Azərbaycan Respublikasının Silahlı Qüvvələri
üçün ehtiyat
zabit kadrlarının
hazırlanması işinin
təkmilləşdirilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasının Silahlı
Qüvvələri üçün
müasir tələblərə
cavab verən ehtiyat zabit kadrlarının
hazırlanması ölkəmizin
müdafiə qüdrətinin
artırılmasına xidmət
edən mühüm amillərdəndir. Gənclər
içərisindən ehtiyat
zabit kadrları hazırlanması əsasən
mülki ali təhsil müəssisələrində
fəaliyyət göstərən
hərbi kafedralarda həyata keçirilir.
Ali təhsil
müəssisələrinin fəaliyyətində başlıca
istiqamətin müvafiq
mülki peşə üzrə kadr hazırlığına yönəldilməsi
və hərbi kafedraların maddi-texniki bazasının lazımi səviyyədə olmaması
ehtiyat zabitlərin hazırlanmasında problemlər
yaradır. Digər tərəfdən isə mülki ali məktəblərdə hazırlanmış
zabitlərin böyük
əksəriyyəti orduda
heç bir xidmət keçməkdən
ehtiyatda saxlanılır.
Beləliklə də,
mövcud hərbi hazırlıq sistemi ordunun ehtiyacını lazımi səviyyədə
ödəmək və
müasir tələblərə
cavab vermək baxımından qənaətbəxş
hesab edilə bilməz.
Ali Respublikasının
Silahlı Qüvvələri
üçün ehtiyat
zabit kadrları hazırlığı keyfiyyətinin
yüksəldilməsi və
gənclərin hərbi
xidmət keçməsinin
daha mükəmməl
təmin olunması zərurətini nəzərə
alaraq, ölkəmizdə
ehtiyat zabitələrin
hazırlanması işinin
təkmilləşdirilməsi məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikasının mülki
ali təhsil müəssisələrində hərbi kafedralar ləğv edilsin.
2. Azərbaycan Respublikasının Müdafiə
Nazirliyinə tapşırılsın
ki, Azərbaycan Respublikasının Silahlı
Qüvvələri tərkibinə
müddətli hərbi
xidmətə çağırılmış
ali təhsilli gənclərin sırasından
seçmə qaydasında
zabit hazırlığı
kursları təşkil
edib bu kursların
fəaliyyətini təmin
etsin.
3. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin peşəkar
hərbi tibb zabitlərinə ehtiyacı
nəzərə alınaraq
Nəriman Nərimanov
adına Azərbaycan Tibb Universitetində hərbi tibb fakültəsi yaradılsın.
4. Azərbaycan Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
5. Bu sərəncam
2000-ci il avqustun 1-dən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 25 may 2000-ci il ¹ 425
Azərbaycan Respublikasının Qanunvericilik
toplusu .-
2000.- 31 may, ¹ 5.- S.2173-2174.