Meşə fondunun mühafizəsi, qorunması meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Meşə Məcəlləsinin 27-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. "Meşə fondunun mühafizəsi, qorunması meşələrin bərpası Qaydaları" təsdiq edilsin (əlavə olunur).

 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

 

Bakı şəhəri, 1 may 2000-ci il      ¹ 78

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 

2000-ci il 1 may tarixli, 78 nömrəli qərarı ilə

 

təsdİq edİlmİşdİr

 

Meşə fondunun mühafizəsi, qorunması meşələrin bərpası

 

Qaydaları

 

I. Ümumİ müddəalar

 

1.1. Bu Qaydalar meşə fondunun mühafizəsi, qorunması meşələrin bərpasını tənzimləyir.

 

1.2. Meşələrin mühafizəsi qorunması onların bioloji digər xüsusiyyətlərini nəzərə almaqla həyata keçirilir, meşə fondundan səmərəli istifadə, meşələrin məhv olmaqdan, zədələnmədən, zəifləmədən, çirklənmədən digər mənfi təsirlərdən mühafizəsi qorunması sahəsində təşkilati, hüquqi başqa tədbirlər sistemindən ibarətdir.

 

1.3. Meşə fondunun mühafizəsi qorunmasında məqsəd meşələrin yanğından, qanunsuz qırmalardan, meşə fondundan istifadənin müəyyən edilmiş qaydalarının pozulması hallarından meşələrə zərər vuran digər hərəkətlərdən, zərərvericilərdən, xəstəliklərdən mühafizə etmək qorumaqdır.

 

1.4. Meşələrin bərpasının məqsədi meşə ilə örtülü olmayan torpaqlarda meşələrin vaxtında bərpa olunmasını, onların cins tərkibinin yaxşılaşdırılmasını, məhsuldarlığının artırılmasını meşə fondu torpaqlarından səmərəli istifadəni təmin etməkdən ibarətdir.

 

1.5. Meşə fondunun mühafizəsi, qorunması meşələrin bərpası Azərbaycan Respublikasının Meşə Məcəlləsinə, bu sahə ilə əlaqədar digər qanunvericilik normativ hüquqi aktların tələblərinə müvafiq olaraq həyata keçirilir.

 

 

II. Meşə fondunun mühafİzəsİ qorunması

 

2.1. Meşələrin mühafizəsi aşağıdakı tədbirləri nəzərdə tutur:

 

meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına, meşələrin bərpasına dövlət nəzarətinin təşkili;

 

meşə fondundan istifadə edilməsi, onun mühafizəsi, qorunması, bərpası sahəsində hüquq pozuntularının qarşısının alınması, onların aradan qaldırılması;

 

təqsirkar fiziki hüquqi şəxslərin qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi;

 

meşə fonduna zərər vuran təsərrüfat başqa fəaliyyət növlərinin məhdudlaşdırılması, dayandırılması, qadağan edilməsi;

 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsi.

 

2.2. Meşələrin mühafizəsi qorunması məqsədi ilə Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi, onun yerli təşkilatları aidiyyəti orqanlarla birlikdə:

 

meşə qanunvericiliyinə riayət edilməsini, meşə fondunun səmərəli istifadəsini, meşələrin qanunsuz qırılmasından qorunmasını təmin etmək üçün müəyyən olunmuş qaydada dövlət nəzarətini həyata keçirirlər;

 

yerüstü vasitələrdən müəyyən olunmuş qaydada aviasiyadan istifadə etməklə meşələrin yanğından qorunması üçün profilaktiki tədbirlər görürlər;

 

meşə fondunda yanğın əmələ gəlməməsi üçün meşədə əhalinin daha çox olduğu yerlərdə müvafiq elanlar plakatlar asıb, tütün çəkmək üçün yerlər düzəldir, meşənin əhəmiyyətini meşə yanğınlarının nəticəsində vurulan ziyanı izah edən sərgilər təşkil edir, mediadan — radio televiziyadan geniş istifadə edərək xüsusi filmlər göstərir, ekskursiyalar təşkil edirlər. Meşə yanğınlarını vaxtında aşkar edərək onların ləğv edilməsi üçün müvafiq tədbirlər görürlər;[1]

 

meşə fondunda zərərvericilərin xəstəliklərin mənbələrini aşkara çıxarır, onların yayılmasının qarşısını almaq üçün müvafiq fitosanitar tədbirləri həyata keçirir, meşə fondunun vəziyyəti üzərində müntəzəm müşahidə aparırlar.

