Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli, 176 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. “Radioaktiv kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması istifadəsi Qaydaları”, “Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi QaydasıTorpaqların zonalaşdırılmasının ümumi əsasları prinsipləritəsdiq edilsin (əlavə olunur).

 

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş "Torpaq sahələrinin geri alınması dövlət ictimai ehtiyaclar üçün ayrılması barədə vəsatətlərin qaldırılması onlara baxılması Qaydaları"nın 20-ci bəndində "təsdiq etmək sifarişçiyə təqdim etmək üçün müvafiq yerli icra hakimiyyətlərinə ya bələdiyyələrə" sözləri "torpaq üzərində hüquqların dövlət qeydiyyatına alınması sifarişçiyə təqdim edilməsi üçün müvafiq rayon (şəhər) torpaq şöbəsinə" sözləri ilə əvəz edilsin.[1]

 

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

 

Bakı şəhəri, 1 may 2000-ci il ¹ 79

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 

2000-ci il 1 may tarixli, 79 nömrəli qərarı ilə

 

təsdİq edİlmİşdİr

 

 

Radioaktiv kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması istifadəsi

 

QAYDALARI[2]

 

 

Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə digər qanunvericilik aktlarına uyğun olaraq Azərbaycan Respublikası ərazisində radioaktiv kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması istifadəsi qaydasını müəyyən edir.

 

1. Radioaktiv kimyəvi çirklənməyə məruz qalmış, insanların sağlamlığına təhlükə yarada bilən, habelə məhsul istehsalı üçün sanitar tələblərə cavab verməyən torpaqlar müvafiq yerli icra hakimiyyətlərinin bələdiyyələrin qərarı ilə təsərrüfat dövriyyəsindən müvəqqəti çıxarılaraq, konservasiya olunur bərpa edilməsi üçün müvafiq ehtiyat torpaq fonduna keçirilir. Sağlamlaşdırılan torpaq sahələri Əmlak Məsələləri Dövlət Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Ekologiya Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin digər əlaqədar təşkilatların mütəxəssislərindən ibarət ekspert qrupunun rəyinə əsasən həmin torpaqları təsərrüfat dövriyyəsindən çıxaran orqanların qərarı ilə əvvəlki istifadəçilərinə qaytarılır təyinatına uyğun olaraq istifadə edilir.[3]

 

2. Bütün növ torpaqlarda radioaktiv maddələrin miqdarının çox olması həm təbii mənşəli radioaktiv maddələrlə, həm texnogen xarakterli mənbələrlə əlaqədardır. Torpaqlarda radioaktivliyin normadan çox olmasına səbəb mənşəcə təbii süni radioaktiv elementlər ola bilər.

 

3. Torpaqların kimyəvi maddələrlə çirklənməsinin əsas mənbələri kənd təsərrüfatında bitkilərin mühafizəsində istifadə olunan zəhərli kimyəvi maddələr, eyni zamanda mineral gübrələr, sənaye, məişət sair xarakterli çirkablı sular tullantılardır.

 

4. Radioaktiv kimyəvi çirklənmə zamanı radionuklidlərin radiasiya təhlükəliliyi, onların yarımparçalanma dövrü, kimyəvi maddənin toksikliyi, torpaqda parçalanma müddəti s. nəzərə alınmalıdır.

 

Radioaktiv kimyəvi çirklənməyə məruz qalmış torpaq sahələri çirklənmə dərəcəsi xarakterinə görə aşağıdakı qruplara bölünür:

 

a) çirklənmə dərəcəsi mövcud normaların son həddinin 1.0—2.0 misli qədər olan təhlükə ehtimallı sahələr.

 

Bu sahələrdə canlı orqanizmlərin yaşaması fəaliyyəti xüsusi sanitar gigiyenik normativlərlə, həmçinin otlaq sahələrində həmin maddələrin dövranını ev heyvanlarından alınan ət süd məhsullarının tərkibindəki miqdarı ilə müəyyənləşdirilir. Kənd təsərrüfatı üçün istifadəsi qeyri-mümkün olan torpaq sahələrini xüsusi çəpər ya göstərici işarələr vasitəsi ilə izolə etmək lazımdır.

 

b) çirklənmə dərəcəsi mövcud normaların son həddinin 2.0 mislindən çox olan təhlükəli torpaq sahələri.

 

Bu sahələrdə təmas yalnız xüsusi sanitar-gigiyenik normativlərlə məhdudlaşır. Belə sahələr ətraf mühitdən tamamilə izolə edilməlidir.

 

5. Radioaktiv kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması onların bərpası mülkiyyət formasından asılı olmayaraq bütün fiziki hüquqi şəxslər üçün məcburidir.

 

6. Radioaktiv kimyəvi çirklənmiş torpaq sahələrinin müəyyən edilməsi ilkin elmi-texniki ekspertiza nəticələri əsasında Ekologiya Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi öz səlahiyyətləri daxilində digər əlaqədar təşkilatlar tərəfindən həyata keçirilir.[4]

 

7. Radioaktiv kimyəvi çirklənməyə məruz qalmış torpaq sahələrinin çirklənmə dərəcəsi, çirklənmə mənşəyi, tərkibi, əsas torpaq kütləsi ilə əlaqə forması, aqreqat, fiziki-kimyəvi xüsusiyyətləri, dərin qatlara yer səthinə zərərli təsirin məsafədən asılılıq qanunauyğunluqlarının müəyyən edilməsi xüsusi yüksək ixtisaslı mütəxəssislər tərəfindən elmi tədqiqat işləri nəticəsində həyata keçirilir.

 

8. Radioaktiv elementlərlə çirklənmiş torpaq sahələrinin çirklənmə dərəcəsi, torpaq qatının çirklənməsi dərinliyindən, torpağın tipi, növü, geomineraloji ətraf mühitin coğrafi xüsusiyyətlərindən asılı olaraq konservasiya bərpa işləri aşağıdakı qaydada həyata keçirilir:

 

a) təhlükə ehtimalı torpaq sahələrində çirklənməyə təbii radioaktiv izotoplar səbəb olduqda, həmin sahələrdə təsərrüfat fəaliyyəti təmas üçün xüsusi qaydalar müəyyən olunur. Bu sahələrdə radioaktiv maddələrin tərkibi, aqreqat halı, ionlaşdırıcı şüaların mənşəyi intensivliyi müəyyən edilir. İlk növbədə çirklənmə dərəcəsinin artmasının qarşısının alınması sonrakı çirklənmənin azalmasına yönəlmiş elmi-texniki işlər aparılır;

 

b) təhlükəli torpaq sahələrində çirklənmə zonaları mütləq ətraf mühitdən izolə edilməlidir. Çirklənmə mənbəyinin xarakteri, tərkibi şüa növü tədqiq olunaraq ətraf mühitə təhlükə ehtimalını müvəqqəti azaltmaq üçün işçi planı hazırlanıb yerinə yetirilməlidir. Sonralar isə əsaslı təmizləmə radioaktiv dezaktivasiya texnologiyası əsasında tədbirlər planı yerinə yetirilməlidir.

