"Azərbaycan Respublikasının Maliyyə Nazirliyi kollegiya üzvlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 25 fevral tarixli, 25 nömrəli qərarına dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 25 fevral tarixli, 25 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyasının tərkibinə Müslümov Səlim Yanvar oğlunun əvəzinə İmamquliyev Calal Məmməd oğlu daxil edilsin.

 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A. Rasİzadə

 

Bakı şəhəri, 1 may 2000-ci il № 76

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 may, № 5.- S.2177.