 

2.2-1. Meşə qanunvericiliyinə riayət edilməsini, meşə fondunun səmərəli istifadəsini, meşələrin qanunsuz qırılmadan qorunmasını təmin etmək üçün müəyyən olunmuş qaydada dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi həyata keçirir.[2]

 

2.3. Meşə fondunun mühafizəsini qorunmasını həyata keçirən vəzifəli şəxslər öz səlahiyyətləri hüdudlarında aşağıdakı hüquqlara malikdirlər:

 

meşə fondu ərazisində meşə qanunvericiliyinə riayət olunmasına nəzarət etmək;

 

meşələrin istifadəsi, mühafizəsi, qorunması bərpasında inzibati xətaları cinayət törədilməsi hallarını aşkar etmək, müvafiq qaydada rəsmiləşdirmək, hüquq-mühafizə məhkəmə orqanlarına, yaxud inzibati xəta haqqında işə baxan səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) göndərmək;[3]

 

meşə fonduna, əhalinin sağlamlığına ətraf mühitə ziyan vuran təsərrüfat başqa fəaliyyət növlərini, torpaq eroziyasına səbəb olan, meşənin vəziyyətinə bərpasına, habelə suyun digər təbii obyektlərin vəziyyətinə mənfi təsir göstərən üsulların istifadə edilməsini məhdudlaşdırmaq, dayandırmaq, qadağan etmək; istifadəyə verilmiş meşə fondu sahələrində meşə yanğını təhlükəsizliyi qaydalarına riayət edilməməsi ilə əlaqədar fiziki hüquqi şəxslərin ayrı-ayrı təsərrüfat fəaliyyətinin, mədəni-kütləvi sair tədbirlərin dayandırılması ya qadağan olunması barədə qərar qəbul etmək;

 

meşə istifadəçilərinə meşə fondunun mühafizəsinə, qorunmasına bərpasına dair rəsmi göstərişlər vermək;

 

fiziki hüquqi şəxsləri meşə yanğınlarının söndürülməsinə cəlb etmək;

 

meşə fondunun zərərvericilərdən xəstəliklərdən mühafizəsini təşkil etmək;

 

meşə fondunda meşələrin qanunsuz qırılmasından qorunmasını təmin etmək.

 

2.3-1. Böyük ərazilərdə (5 ha-dan çox olan) meşələrin irimiqyaslı qırılması fəaliyyəti üzrə layihələrə dair layihələrinƏtraf mühitə təsirin qiymətləndirilməsi haqqındaAzərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.[4]

 

 

III. Meşələrİn bərpası

 

3.1. Meşələrin bərpası zonal-tipoloji əsaslarla aparılır.

 

3.2. Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi, onun yerli təşkilatlarının meşələrin bərpası sahəsində əsas vəzifələri:

 

meşə fondu torpaqlarında meşəbərpa işlərinin aparılmasının uçotunu aparmaq;

 

meşəquruluşu materiallarını meşə fondunda dəyişiklikləri nəzərə alaraq ayrı-ayrı torpaq kateqoriyalarında meşəbərpa işlərinin həcmini, növbəliliyini, vaxtını, qaydasını üsullarını müəyyənləşdirmək;

 

meşə ağac cinslərinin seleksiyasını, meşə toxumçuluğunu sınaq işlərini təmin etmək;

 

qiymətli cinslərdən ibarət yüksək məhsuldarlıqlı, mühit əmələ gətirici qoruyucu funksiyalara malik yeni meşə sahələrinin salınmasını təmin etmək;

 

meşə fondu torpaqlarının məhsuldarlığının artırılmasını, su külək eroziyasından qorunmasını təmin edən tədbirləri həyata keçirmək;

 

meşə istifadəçiləri tərəfindən aparılan işlər meşələrin inkişafına mənfi təsir göstərdiyi hallarda, müəyyən olunmuş qaydada müvafiq istifadə növlərini dayandırmaq ya məhdudlaşdırmaq;

 

meşələrin bərpası inkişafı ilə bağlı olan işlərə nəzarət etmək.