 

9. Radioaktiv kimyəvi çirklənməyə məruz qalma təhlükəsi gözlənilən sənaye obyektlərində həmin obyektlərin yerləşdiyi qonşu torpaq sahələrində çirklənmə zonasının hüdudlarından asılı olaraq uzunmüddətli monitorinq müşahidə məntəqələri yaradılmalıdır.

 

10. İstehsal prosesi zamanı torpaqda radioaktiv kimyəvi çirklənmə halları müşahidə edildikdə həmin torpaq sahələrində xüsusi cari sağlamlaşdırma tədbirləri həyata keçirilir, bu tədbirlərin tətbiqi müsbət nəticələr vermədikdə istehsal prosesi dayandırılır torpaq sahələri təsərrüfat dövriyyəsindən çıxarılaraq konservasiya edilir.

 

11. İstehsal prosesi zamanı fiziki hüquqi şəxslərin səhlənkarlığı nəticəsində radioaktiv kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi sağlamlaşdırılması işlərinin dəyəri təqsirkar şəxslər tərəfindən ödənilir.

 

12. Təbii fəlakət fövqəladə hallar nəticəsində dövlət mülkiyyətində olan obyektlərdə baş verən qəza eləcə digər mənbələrin tullantıları ilə radioaktiv kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması işlərinin dəyəri müəyyən olunmuş qaydada dövlət büdcəsindən ödənilir.

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 

2000-ci il 1 may tarixli, 79 nömrəli qərarı ilə

 

təsdİq edİlmİşdİr

 

 

 Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi

 

 QAYDASI[5]

 

 

 

Bu Qayda Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə digər qanunvericilik aktlarına uyğun olaraq Azərbaycan Respublikası ərazisində ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi qaydasını tənzimləyir.

 

1. Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlara ərazilərində sürüşmə, sel, su eroziyası (yarğanəmələgəlmə, torpaq qatının yuyulması), külək eroziyası (deflyasiya; eol) uçqunlar, subasma bataqlıqlaşma, yer çökməsi, abraziya prosesləri gedən, həmçinin palçıq vulkanları təzahür edən sahələr aiddir.

 

2. Torpaqların ekzogen geoloji proseslərə məruz qalmasının regional qiymətləndirilməsi Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi (bundan sonra - ETSN) tərəfindən həyata keçirilir. ETSN aidiyyəti üzrə digər müvafiq elmi icra strukturları ilə birlikdə Azərbaycan Respublikası ərazisinin mühəndis-geoloji öyrənilməsini, ekzogen geoloji proseslərin bu proseslərə məruz qalmış sahələrin aşkarlanmasını, proseslərin kompleks tədqiqini, onların mənfi təsirinin qarşısını almağa dair operativ tövsiyələr vermək məqsədi ilə ekzogen geoloji proseslərin monitorinqinin yaradılmasını aparılmasını təmin edir. [6]

 

3. ETSN, təhlükəsizlik dərəcəsi nəzərə alınmaqla, ekzogen geoloji proseslərə məruz qalmış bu proseslərin getdiyi torpaqlarda meliorasiya bərpa (rekultivasiya) işləri aparılanadək onların istehsal həyat fəaliyyəti üçün istifadəsinin məhdudlaşdırılması konservasiya edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti, yerli icra hakimiyyətləri bələdiyyələr qarşısında vəsatət qaldırır.

 

4. Yerli icra hakimiyyətləri, bələdiyyələr torpaq mülkiyyətçiləri onlara məxsus torpaq sahələrində rast gəldikləri ekzogen geoloji proseslər haqqında ETSN- məlumat verirlər. ETSN yoxlanması gələcəkdə baş vermə təhlükəsi gözlənilən ekzogen geoloji proseslərə qarşı mübarizə tədbirlərinin görülməsi barədə müvafiq təkliflər hazırlayır onlara təqdim edir.

 

5. Azərbaycan Respublikası ərazisində ekzogen geoloji proseslərin təhlükəlilik dərəcəsi onların inkişaf etdiyi torpaqların istifadə təyinatından asılı olaraq müəyyənləşdirilir.

 

6. Sürüşməyə məruz qalmış aktivlik dərəcəsindən asılı olmayaraq sürüşmə prosesi gedən torpaqlarda relyefin mailliyi 30 dərəcədən yuxarı olduqda mühəndis-texniki kənd təsərrüfatı işlərinin aparılması (mal-qara otarılmasından başqa) qadağandır. Relyefin mailliyi 20—30 dərəcə arasında olduqda sürüşmə prosesi gedən torpaqlarda mühəndis-texniki işlərin aparılmasına icazə verilmir. Xüsusi hallarda ETSN-nin Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı, habelə yerli icra hakimiyyətlərinin bələdiyyələrin icazəsi ilə ağır texnika süni suvarma tətbiq edilmədən kənd təsərrüfatı işləri aparıla bilər. Relyefin mailliyi 20 dərəcədən az olduqda, sürüşmə prosesinin aktivlik dərəcəsindən asılı olaraq, torpaqlardan ETSN-nin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Tikinti Arxitektura Komitəsinin Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı, habelə yerli icra hakimiyyətlərinin bələdiyyələrin icazəsi ilə müvafiq mühəndis müdafiə tədbirləri tətbiq edilməklə yalnız xüsusi əhəmiyyətli mühəndis-texniki işlər aparıla bilər. Belə torpaqlardan kənd təsərrüfatı işlərinin aparılması üçün süni suvarma tətbiq edilmədən ETSN-nin Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı, habelə yerli icra hakimiyyətlərinin bələdiyyələrin icazəsi ilə istifadə edilə bilər.[7]

 

7. Sel təhlükəli sahələrdə seldən müdafiə qurğularının tikintisi xüsusi əhəmiyyətli körpülərin salınması üzrə işlər istisna olmaqla, bütün növ mühəndis-texniki işlərin aparılması qadağandır. Kənd təsərrüfatı işləri xüsusi hallarda ETSN-nin, Dövlət Ekologiya Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin, Dövlət Hidrometeorologiya Komitəsinin Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı, habelə yerli icra hakimiyyətlərinin bələdiyyələrin icazəsi ilə aparıla bilər.

 

8. Palçıq vulkanları aktivləşmə dövrünü yaşayan torpaqlarda onların təsiri altında olan torpaqlarda bütün növ mühəndis-texniki kənd təsərrüfatı işlərinin aparılması qadağandır. Sönmüş palçıq vulkanları sahələrində müvəqqəti kənd təsərrüfatı işləri xüsusi hallarda Azərbaycan Respublikası Elm Təhsil Nazirliyinin, ETSN-nin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Dövlət Ekologiya Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının razılığı, habelə yerli icra hakimiyyətlərinin bələdiyyələrin icazəsi ilə aparıla bilər.[8]

 

9. Subasma bataqlıqlaşma gedən torpaqlarda xüsusi təyinatlı mühəndis-texniki işlər ETSN-nin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Tikinti Arxitektura Komitəsinin Dövlət Ekologiya Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin razılığı, habelə yerli icra hakimiyyətlərinin bələdiyyələrin icazəsi ilə aparıla bilər. Belə torpaqlarda kənd təsərrüfatı işləri meliorativ tədbirlər həyata keçirməklə ETSN-nin, Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, dövlət sanitariya nəzarəti orqanlarının razılığı, yerli icra hakimiyyətlərinin bələdiyyələrin icazəsi ilə aparıla bilər.[9]

