Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış
məntəqələrinin fəaliyyətinin beynəlxalq
standartlara uyğunlaşdırılması
üzrə Komissiya haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasının sərhəd-nəzarət
buraxılış məntəqələrində
miqrasiya prosesləri ilə məşğul olan təşkilatların
fəaliyyətinin əlaqələndirilməsi,
qeyri-qanuni miqrasiyanın
qarşısının alınması,
ölkəyə giriş-çıxış
əməliyyatlarının beynəlxalq təcrübəyə
uyğunlaşdırılmasının təmin edilməsi, habelə bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığın
möhkəmləndirilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasında sərhəd-nəzarət
buraxılış məntəqələrinin
fəaliyyətinin beynəlxalq
standartlara uyğunlaşdırılması
məqsədi ilə aşağıdakı tərkibdə
Komissiya yaradılsın:[1]
Komissiyanın sədri[2]
Şahin Mustafayev
- Azərbaycan Respublikası
Baş Nazirinin müavini
Komissiyanın üzvləri
Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini
Azərbaycan Respublikası Xarici
İşlər nazirinin
müavini
Azərbaycan Respublikası Maliyyə
nazirinin müavini
Azərbaycan Respublikası İqtisadiyyat
nazirinin müavini
Azərbaycan Respublikası Fövqəladə
Hallar nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal
inkişaf və nəqliyyat nazirinin müavini[3]
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin
sədri
Azərbaycan Respublikası Dövlət
Sərhəd Xidmətinin
rəisi
Azərbaycan Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətinin
rəisi
Azərbaycan Respublikası Dövlət
Turizm Agentliyinin sədri[4]
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin
sədri
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
Qapalı Səhmdar Cəmiyyətinin sədri
“Azərbaycan Hava Yolları ”Qapalı Səhmdar Cəmiyyətinin prezidenti.
2. Komissiyaya tapşırılsın
ki, sərhəd-nəzarət buraxılış məntəqələrinin
fəaliyyətinin beynəlxalq
standartlara uyğunlaşdırılması
üzrə tədbirlərin
hazırlanıb həyata
keçirilməsini təmin
etsin və görülən işlər
barədə Azərbaycan
Respublikası Prezidentinə
mütəmadi məlumat
versin.
Azərbaycan Respublikasının Prezidenti Heydər
ƏLİYEV
Bakı şəhəri, 20 may 2000-ci il ¹ 423
Azərbaycan Respublikasının Qanunvericilik
toplusu .-
2000.- 31 may, ¹ 5.- S.2171-2172.