Birləşmiş Millətlər Təşkilatının «Qadınlara
qarşı ayrı-seçkiliyin
bütün formalarının
ləğv olunması
haqqında» Konvensiyasının
Fakultativ Protokolunu imzalamaq səlahiyyətinin
verilməsi barədə
Azərbaycan Respublİkası Prezİdentİnİn Sərəncamı
1. Birləşmiş Millətlər Təşkilatının
«Qadınlara qarşı
ayrı-seçkiliyin bütün
formalarının ləğv
olunması haqqında»
Konvensiyasının Fakultativ
Protokolunu BMT-nin Nyu-York şəhərindəki
iqamətgahında Azərbaycan
Respublikası adından
imzalamaq səlahiyyəti
Azərbaycan Respublikası
Qadın Problemləri
üzrə Dövlət
Komitəsinin sədri
Zəhra Tahir qızı Quliyevaya verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki,
bu Sərəncamın
1-ci bəndində göstərilən
Fakultativ Protokolu imzalamaq səlahiyyətinin
Azərbaycan Respublikası
Qadın Problemləri
üzrə Dövlət
Komitəsinin sədri
Zəhra Tahir qızı Quliyevaya verilməsi barədə
BMT-yə müvafiq bildiriş göndərsin.
Azərbaycan Respublikasının
Prezidenti Heydər
ƏLİYEV
Bakı şəhəri, 22 may 2000-ci il ¹ 424
Azərbaycan Respublikasının Qanunvericilik
toplusu .-
2000.- 31 may, ¹ 5.- S.2173.