 

10. Eroziya, yarğanəmələgəlmə, torpaq qatının yuyulması yerçökməsi prosesləri gedən torpaqlarda mühəndis-texniki işlər müvafiq mühəndis-mühafizə tədbirləri həyata keçirməklə ETSN-nin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Tikinti Arxitektura Komitəsinin Dövlət Ekologiya Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin razılığı, habelə yerli icra hakimiyyətlərinin bələdiyyələrin icazəsi ilə aparıla bilər. Bu proseslər gedən torpaqlarda kənd təsərrüfatı işləri qabaqcadan müəyyənləşdirilmiş suvarma üsulları suvarma sularının drenajı tədbirlərinin həyata keçirilməsi şərti ilə ETSN-nin razılığı, yerli icra hakimiyyətlərinin bələdiyyələrin icazəsi ilə aparıla bilər.[10]

 

11. Deflyasiya eol prosesləri gedən torpaqlarda mühəndis-texniki işlər ETSN-nin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Tikinti Arxitektura Komitəsinin Dövlət Ekologiya Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin razılığı, habelə yerli icra hakimiyyətlərinin bələdiyyələrin icazəsi ilə, kənd təsərrüfatı işləri isə ETSN-nin razılığı, yerli icra hakimiyyətlərinin bələdiyyələrin icazəsi ilə aparılır.[11]

 

12. Abraziya prosesləri gedən sahil zonalarında mühəndis-texniki işlər kənd təsərrüfatı işləri ETSN-nin, Dövlət Ekologiya Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin, aidiyyəti olan hallarda isə Fövqəladə Hallar Nazirliyinin, Dövlət Tikinti Arxitektura Komitəsinin razılığı, habelə yerli icra hakimiyyətlərinin bələdiyyələrin icazəsi ilə aparılır.[12]

 

13. Ekzogen geoloji proseslərə məruz qalmış torpaqların istifadəsini şərtləndirən bütün mühəndisi-mühafizə tədbirlərinin layihələri Fövqəladə Hallar Nazirliyi, Dövlət Tikinti Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi ETSN-la, irriqasiya, meliorasiya drenaj tədbirlərinin layihələri isə Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ETSN-la razılaşdırılır. [13]

 

14. Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki kənd təsərrüfatı işlərinin aparılması bu torpaqların təsir sahəsində yerləşmiş digər torpaq mülkiyyətçilərinin istifadəçilərinin hüquqlarını pozmamalı onlara maddi ziyan vurmamalıdır.

 

15. Bu Qaydada adları çəkilən mərkəzi icra hakimiyyəti orqanlarının razılığı olmadan ekzogen geoloji proseslərə məruz qalmış torpaqların hər hansı məqsədlər üçün istifadəsinə yol verilmir.

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 

2000-ci il 1 may tarixli, 79 nömrəli qərarı ilə

 

təsdİq edİlmİşdİr

 

 

 

Torpaqların zonalaşdırılmasının ümumi əsasları

 

prİnsİplərİ

 

 

 

Torpaq ərazilərinin zonalaşdırılmasının ümumi əsasları prinsipləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqların məqsədli təyinatı hüquqi rejiminə görə istifadə olunmasını nəzərdə tutur.

 

Zəlzələ, torpaq sürüşməsi, subasma, daşqın, digər təbii texnogen fəaliyyətlərinin nəticələrini nəzərə alaraq sənaye, yaşayış, mədəni-məişət, nəqliyyat yolları qovşaqların, yaşıllıq digər obyektlərin tikintisi altına torpaq sahələrinin seçilməsi, bütün növ torpaq zonalarından istifadənin norma qaydalarına riayət edilməsini tənzimləyir.

 

Ərazilərin zonalaşdırılması təbiətdən səmərəli istifadə edilməsi, tarixi-mədəni irsin ətraf mühitin mühafizəsi, əhalinin məskunlaşması, məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi prinsiplərinə əsasən iki səviyyədə aparılır:

 

Azərbaycan Respublikasının bütün ərazisinin zonalaşdırılması;

 

şəhər digər yaşayış məntəqələri ərazilərinin zonalaşdırılması.

 

 

I. Azərbaycan Respublİkasının bütün ərazİsİ AŞAĞIDAKI zonalardan İbarətdİr:

 

 

1.1. Respublikanın regional qruplar sistemləri daxilində mövcud şəhər, digər yaşayış məntəqələri onların perspektiv inkişafı üçün nəzərdə tutulan ehtiyat torpaq zonaları;

 

1.2. Regional qruplar sistemləri daxilindən kənar yeni salınacaq şəhər digər yaşayış məntəqələri üçün nəzərdə tutulan ehtiyat torpaq zonaları;

 

1.3. Arxeoloji, memarlıq abidələri onların qalıqları müəyyən olunmuş zonalar;

 

1.4. Kənd təsərrüfatına yararlı torpaqlar, yaylaq qışlaq zonaları;

 

1.5. Yer səthində yerin təkində yerləşən (perspektiv geoloji axtarış sahələri daxil olmaqla) mineral ehtiyatlar zonaları;

 

1.6. Yaşayış məntəqələrindən kənar hərbi şəhərciklər poliqonlar zonası;

 

1.7. Perspektiv nəqliyyat koridorları qovşaqları da daxil olmaqla ölkələrarası, ölkədaxili, şəhərlərarası tranzit dəmir yolları, avtomobil yolları qovşaqları, hava nəqliyyatlarının yerüstü qovşaqları onların mühafizə zonaları;

 

1.8. Ölkələrarası, ölkədaxili, şəhərlərarası neft, qaz, elektrik, rabitə kəmər xətlərinin mühafizə zolaqları ilə birlikdə zonaları;

 

1.9. Meşə fondu zonaları;

 

1.10. Xəzər dənizinin (gölünün) qalxması enməsi ilə əlaqədar subasma zonaları;

 

1.11. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (zonası);

 

1.12. Çay, açıq su hövzələri, kanallar kollektorlar zonası;

 

1.13. Dağ çaylarının daşqınından mühafizə zonaları;

 

1.14. Təbii texnogen xarakterli fövqəladə halların təsiri ilə su anbarlarının susaxlama qabiliyyətinin itirilməsi nəticəsində subasma izometriya xətləri arasında su altında qala biləcək zonalar;

 

1.15. Turizm rekreasiya zonaları;[14]

 

1.16. Təbii qoruq zonaları;

 

1.17. Dağ zonaları;

 

1.18. Radioaktiv kimyəvi tullantıların basdırılma zonaları;

 

1.19. Xüsusi neft-qazçıxarma-antropogen zonalar;

 

2. Bu zonaların ümumi əsasları prinsipləri ayrı-ayrılıqda aşağıdakı kimi açıqlanır:

 

2.1. Respublikanın regional qruplar sistemləri daxilində mövcud şəhər, digər yaşayış məntəqələri onların perspektiv inkişafı üçün nəzərdə tutulan ehtiyat torpaq zonaları

 