 

3.3. Meşələrin bərpası meşə tiplərindən, ərazilərin meşəbitmə şəraitindən, ağac kol cinslərinin meşəçilik xüsusiyyətlərindən meşə yetişdirilməsinin məqsədindən asılı olaraq aşağıdakı şərtləri təmin etməlidir:

 

meşə sərvətlərinin meşəçilik, ekoloji iqtisadi cəhətdən ən qısa müddətdə daha səmərəli üsullarla bərpa olunmasını;

 

meşə fondu torpaqlarından səmərəli istifadə edilməsini;

 

meşələrin məhsuldarlığının ağaclarının keyfiyyətinin yaxşılaşdırılmasını;

 

ərazinin optimal meşəlik faizinin təmin edilməsini;

 

meşələrin suqoruyucu, sanitar-gigiyena, mühit əmələ gətirən sair qoruyucu funksiyalarının artırılmasını.

 

3.4. Meşələrin bərpası meşə fondunda baş vermiş dəyişiklikləri nəzərə almaqla meşə quruluşu layihələri əsasında hazırlanmış müəyyən olunmuş qaydada təsdiq edilmiş dövlət proqramlarına uyğun aparılır. Bu proqramlar meşəbərpa işlərinin həcmini, onların aparılma üsullarını bərpa olunacaq ağac cinslərini, həmçinin meşəbərpa tədbirlərini, meşə toxumlarının tədarükü əkin materiallarının yetişdirilməsi işlərinin aparılmasını müəyyənləşdirir. Bu proqramların layihələrinə dairƏtraf mühitə təsirin qiymətləndirilməsi haqqındaAzərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi hazırlanır həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçirilir.[5]

 

3.4-1. Böyük ərazilərdə irimiqyaslı (10 ha-dan çox olan) meşəsalma fəaliyyəti üzrə layihələrinƏtraf mühitə təsirin qiymətləndirilməsi haqqındaAzərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.[6]

 

3.4-2. Meşələrin vəziyyətinə bərpasına təsir edən obyektlərin tikinti yerlərinin razılaşdırılması Azərbaycan Respublikasının Meşə Məcəlləsinin 36-cı maddəsinə əsasən aparılır.

 

3.5. Meşə fondunda meşələrin bərpası məqsədi ilə meşə əkinlərinin salınması meşələrin təbii bərpasına kömək tədbirlərinin həyata keçirilməsi üçün meşəbərpa fondu yaradılır.

 

Bu fond aşağıdakı kateqoriyalara bölünür:

 

meşə əkini fondu;

 

meşələrin təbii bərpası üçün torpaq fondu;

 

meşə yetişdirilməsi üçün torpaq fondu.

 

3.6. Meşə əkini fonduna daxildir:

 

təbii yolla meşələşməmiş qırma sahələri, yanğın yerləri, seyrəkliklər, talalar, qurumuş ağaclıqlar;

 

batmış müəyyən olunmuş qaydada silinmiş meşə əkini qurudulmuş bataqlıq sahələri;

 

kənd təsərrüfatı istifadəsi üçün yararsız, lakin meşə bərpası üçün yararlı olan torpaq sahələri;

 

meşələrin bərpası üçün yararlı olan qumluqlar, dərə yarğanlar qeyri-meşə torpaqları. Bu sahələr torpaq aqrokimyəvi tədqiqatlar aparıldıqdan sonra meşə əkini fonduna daxil edilir;

 

meşə əkini səpini üsulu ilə bərpa olunmalı azqiymətli meşə sahələri doluluğu 0,6-dan aşağı olan pozulmuş meşə sahələri.

