gender
bərabərliyi, sülh
problemləri və inkişaf məsələlərini
müəyyən edir.
Birləşmiş Millətlər Təşkilatının
Baş Assambleyasının
xüsusi sessiyasında
Azərbaycan Respublikasının
təmsil edilməsi məqsədilə qərara
alıram:
1. Birləşmiş Millətlər Təşkilatının
Baş Assambleyasının
"Qadınlar 2000-ci ildə:
XXI əsrdə gender bərabərliyi, inkişaf
və sülh" mövzusunda xüsusi sessiyasının işində
iştirak etmək üçün Azərbaycan
Respublikasının nümayəndə
heyətinin aşağıdakı
tərkibi təsdiq edilsin:
Zəhra Quliyeva - Qadın
Problemləri üzrə
Dövlət Komitəsinin
sədri
Sevil Zeynalova - Naxçıvan
Muxtar Respublikasının
Baş nazirinin müavini
Möminat Ömərova - Qadın
Problemləri üzrə
Dövlət Komitəsinin
sədr müavini
Sevda Məmmədəliyeva - Mədəniyyət
nazirinin müavini
Eleonora Hüseynova - Azərbaycan
Respublikasının Fransadakı
fövqəladə və
səlahiyyətli səfəri
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının
nümayəndə heyətinin
tərkibi barədə
Birləşmiş Millətlər
Təşkilatına müvafiq
bildiriş göndərsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 20 may 2000-ci il
¹ 421
Azərbaycan Respublikasının Qanunvericilik
toplusu .-
2000.- 31 may, ¹ 5.- S.2170.