Tarixi məskunlaşma əhalinin daxili təbii miqrasiyaya cəlb olunması əsasında Azərbaycan Respublikasının mövcud yaşayış məntəqələri onların perspektiv inkişaf sahələrinin Bakı-Sumqayıt, Quba-Xaçmaz, Şamaxı-İsmayıllı, Mingəçevir-Yevlax, Şəki-Zaqatala, Şirvan-Salyan, Lənkəran-Astara, Ağdam-Xankəndi-Laçın, Gəncə-Qazax, Göyçay-Ağdaş, Naxçıvan-Ordubad təbii məskunlaşma regionlarında birləşməsi tələb olunur.[15]

 

Respublika daxilində ayrılmış 11 regional qrup bütün yaşayış məntəqələrini əhatə edib, hər biri ayrı-ayrılıqda özünün cazibə zonasında yerləşən 4-5 inzibati rayonların yaşayış məntəqələrini birləşdirərək daxili nəqliyyat strukturu ilə mərkəz şəhərində yerləşdirilmiş bütün regionun əhalisinin sayına hesablanmış sənaye, mədəni-məişət, təhsil, səhiyyə digər obyektlərin fəaliyyətini təmin edir.

 

Burada məqsəd Bakı-Sumqayıt regionunda hipertrofik inkişafın işçi qüvvələrinin Abşeron istiqamətində miqrasiyasının qarşısının alınması, respublika ərazisində torpaqlardan maksimum səmərəli istifadə olunması qorunmasının təminatını, əhalinin yaşayış səviyyəsinin, iqtisadiyyatın, sənaye kənd təsərrüfatı komplekslərinin inkişaf tempinin qısa müddətdə yüksəldilməsini, xidmət obyektlərinin mədəni-maarif müəssisələrinin əhaliyə maksimum yaxınlaşdırılmasını, respublika paytaxtından uzaqda formalaşmış yaşayış məntəqələrinin, xüsusilə sərhədyanı zonaların, habelə Naxçıvan Muxtar Respublikasının qısa müddətdə inkişafını təmin etməkdir.

 

Şəhər, qəsəbə, kənd yaşayış məntəqələrinin, müvəqqəti geoloji ekspedisiyaların, turizm bazaları, çoban yataqlarının (yaylaqda qışlaqda), arıçılıq düşərgələrinin, nəqliyyat dayanacaqlarının onların gələcək inkişaf sahələrinin formalaşması prinsiplərini, habelə bir-birinə yaxın yerləşmiş gələcəkdə formalaşan aqlomerasiyaların qarşısını ala biləcək yaşayış məntəqələrinin qarşılıqlı inkişaf istiqamətləri respublika regionlar miqyasında hazırlanan müvafiq planlaşdırılma layihələri ilə müəyyənləşdirilir.

 

2.2. Regional qruplar sistemləri daxilindən kənar yeni salınacaq şəhər digər kənar yaşayış məntəqələri üçün nəzərdə tutulan ehtiyat torpaq zonaları

 

Buraya Azərbaycan Respublikasının perspektiv iqtisadi inkişafını təmin etmək məqsədi ilə sənaye, kənd təsərrüfatı digər obyektlərin həmin obyektləri işçi qüvvəsi ilə təmin edəcək yaşayış məntəqələrinin salınması üçün nəzərdə tutulan torpaq sahələri aiddir.

 

2.3. Arxeoloji, memarlıq abidələri onların qalıqları müəyyən olunmuş zonalar

 

Dövlət tərəfindən müvafiq qaydada müəyyənləşdirilmiş tarixi-mədəni, memarlıq abidələrinin yerləşdiyi ərazilər onların qoruq zonalarında xüsusi arxitektura-arxeoloji axtarış qrupunun fəaliyyəti istisna olmaqla, insan fəaliyyətinin qalan bütün növləri məhdudlaşdırılmalı, aşkar olunmuş arxeoloji, memarlıq abidələri onların qalıqlarından aralı məsafədə həmin qoruq zonalarının sərhədləri müvafiq qaydada müəyyənləşdirilməlidir.

 

2.4. Kənd təsərrüfatına yararlı torpaqlar, yaylaq qışlaq zonaları

 

Əkilən əkinə yararlı zonalar hal-hazırda əkin üçün istifadə olunan gələcəkdə əkiləcək yararlı torpaq əraziləridir.

 

Yaylaq qışlaq zonalarını kənd təsərrüfatında (heyvandarlıqda) istifadə olunan ərazilər tikililər təşkil edir.

 

Kənd təsərrüfatına tam yararsız zonaları bataqlıqlar, şoran torpaqlar, sürüşməyə məruz qalmış s. ərazilər təşkil edir.

 

2.5. Yer səthində yerin təkində yerləşən (perspektiv geoloji axtarış sahələri daxil olmaqla) mineral ehtiyatlar zonaları

 

Bu zonaların ərazisindəki sərvətlərin istehsal üsulundan asılı olaraq yaşayış obyektləri, laboratoriya, texnika üçün açıq örtülü sığınacaqlar, anbar binaları s. qurğular müvafiq təhlükəsizlik normalarına əməl olunmaqla yerləşdirilməlidir. Partlayış metodundan istifadə olunduqda, filiz ya başqa maddələrin çıxarılması nəticəsində sürüşmə, dağ ətəyinin uçurulması, çökmə proseslərinin baş verə biləcəyi gözlənilərsə, bunların təsir zonasında yerləşən yaşayış məntəqələrinə su anbarlarına edilə biləcək təsir nəzərə alınmalı, möhkəmləndirmə işlərinin görülməsi ya yaşayış məntəqələrinin köçürülməsi nəzərdə tutulmalıdır.

 

2.6. Yaşayış məntəqələrindən kənar hərbi şəhərciklər poliqonlar zonası

 

Bu zonaya kənardan gələnlər üçün qadağan məsafələri müəyyən olunmaqla, keçid-buraxılış məntəqələri yaradılmalıdır. Poliqon zonalarında məşq, mərmi atıcı silahların uçuş dairələri müəyyənləşdirilərkən sərhəd məsafələrinin təhlükəsizliyi nəzərə alınmalıdır. Bu zonaların ərazisinin yaşayış məntəqəsinin salınması, heyvandarlıq əkinçilik məqsədləri üçün istifadə edilməsi zamanı təhlükəsizliyi təmin edən qaydalara riayət olunmalıdır.

 

2.7. Perspektiv nəqliyyat koridorları qovşaqları da daxil olmaqla ölkələrarası, ölkədaxili, şəhərlərarası tranzit dəmir yolları, avtomobil yolları qovşaqları, hava nəqliyyatının yerüstü qovşaqları onların mühafizə zonaları

 

Perspektiv nəqliyyat koridorları qovşaqları da daxil olmaqla ölkələrarası, ölkədaxili, şəhərlərarası, tranzit dəmir yolları, avtomobil yolları qovşaqları, hava nəqliyyatının yerüstü terminalları, dəhlizləri onların mühafizə qovşaqları zonaları şəhər digər yaşayış məntəqələrindən müvafiq normalarla müəyyən olunmuş məsafədə yerləşdirilməli, onların ərazisini kəsib keçməməlidir.