 

3.7. Meşə əkini fondundan ilk növbədə istifadə olunan sahələr:

 

su külək eroziyasına məruz qalmış sahələr;

 

şəhərlərin (qəsəbələrin) yaşıl zonalarında, çayların ya digər su obyektlərinin qadağan olunmuş zolaqlarında yerləşən sahələr;

 

yüksək bonitetli ağaclıqların yetişdirilməsi üçün yararlı olan, meşə ilə örtülü olmayan sahələrin yüksək məhsuldar torpaqları;

 

qiymətli ağac cinslərinin yetişdirilməsi üçün bərpa olunması (qırılması nəzərdə tutulmuş azqiymətli meşələr) sahələr;

 

tikinti mədən işlərinin aparılması nəticəsində pozulan meşə yetişdirilməsi üçün yararlı hala salınmış (rekultivasiya olunmuş)

 

torpaqlar.

 

3.8. Meşə əkinləri üçün sahələrin hazırlanmasında, meşə əkinlərində aparılacaq əməliyyatların keyfiyyətlə yerinə yetirilməsi, onların yanğın təhlükəsinə məruz qalma ehtimalının azaldılması sanitar vəziyyətinin yaxşılaşdırılması sahəsində aşağıdakı işlər nəzərdə tutulur:

 

sahənin müayinə edilməsi;

 

meşə əkini üçün sahənin ayrılması;

 

meşə əkini üçün maşın mexanizmlərin hərəkətinə maneçilik törədən sahələrin nişanlanması;

 

sahənin tör-töküntülərdən, daşlardan, arzu olunmaz ağac bitkilərindən, xırda kötüklərdən s. başdan-başa ya zolaqlarla təmizlənməsi;

 

sahənin hamarlanması, meliorasiyası, yamaclarda terrasların kəsilməsi;

 

sahədə zərərverici həşəratlarla qabaqcadan mübarizə tədbirlərinin aparılması.

 

3.9. Meşə əkini üçün torpaq hazırlığı üsulu meşəbitmə şəraitindən, meşə tiplərindən, sahənin hazırlanması qaydasından, torpaq hazırlığının aqrotexniki tələblərindən digər amillərdən asılı olaraq meşə təsərrüfatı müəssisəsi tərəfindən seçilir.

 

3.10. Meşə əkini üçün torpaq hazırlığı mexaniki üsulla başdan-başa ya hissə-hissə zolaqlarla aparılır.

 

3.11. Külək su eroziyasına məruz qalmayan, mailliyi 6 dərəcəyə qədər olan mexanizmlərin işləməsi üçün maneçilik törətməyən sahələrdə başdan-başa şumlama üsulundan istifadə olunur.

 

3.12. Mexaniki üsulla hissə-hissə torpaq hazırlığı zolaqlarla, tranşeylər açılmaqla çalalar qazılmaqla aparılır.

 

3.13. Hərəkətdə olan qumluqlarda meşə əkinləri aparılmasından əvvəl həmin sahələrdə kollardan, ot örtüyündən, qamışdan, qarğıdan, mexaniki çəpərlərdən s. istifadə olunmaqla zolaqlar yaradılır. Bu halda əvvəldən əkilmiş kollar əsas cins əkilənə qədər meşə əkininin həcminə daxil edilmir.

 

3.14. Dağ dağətəyi sahələrdə meşə əkini üçün torpaq hazırlığı üsulu sahələrin coğrafi zonalığından, ərazinin mailliyindən, torpağın daşlılığından, su hopdurma qabiliyyətindən, sahənin böyüklüyündən istifadəsinin mümkünlüyündən, ərazidə eroziya başlaması artması təhlükəsindən asılı olaraq seçilir.

 

3.15. Dağlıq ərazilərdə, yamacların maillik dərəcəsindən, torpaq şəraitindən digər göstəricilərindən asılı olaraq torpaq hazırlığı aşağıdakı üsullarla aparılır:

 

mailliyi 6 dərəcəyə qədər olan, az daşlı güclü torpaqlarda başdan-başa şumlama;

 

mailliyi 12 dərəcəyə qədər az daşlı torpaqlarda zolaqlarla şumlama ya terras açmaqla;

 

mailliyi 12—40 dərəcəyə qədər ana qatın su hopdurma qabiliyyəti normal olan torpaqlarda eni 2,5 metrdən 4,5 metrə qədər ölçüdə qazıb tökmə torpaq üsulu ilə, kiçik sahələrdə isə xırda zolaqlarla, çala tranşeylər qazmaqla.

