Azərbaycan Respublikası ilə Beynəlxalq Qızıl Xac Komitəsi arasında azadlıqdan məhrumetmə
yerlərində məhbuslarla
görüşlərinə dair səlahiyyətlərin
həyata keçirilməsi
haqqında Sazişi imzalamaq səlahiyyətinin
verilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN SƏRƏNCAMI
1. Azərbaycan Respublikası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında azadlıqdan məhrumetmə yerlərində
məhbuslarla görüşlərinə
dair səlahiyyətlərin
həyata keçirilməsi
haqqında Sazişi Azərbaycan Respublikası
adından imzalamaq səlahiyyəti Azərbaycan
Respublikasının ədliyyə
naziri Fikrət Fərrux oğlu Məmmədova verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki,
bu Sərəncamın
1-ci bəndində göstərilən
Sazişi imzalamaq səlahiyyətinin Azərbaycan
Respublikasının ədliyyə
naziri Fikrət Fərrux oğlu Məmmədova verilməsi
barədə Beynəlxalq
Qızıl Xaç Komitəsinə müvafiq
bildiriş göndərsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 31 may 2000-ci il № 426
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu .- 2000.- 31 may, № 5.- S.2174.