 

Bu yollar yaşayış məntəqələrinin daxilindən keçirsə, yenidənqurma şəhərsalma layihələrində onların yaşayış məntəqələrindən kənara çıxarılması normativlərə əsasən müvafiq mühafizə zolaqları nəzərə alınmalıdır.

 

Aerodromlar helikopter meydançaları, uçuş eniş zolaqları, istiqamətli hava dəhlizlərinin yaşayış məntəqələrindən müvafiq normativlərə əsasən aralı yerləşdirilməsi təmin olunmalıdır.[16]

 

2.8. Ölkələrarası, ölkədaxili, şəhərlərarası neft, qaz, elektrik, rabitə kəmər xətlərinin mühafizə zolaqları ilə birlikdə zonaları

 

Ölkələrarası, ölkədaxili, şəhərlərarası neft, qaz kəmərləri elektrik xətlərinin mühafizə zolaqları zonaları bu xətlər kəmərlər boyu hər iki tərəfə müvafiq texniki normativlər nəzərə alınmaqla müəyyənləşdirilməlidir.

 

2.9. Meşə fondu zonaları

 

Azərbaycanda yerləşən bütün tip dağ, dağətəyi, dəniz sahili meşələr Kür çayı vadisi boyunca Tuqay meşələrinin torpaqları respublika meşə fondu zonasını təşkil edir. Turizmə rekreasiyaya yararlı olan bu zonalar ətrafda yerləşən yaşayış məntəqələrinin əhalisi üçün turizm rekreasiya zonası kimi istifadə edilə bilər.[17]

 

2.10. Xəzər dənizinin (gölünün) qalxması enməsi ilə əlaqədar subasma zonaları

 

Xəzərin su səviyyəsinin dəyişməsi səbəblərinin elmi əsası dəqiq müəyyən olunmadığından onun dəyişməsi həddi dəqiq müəyyən edilməmişdir. Bu səbəbdən səviyyənin tərəddüdünün son 100 il ərzində maksimum həddini müəyyən edərək, həmin subasma horizontı zonasına böyük kapital qoyuluşu tələb edən yaşayış, ictimai, sənaye obyektlərinin tikilməsi qadağan edilməlidir. Əgər belə qurğuların tikilməsi vacibdirsə, yaxud dənizlə əlaqədardırsa, onların tikintisində müəyyən olunmuş subasma izometriya xəttinin maksimum subasma hündürlüyü nəzərə alınmalıdır.

 

2.11. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (zonası)

 

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (zonası) aşağıdakı unikal funksiyaların yerinə yetirilməsinə zəmin yaradır:

 

a) eyni zamanda bir neçə xarici ölkələrlə sərhəd zonasını təşkil edərək, onlarla su nəqliyyatı əlaqələrinə;

 

b) Volqa çayı vasitəsi ilə ümumdünya su dəhlizləriokeanları ilə gəmiçilik nəqliyyatı əlaqələrinə;

 

c) respublika paytaxtının, Abşeron regionunun eləcə bütün Xəzərsahili zonaların Mingəçevir gölünədək, Kür çayı vasitəsilə dənizlə su nəqliyyatı əlaqələrinin yaradılması ilə bərabər, Kürboyu Tuqay meşə zonalarının turizm rekreasiya zonaları kimi istifadə olunmasına;[18]

 

ç) balıqçılıq təsərrüfatı sənayesinin inkişaf etdirilməsinə;

 

d) dəniz dibindən neft qaz yataqlarının istismarına.

 

2.12. Çay, açıq su hövzələri, kanallar kollektorlar zonası

 

Bu zonalara çaylar, kanallar, kollektorlar, təbii süni göllər, habelə digər daimi axını olan qurumayan yerüstü suaxarları sututarları daxildir. Bu zonadan suvarma məqsədləri , habelə turizm rekreasiya üçün istifadə olunması mühafizə zonasından istifadə rejimi müvafiq normativ hüquqi aktlarla tənzimlənir.[19]

 

2.13. Dağ çaylarının daşqınından mühafizə zonaları

 

Dağ çaylarının daşqınından mühafizə zonalarında yerləşən yaşayış məntəqələrinin inkişaf etdirilməsi, binaların qurğuların, sənaye obyektlərinin digər əsaslı tikintilərin yerləşdirilməsi qadağan edilməlidir. Əsaslandırılmış hallarda bu ərazilərdə birillik kənd təsərrüfatı məhsullarının əkin sahəsi üçün istifadə oluna bilər.

 

2.14. Təbii texnogen xarakterli fövqəladə halların təsiri ilə su anbarlarının susaxlama qabiliyyətinin itirilməsi nəticəsində subasma izometriya xətləri arasında su altında qala biləcək zonalar

 

Su anbarlarının fəlakət nəticəsində susaxlama qabiliyyətinin itirilməsi hallarında nəzərdə tutulan subasma izometriya horizont xətləri arasında su altında qala bilmə ehtimalı olan zonaların az kapital qoyuluşlu qeyri-yaşayış məqsədləri üçün istifadə olunması (heyvandarlıq, əkinçilik s.) mümkündür. Bu zonalarda böyük kapital qoyuluşlu əsaslı tikinti mühəndis avadanlıqları qurularkən baş verə biləcək fəlakətin nəticələri nəzərə alınmalıdır.

 

2.15. Turizm rekreasiya zonaları;[20]

 

Abşeron yarımadasında şimala cənuba, Xəzər dənizi sahillərində, Araz çayı sahillərində, Naxçıvan Muxtar Respublikası ərazisində, Araz su qovşağı sahillərində, Qubadlı, Şuşa, Laçın, Zəngilan, Cəbrayıl, Şəki-Zaqatala, Şamaxı-Pirqulu, İsmayıllı, Masallı-Yardımlı, Lənkəran-Lerik zonalarında, Şahdağ Murovdağ zirvələri dağətəyi sahələri, habelə qanunvericiliyə uyğun olaraq ayrılmış digər sahələri əhatə edən turizm rekreasiya zonalarının ərazilərində idman, turizm, alpinizm, qısa uzunmüddətli, aktiv passiv istirahət ocaqları, müvafiq miqyaslı mehmanxana, kempinqlər, istirahət məqsədləri üçün çadır şəhərcikləri yaradıla fəaliyyət göstərə bilər.

 

Bu zonalarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada turizm infrastrukturu yaradıla inkişaf etdirilə bilər.

 

Müalicə müəssisələri, sanatoriya istirahət evlərinin bu zonalarda yerləşdirilməsi onlarda kurort fəaliyyətinin yaradılmasına gətirib çıxarır.

 

 

 

2.16. Təbii qoruq zonaları

 

Dövlət tərəfindən təsdiq olunmuş təbii qoruq zonalarının (Zaqatala, İlisu, İsmayıllı, Pirqulu, Qızılağac, Hirkan, Göygöl, Turyançay, Ağgöl, Altıağac, Bəsitçay, Qaragöl, Qarayazı Şirvan) təyinatı, ümumi əsasları prinsipləri flora faunanın qorunmasını təmin edir. Bu zonada flora faunanın qorunub saxlanılması məqsədi ilə kiçik həcmli müvafiq tikililər qurğular inşa edilə bilər.