 

3.16. Meşə əkinləri tərkibinə görə bir əsas ağac cinsindən (bir cinsli əkin) ya bir neçə əsas köməkçi ağac cinslərindən (qarışıq əkin) ibarət yaradıla bilər. Bu zaman seçilən cinsləri meşəbitmə şəraitindən asılı olaraq meşə təsərrüfatının inkişaf etdirilməsi məqsədinə uyğun olmalıdır.

 

Köməkçi ağac kol cinsləri seçildikdə onların əsas cinslə qarşılıqlı təsir əlaqələri nəzərə alınmalıdır.

 

3.17. Meşə əkinlərinin sıxlığı qarışdırma sxemləri davamlı, yüksək məhsuldarlıqlı ağaclığın formalaşmasını təmin etməlidir. Ziyanvericilər xəstəliklər yayılmış sahələrdə meşə əkinlərinin ilkin sıxlığı cins tərkibi meşələrin mühafizəsi haqqında verilmiş təkliflərə uyğun müəyyənləşdirilir.

 

3.18. Səpin üsulu ilə meşə əkinləri salındıqda səpin qaydası, ilkin sıxlıq norması digər texnoloji tələblər, yolverilən cərgə aralarının eni əkin (səpin) yerlərinin arası, meşəbitmə zonası Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyənləşdirilir.

 

3.19. Meşə əkinlərinin yaradılmasında əsas üsul olan əkin, müxtəlif növ əkin materialları (ting, toxmacar qələm) ilə həyata keçirilir. Su külək eroziyalarına məruz qalmış, rütubətliyi çox olan torpaqlarda, əkin yerlərini tez alaq bitkiləri basan sahələrdə, kifayət qədər nəmliyi olmayan rayonlarda əkin üsuluna üstünlük verilir. Bu zaman yalnız seleksiya əsasında seçilmiş əkin materiallarından istifadə olunur.

 

3.20. Meşə əkinlərinin etibarlılığını, aqrotexniki xidmətə olan tələblərinin azaldılmasını meşə ilə örtülü sahəyə keçirilməsinin tezləşdirilməsini təmin etmək məqsədi ilə, əkin üçün davamlı, tezböyüyən yüksək məhsuldarlıqlı ağac cinslərinin tinglərindən, toxmacarlarından qələmlərindən istifadə edilir.

 

3.21. Səpin üsulu ilə meşə əkininin yaradılmasında bu sahədə müsbət təcrübəsi olan, gəmiricilər tərəfindən qorxusu olmayan torpaq örtüyü zəif inkişaf etmiş sahələrdə aparılır. Bu zaman palıd, şabalıd, qoz ağacı cinslərinin toxumlarından istifadə olunur.

 

3.22. Əkin səpinin aparılma müddətləri torpaq, iqlim şəraitindən ağac cinslərindən asılı olaraq erkən yazda ya payızda aparılır.

 

3.23. Plantasiya tipli meşə əkinləri, onların yetişdirilməsinin bütün dövrlərində mövcud təkliflərin texniki normativ hüquqi aktların tələblərinə müvafiq hazırlanmış xüsusi layihələr texnologiyalar üzrə oduncağın digər meşə məhsullarının alınmasını tezləşdirmək məqsədi ilə salınır.[7]

 

3.24. Meşələrin təbii bərpası üçün təbii yeniyetmələri olmayan ya çox az olan sahələrdə bərabər yayılmayan, lakin təbii bərpaya kömək tədbirləri aparmaqla qiymətli cinslər hesabına bərpası mümkün olan yüksək keyfiyyətli məhsuldar meşə torpaqları daxildir.

 

3.25. Təbii bərpaya kömək tədbirləri aparılan meşə sahələri:

 

qalın ölü örtüyə malik, yüksək doluluğu olan, təbii bərpası zəif gedən meşə sahələri;

 

mal-qara otarılmasına məruz qalmış, kifayət qədər qiymətli cinsləri, yeniyetmələri cücərtiləri olan meşə sahələri;

 

toxumluq ağaclar qeyri bərabər yayılmış meşə sahələri;

 

meşəbitmə şəraitinə görə məhsuldar meşə yetişdirilməsi mümkün olan, lakin meşələrin doluluğuna, yaşına ərazinin relyefinə görə yeniyetmələri cücərtiləri zəif olan qeyri-bərabər yayılan meşə sahələri.

 

3.26. Təbii bərpaya kömək etmək məqsədi ilə aşağıdakı tədbirlər həyata keçirilir:

 

qalın ölü örtüyə kifayət qədər toxumluq ağaclar olan meşə sahələrində çürüməmiş xəzəl qatının torpaq qatına qədər dırmıxla aşılanması;

 

əlverişli meşəbitmə şəraiti olan, doluluğu 0,4—0,6 az toxumluq ağac olan sahələrdə (ərazinin relyefindən asılı olaraq) torpağın üst qatını dırmıxlanmaqla ağac toxumlarının səpilməsi.

 

3.27. Meşə yetişdirilməsi üçün torpaq fondu, meşə fondunun məhsuldar olmayan torpaq sahələrini minimuma endirmək, meşə fonduna daxil olmayan torpaqlarda qoruyucu meşə əkinləri yaratmaq, ərazinin meşəlik faizini artırmaq, ekoloji mühiti yaxşılaşdırmaq, torpaqları külək su eroziyalarından qorumaq məqsədi ilə yaradılır.

 

Buraya daxildir:

 

dağ yamaclarında dərə yarğanlarında salınmış, su eroziyasını, su axımını tənzimləyən meşə əkinləri;

 

torpaqların münbitliyini qoruyan, hidroloji mikroiqlim şəraitini yaxşılaşdıran dövlət meşə zolaqları;

 

təbii su mənbələrini, çay kənarlarını sahil boyu qoruyucu meşələri, xırda çayları digər su mənbələrini lilləşmədən, kimyəvi maddələrlə çirklənmədən qoruyan su rejimini yaxşılaşdıran meşə əkmələri;

 

qumluqların bərkidilməsi üçün külək eroziyasına qarşı salınmış yaşıllıq zolaqları;

 

örüş otlaqların yem bazasının yaxşılaşdırılması, ərazilərin sərt küləklərdən qar çovğunlarından, günəş radiasiyasından qorumaq

 

məqsədi ilə yaradılmış meşə zolaqları massivləri.

 

3.28. Meşə yetişdirilməsi meşəhidromeliorativ tədbirlər nəzərə alınmaqla ərazi texnoloji xəritələri əsasında aparılır.

 

3.29. Meşələrin bərpasını tənzimləyən sənədlərin nümunələri, onların doldurulması uçota alınması barədə təlimatlar tövsiyələr Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq olunur.[8]

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

 

1.      01 oktyabr 2005-ci il tarixli 164 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 9, maddə 855)

 

2.      5 fevral 2008-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 108)

 

3.      26 yanvar 2015-ci il tarixli 15 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycanqəzeti, 29 yanvar 2015-ci il, ¹ 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 1, maddə 67)

 

4.      16 dekabr 2016-cı il tarixli 506 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalqqəzeti, 18 dekabr 2016-cı il, ¹ 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 2225)

 

5.      17 aprel 2018-ci il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalqqəzeti, 20 aprel 2018-ci il, ¹ 88, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹4, maddə 801)

 

6.      25 dekabr 2019-cu il tarixli 501 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalqqəzeti, 28 dekabr 2019-cu il, ¹ 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, ¹ 12, maddə 2082)

 

7.      8 may 2021-ci il tarixli 141 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalqqəzeti, 18 may 2021-ci il, ¹ 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 5, maddə 520)

 

13 sentyabr 2023-cü il tarixli 325 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 sentyabr 2023-cü il, “Xalqqəzeti, 16 sentyabr 2023-cü il, ¹ 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 9, maddə 1346)

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 

[1] 17 aprel 2018-ci il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalqqəzeti, 20 aprel 2018-ci il, ¹ 88, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹4, maddə 801) iləMeşə fondunun mühafizəsi, qorunması meşələrin bərpası Qaydaları”nın 2.2-ci bəndinin üçüncü abzasındapapirossözütütünsözü ilə əvəz edilmişdir.