 

2.17. Dağ zonaları

 

Bu zonalara aid edilən Baş Qafqaz sıra dağlarından, Şahdağ, Qarabağ, Murovdağ, Bozdağ silsilələrindən, Samur silsiləsinin bir hissəsindən, Dərələyəz Zəngəzur silsilələrinin bir hissəsindən heyvandarlıq arıçılıq təsərrüfatları üçün, habelə alpinizm idman, turizm rekreasiya zonaları kimi istifadə etmək məqsədi ilə dağ kəndlərinin yaşayış məntəqəsi kimi fəaliyyəti bərpa oluna bilər.[21]

 

2.18. Radioaktiv kimyəvi tullantıların basdırılma zonaları

 

Bu zonalar xüsusi sanitar normalarına müvafiq şəhər digər yaşayış məntəqələrindən aralı yerləşdirilməlidir.

 

Belə zonalar ətrafında aidiyyəti normativlərə əsasən bütün parametr boyu mühafizə məsafəsində hər bir insan təsərrüfat fəaliyyəti qadağan olunmalıdır. Bu zonada atmosfer çöküntülərindən törənmiş su axımının istifadə olunan su hövzələrinə yönəldilməsi yolverilməzdir. Eləcə , bu zonada mövcud içməli su mənbələrindən istifadə etməklə sanitar-ekoloji mühafizə zonaları müəyyən olunmalı, dağ-mədən digər işlərin aparılması müvafiq təşkilatlarla razılaşdırılmalıdır.

 

2.19. Xüsusi neft-qazçıxarma-antropogen zonaları

 

Bu zonalar Azərbaycan Respublikasında mövcud olan aşağıdakı 4 növ neft-qazçıxarma zonalarını xarakterizə edir:

 

hal-hazırda istismarda olan zonalar;

 

qismən istifadədə olan rekultivasiya tələb edən boşalmış zonalar;

 

istismarı sona yetmiş zonalar;

 

dəniz təkindən neft-qazçıxarma zonaları.

 

Rekultivasiyası tələb olunan zonalarda bu torpaqların istifadəsi (yaşayış, yaşıllıq, nəqliyyat dəhlizi, kənd təsərrüfatı s. məqsədlər üçün) üzrə bərpa tikinti-quraşdırma işlərinin eyni vaxtda aparılması əsaslarına prinsiplərinə üstünlük verilir.

 

3. Şəhər digər yaşayış məntəqələri əraziləri aşağıdakı zonalardan ibarətdir:

 

3.1. yaşayış zonaları;

 

3.2. ümumşəhər ictimai mərkəz zonası;

 

3.3. sənaye zonaları;

 

3.4. mühəndis, şəhərdaxili şəhərdənkənar nəqliyyat infrastrukturu zonası;

 

3.5. ümumşəhər istirahət zonası;

 

3.6. akademiya şəhərciyi, elmi tədqiqat mərkəzləri, konstruktor büroları eksperimental bazalar zonası;

 

3.7. tələbə şəhərcikləri, ali orta təhsil ocaqları zonası;

 

3.8. kommunal-anbar zonaları;

 

3.9. ixtisaslaşdırılmış taxıl, tərəvəz qida anbarları zonaları;

 

3.10. botanika bağı dendroloji park zonaları;

 

3.11. xüsusi təyinatlı zonalar;

 

3.12. sanitar qoruq zonaları;

 

3.13. şəhərətrafı zonalar;

 

3.14. ümumşəhər idman meydançaları, olimpiya şəhərciyi digər idman obyektlərinin yerləşdiyi zonalar;

 

3.15. dini təmsil edən obyektlərin yerləşdiyi zonalar;

 

4. Bu zonaların ümumi əsasları prinsipləri ayrı-ayrılıqda aşağıdakı kimi şərh edilir:

 

4.1. Yaşayış zonaları

 

Bu zonalarda yerləşdirilməsi vacib olan obyektlər aşağıdakılardır:

 

Bütün növ yaşayış binaları, ictimai bina mədəni-məişət obyektləri, bağlar, bulvar bağçalar, digər yaşıllıqlar zonaya məxsus küçə meydanlar, metro stansiyaları.

 

Bu zonada aşağıdakı obyektlərin yerləşdirilməsi qanunauyğundur:

 

ümumşəhər əhəmiyyətli inzibati təsərrüfat obyektləri, təhsil ocaqları, elmi tədqiqat institutları, minik avtomobilləri üçün qaraj dayanacaqlar, ətraf mühitə zərərsiz olan V qrup sənaye obyektləri.

 

Aşağıdakı obyektlərin bu zonada yerləşdirilməsi qadağandır:

 

I—IV qrup sənaye obyektləri, dəmir yolu qanadları, iri həcmli qarajlar ekoloji çirkləndirməyə qadir obyektlər.

 

Yaşayış zonalarının ərazi planlaşdırılması aparılarkən torpaq sahələrinin təbii sanitariya xüsusiyyətləri nəzərə alınmalıdır. Bu baxımdan ərazi tikintiyə yararlı, tikintiyə az yararlı yararsız torpaq sahələrinə bölünür.

 

a) Tikintiyə yararlı torpaq sahələri

 

Yer təkinin geoloji quruluşu, seysmoloji vəziyyəti tədqiqatlar uzunmüddətli proqnozlaşdırmalar əsasında müəyyənləşdirməklə 100 ildə bir dəfə (1% təminatla) 4-5 bal gücündə baş verən yeraltı təkanlar nəticəsində yer qabığının çatlaması baş verən, vulkan karstlar gözlənilməyən, bataqlıq olmayan, torpaq sürüşməsi, dağ uçurumu qar sürüşmələrinə tamamilə məruz qalmayan, su hövzələrinin təsirindən uzaq olan, dərinliyi 3 metrədək, kənarları mailli, genişlənmə prosesinə məruz qalmayan yarğan dərəli, 100 ildə bir dəfə subasmaya məruz qalan, mailliyi 0,5%-dən 10%-ə qədər torpağa buraxıla bilən gərginliyi ən azı 1,5 kq/kv.sm. olan, habelə təzyiqsiz qrunt suları torpaq səthindən 3 metr dərinlikdə yerləşən, qrunt sularından qorunmaq üçün izolyasiya tələb olunmayan sahələr yaşayış zonalarının tikintiləri üçün yararlı hesab olunur.

 

b) Tikintiyə az yararlı torpaq sahələri

 

100 ildə bir dəfə (1% təminatla) 5—7 bal 25 ildə bir dəfə (4% təminatla) 4—5 bal gücündə baş verən yeraltı təkanlar nəticəsində yer qabığının çatlaması baş verən, karst vulkanlar proqnozlaşdırılmayan, bataqlıq sahələrinin qurudulması üçün xüsusi tədbirlər görülməsinə böyük vəsait tələb olunan, dağ uçurumu torpaq qar sürüşməsindən qorunmaq üçün təbii süni mühafizə qurğularının yaradılması iqtisadi cəhətdən əlverişli olmayan, su hövzələrinə yaxın bir sıra yerlərdə sahillərin yuyulması aşılanması baş verən, kiçik sahələrdə dərinliyi 10 metrə qədər olan yarğan ya dərələr əmələgəlməsi prosesi az miqdarda olan, yamaclarının bərkidilməsi tələb olunan, sönmüş vulkan karstların az miqdarda olduğu, palçıq püskürməsinin təkrarı gözlənilən, 25 ildən 100 ilədək olan müddətdə subasmaya məruz qalan, mailliyi 0,5%-dən az 10%—20%-ə qədər (dağ rayonlarında 30%-ə qədər) torpağa buraxıla bilən gərginliyi 1,0—1,5 kq/kv.sm. olan, qrunt sularının səviyyəsi torpaq səthindən 1—3 m. dərinlikdə yerləşən, qrunt suları səviyyəsinin aşağı salınması vacib olan mürəkkəb hidroizolyasiya tələb edən sahələr tikinti üçün az yararlı sahələr hesab olunur.