 

13 sentyabr 2023-cü il tarixli 325 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 sentyabr 2023-cü il, “Xalqqəzeti, 16 sentyabr 2023-cü il, ¹ 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 9, maddə 1346) iləMeşə fondunun mühafizəsi, qorunması meşələrin bərpası Qaydaları”nın 2.2-ci bəndinin üçüncü abzasındakütləvi informasiya vasitələrindənsözlərimediadansözü ilə əvəz edilmişdir.

 

 

[2] 26 yanvar 2015-ci il tarixli 15 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycanqəzeti, 29 yanvar 2015-ci il, ¹ 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 1, maddə 67) iləMeşə fondunun mühafizəsi, qorunması meşələrin bərpası Qaydaları”nın 2.2-ci bəndinin ikinci abzası çıxarılmışdır yeni məzmunda 2.2-1-ci bənd əlavə edilmişdir.

 

 

[3] 01 oktyabr 2005-ci il tarixli 164 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 9, maddə 855) iləMeşə fondunun mühafizəsi, qorunması meşələrin bərpası Qaydaları”nın 2.3-cü bəndinin üçüncü abzasındahüquqpozmalarısözüxətalarısözü ilə əvəz edilmişdir.

 

 

16 dekabr 2016-cı il tarixli 506 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalqqəzeti, 18 dekabr 2016-cı il, ¹ 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 2225) iləMeşə fondunun mühafizəsi, qorunması meşələrin bərpası Qaydaları”nın 2.3-cü bəndinin üçüncü abzasınaməhkəmə orqanlarınasözlərindən sonra “, yaxud inzibati xəta haqqında işə baxan səlahiyyətli orqanlara (vəzifəli şəxslərə)” sözləri əlavə edilmişdir.

 

 

[4] 25 dekabr 2019-cu il tarixli 501 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalqqəzeti, 28 dekabr 2019-cu il, ¹ 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, ¹ 12, maddə 2082) iləMeşə fondunun mühafizəsi, qorunması meşələrin bərpası Qaydaları”na yeni məzmunda 2.3-1-ci bənd əlavə edilmişdir.

 

 

[5] 25 dekabr 2019-cu il tarixli 501 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalqqəzeti, 28 dekabr 2019-cu il, ¹ 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, ¹ 12, maddə 2082) iləMeşə fondunun mühafizəsi, qorunması meşələrin bərpası Qaydaları”na yeni məzmunda 2.3-1-ci bənd əlavə edilmişdir.

 

 

[6] 25 dekabr 2019-cu il tarixli 501 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalqqəzeti, 28 dekabr 2019-cu il, ¹ 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, ¹ 12, maddə 2082) iləMeşə fondunun mühafizəsi, qorunması meşələrin bərpası Qaydaları”na yeni məzmunda 3.4-1-ci 3.4-2-ci bəndlər əlavə edilmişdir.

 

 

[7] 8 may 2021-ci il tarixli 141 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalqqəzeti, 18 may 2021-ci il, ¹ 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 5, maddə 520) iləMeşə fondunun mühafizəsi, qorunması meşələrin bərpası Qaydaları”nın 3.23-cü bəndindəstandartlarınsözütexniki normativ hüquqi aktlarınsözləri ilə əvəz edilmişdir.

 

 

[8] 5 fevral 2008-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 108) ilə Meşə fondunun Mühafizəsi, qorunması meşələrin bərpası Qaydaları"nın 2.2-ci, 3.2-ci, 3.18-ci 3.29-cu bəndlərində ismin müvafiq hallarında "Azərbmeşə" İstehsalat Birliyi" sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 may, ¹ 5.- S.2180-2186.