 

Bu sahələrdə əlavə xərclər tələb edən müvafiq tədbirlər nəzərə alınmaqla tikinti işləri aparıla bilər.

 

c) Tikintiyə tam yararsız torpaq sahələri

 

100 ildə bir dəfə (1% təminatla) 7 bal gücündən çox 25 ildə bir dəfə 4—5 bal gücündə baş verən yeraltı təkanların gözlənilməsi, yer qabığının çatlaması, karst vulkanların fəaliyyət hallarının birinin gözlənilməsinin proqnozlaşdırılması mümkün olan, çox miqdarda aktiv karstları, yeraltı boşluqları olan, hədsiz miqdarda bataqlaşmaya məruz qalan qurudulmasına böyük vəsait tələb olunan, aktiv torpaq sürüşməsi, dağ uçurumu qar sürüşmələrinin təsir zonalarında yerləşən, dərinliyi 10 metrdən çox, yamacları kəskin mailli sıldırım, intensiv yarğan dərə əmələgəlmə prosesinə sürüşməyə məruz qalan, çoxlu miqdarda yamaclarının bərkidilməyə ehtiyacı olan, 25 ildə bir dəfə subasmaya məruz qalan, su hövzələrindən aşağı səviyyədə yerləşən, mailliyi 20%-dən çox olan, axan makroməsaməli olan, qrunt suları torpaq səthindən 1 metrə qədər dərinlikdə yerləşən torpaq sahələri tikintiyə tam yararsız hesab olunur.

 

4.2. Ümumşəhər ictimai mərkəz zonası

 

Burada inzibati-təsərrüfat obyektləri, mehmanxanalar, parklar, bulvar, bağ bağçalar, iri həcmli avtomobil dayanacaqları, həmin zonanı təmin edən küçə meydançalar yerləşdirilir. Bu zonalarda həmçinin ayrı-ayrı yaşayış binalarının, yerli mədəni-məişət müəssisələrinin (yaşayış zonası varsa), minik maşınları üçün qarajların, iri idman meydança qurğularının yerləşdirilməsinə icazə verilir.

 

4.3. Sənaye zonaları

 

Sənaye zonaları şəhər digər yaşayış məntəqələrinin işçi sahəsi olmaqla yaşayış zonalarından kənarda yerləşdirilir. Sənaye yaşayış zonaları arasında yerləşən sanitar-mühafizə zonasının eni sənayenin ekoloji təmizliyindən, onun atmosferi çirkləndirmə dərəcəsindən, küləyin istiqaməti gücündən asılı olaraq müəyyənləşdirilir.

 

Bu zonada sənaye obyektləri yalnız sənayenin fəaliyyətini təmin edən qeyri-yaşayış obyektləri, o cümlədən dəmir yolu qanadları, avtomobil yolları meydançaları, digər nəqliyyat obyektləri, sənaye zonasına aid olan mədəni-məişət obyektləri, işçilərin dincəlməsi üçün yaşıllıq zonaları, habelə sanitar yaşıllıq-mühafizə zonaları yerləşdirilə bilər. Burada sənaye prosesinə birbaşa aidiyyəti olmayan anbarların kommunal nəqliyyat qurğularının yerləşdirilməsinə müstəsna hallarda icazə verilə bilər.

 

Sənaye zonası ərazisi sənaye obyektlərinin həcm-fəza həlli ilə yanaşı, torpaq sahələrinin təbii sanitariya cəhətləri nəzərə alınmaqla planlaşdırılır.

 

Bu baxımdan ərazi yararlı, az yararlı, tam yararsız torpaq sahələrinə bölünür.

 

a) Tikintiyə yararlı torpaq sahələrinisbətən düzənlik mailliyi 0,3%-dən 5%-dək olan, qruntu birtərkibli geoloji quruluşlu, torpağa buraxıla bilən gərginliyi 1,5 kq./kv.sm.-dən az olmayan, bina qurğuların özüllərinin gücləndirilməsinə ehtiyac olmayan, təzyiqsiz horizont

 

su qatları yer səthindən 7 metr dərinlikdə olan, təzyiqli horizont su qatları 15 metrdən artıq dərində olan, torpaq sahələrinin az vəsait tələb edən sadə metodla qurudulması mümkün olan, bataqlığın, yarğanların, sürüşmələrin, karstların, subasma aşılanmanın tam olmaması təminatı olan torpaqlar sənaye obyektlərinin tikintisi üçün yaralı hesab olunur.

 

b) Tikintiyə az yararlı torpaq sahələritəpə çökəkliyi olan, mailliyi 8%-dən artıq, 0,3%-dən aşağı olan, qruntunun birtərkibli geoloji quruluşu pozulan, torpağa buraxıla bilən gərginliyi 1,0—1,5 kq/kv.sm. olan, təzyiqsiz horizont su qatları 7 metrdən 3 metrədək dərinlikdə olan, təzyiqli horizont su qatları 15 metrdən 10 metrədək olan, torpaq suları səviyyəsinin aşağı salınmasına özüllərin hidroizolyasiyasına ehtiyac olan, cüzi bataqlıq əmələgəlmə prosesinə məruz qalan, dərinliyi 3 metrədək divarları bərkimiş yarğanları olan, sürüşməyə məruz qalan sadə mühəndis qurğuları ilə bunların qarşısının alınması mümkün olan, subasması aşılanması təsadüf edilən zolağının eni 10 metrdən az olan, köhnə karstları kiçik sahəni əhatə edən az vəsait tələb edən sadə mühəndis qurğuları ilə bunun qarşısının alınması mümkün olan torpaqlar sənaye obyektlərinin tikintisi üçün az yararlı hesab olunur.

 

Bu sahələrdə əlavə xərclər tələb edən müvafiq tədbirlər nəzərə alınmaqla, tikinti işləri aparıla bilər.

 

c) Tikintiyə tam yararsız torpaq sahələriçoxlu təpəliyi olan, ümumi mailliyi 5%-dən artıq ya tamamilə mailliyi olmayan, qruntu çoxtərkibli geoloji quruluşa malik olan, torpağa buraxıla bilən gərginliyi 1,0 kq/kv.sm.-dən az olan, təzyiqsiz horizont su qatları 3 metrdən təzyiqli horizont su qatları 10 metrdən az olan, qrunt sularından bataqlıq əmələ gələn, aktiv sürüşməyə məruz qalan, dərinliyi 3 metrə qədər olan divarları bərkimiş doldurulması mümkün olmayan yarğanlar olan, subasması aşılanması təsadüf olan zolağın eni 10 metrdən artıq olan çoxlu miqdarda aktiv karstlar olan torpaq sahələri tikintiyə tam yararsız hesab olunur.

 

4.4. Mühəndis, şəhərdaxili şəhərdənkənar nəqliyyat infrastrukturu zonası

 

Burada yaşayış zonası daxilində əsasən şəhərdənkənar istiqamətdə hərəkət edən nəqliyyat vasitələri nəqliyyatla əlaqədar obyektlər yerləşdirilir. Bu obyektlərin şəhər daxilində yerləşdirilmə prinsipləri şəhərin daxili nəqliyyat əlaqələrinin təmin olunmasına xidmət edir.

 

Yaşayış zonası daxilində yerləşən dəmiryolu paylaşdırıcı stansiyaları, sərnişin stansiyaları, yük konteyner meydançaları avtomobil nəqliyyatının yük meydançası anbarları bu zonadan kənara köçürülməlidir. Bu zonaya, eləcə metro xəttinin yerüstü stansiya xətləri, onların qarşısındakı meydançalar, şəhərdaxili magistral başqa kateqoriyalı avtomobil, tramvay, monorels, funikulyor yolları, meydançalar yolların kəsişmə düyünləri, mühəndis qurğuları, yeraltı keçid yolları, şəhərətrafı avtobus dəmiryolu stansiyaları, radio-televiziya ötürücü stansiyaları, tramvay, trolleybus, avtobus, yerüstü metro vaqonları, habelə taksi yük maşınları parkları, elektrik transformator stansiyaları, məişət istilik qazanxanaları, taksi minik maşınları qarajları, həmçinin təminat qurğuları daxildir.

 

4.5. Ümumşəhər istirahət zonası

 

Buraya parklar, bulvarlar, bağlar, bağçalar, yaşıllıq zolaqları (nəqliyyat yolları boyu bircərgəli yaşıllıq zolaqları istisna edilməklə) daxildir. Kiçik memarlıq formaları, su, dondurma, qəzet köşkləri, skamyalar, kölgə örtükləri, yelləncəklər, uşaq avtomobil meydançaları da bu zonaya aiddir.

 

4.6. Akademiya şəhərciyi, elmi tədqiqat mərkəzləri, konstruktor büroları eksperimental bazalar zonası

 

Bu zonada yerləşdirilən obyektlər yalnız elmi tədqiqat axtarışlarının aparılması, elmi kadrların hazırlanması təkmilləşdirilməsi proseslərinin həyata keçirilməsi məqsədini güdür. Akademiya şəhərcikləri şəhərdən kənar xüsusi təminatlı zonalarda, yaxud buna münasib iri şəhərlərin peyk-şəhərlərində yerləşdirilə bilər. Şəhər daxilində akademiya şəhərciyi, daxili sıx əlaqəli elmi tədqiqat, kitabxana, nəşriyyat, mühəndis-texniki məişət infrastrukturu, yaşıllıq daxili yollar avtonom vahid plan strukturuna istinadən yerləşdirilir. Böyük həcmli neft-qaz, yanğına həssas, partlayıcı, zəhərləyici, atmosferi çirkləndirici, böyük qurğulara tələbatı olan, yüksək gərginlikli elektrik enerjisi tələb edən, radiasiya amilləri olan, yüksək desibellik səsə malik olan obyektlər bu zonada yerləşdirilə bilməz. Belə obyektlər yaşayış zonalarından müvafiq norma qaydaların tələblərinə uyğun yerləşdirilməlidir. Bu obyektlərin bir çoxu aparılan elmi tədqiqat işlərinə müvafiq sənaye zonalarında, yaxud onların yaxınlığında yerləşdirilməlidir.

 

4.7. Tələbə şəhərcikləri, ali orta təhsil ocaqları zonası

 

Buraya universitetlər, litseylər, peşə məktəbləri, institutlar daxildir. Tələbə şəhərcikləri şəhərdən kənar xüsusi təminatlı zonalarda, yaxud iri şəhərlərin peyk-şəhərlərində yerləşdirilə bilər. Belə halda bu zonanın yüksək daşıyıcı gücünə malik olan sərnişin nəqliyyatı ilə təminatı vacibdir. Şəhərciyin yataqxanası öz kompleksində yerləşdirilməlidir. Bu zona bütün növ elmi tədqiqat, kitabxana, texniki mədəni-məişət strukturu, idman kompleksi, yaşıllıq istirahət zonası, habelə piyada yolları s. ilə təmin olunmalıdır.[22]

 

İri şəhər daxilində yerləşdirilmiş təhsil obyektləri müvafiq norma qaydalara uyğun yerləşdirilməli özünün giriş meydançası, həyətyanı infrastruktur sahəsi ilə təmin olunmalıdır.

 

Ayrı-ayrı peşə məktəbləri müvafiq buraxılış-hazırlıq sənət profillərinə uyğun sənaye obyektlərinin yaxınlığında yerləşdirilə bilər.

 

4.8. Kommunal-anbar zonaları

 

Özünün tələb olunan torpaq sahəsinin miqdarı baxımından bu zonalar iri nəhəng şəhərlərin yaşayış sənaye zonalarından sonra üçüncü yeri tutur xüsusi mühəndis avadanlığı, dəmir yolu qanadı tələb edir. Bununla əlaqədar bu zonanın altındakı torpaq sahələrinin seçilməsinə xüsusi tələbat mövcuddur. Bu zonanın torpaq sahələrinin qiymətləndirilməsinin (seçilməsinin) əsasları prinsipləri aşağıdakı kimi açıqlanır:

 

a) kommunal-anbar binalarının tikintisi üçün yararlı torpaq sahələrirelyefi nisbətən düz, mailliyi 0,3—5% olan, adi tipli bina qurğu özüllərinin qoyulmasına yararlı olan, 1,5 kq/kv.sm-dən artıq torpağa buraxılan gərginliyi qəbul edə bilən, hidrogeoloji şərait baxımından

 

təzyiqsiz horizontal su qatının 7 metr dərinliyində təzyiqli horizontal su qatının 15 metr dərinliyində zirzəmi qurulmasını təmin edən, 50 ildə 1 dəfədən az olmamaq şərti ilə su horizontunun 0,5 metrdən artıq olmayan hissəsini subasmaya məruz qoyan, sahillərin yuyulması karstın olmaması təminatı olan torpaqlar kommunal-anbar binalarının tikintisi üçün yararlı hesab olunur.

 

b) kommunal-anbar binalarının tikintisi üçün az yararlı torpaq sahələriazca təpəliyi olan, mailliyi 5%-dən artıq 3%-dən aşağı olan, gücləndirilməsinə özülün tələbatı olan, torpağa buraxıla bilən gərginliyə tələbat 1,0—1,5 kq/kv.sm.-ə qədər olub özünün gücləndirilməsi tələb olunan, təzyiqsiz horizont su qatları 15 metrədək olan, 20 ildə 1 dəfədən çox olmayaraq su horizontunun 0,5 metrdən artıq olmayan hissəsi subasmaya məruz qalan, atmosfer çöküntüləri nəticəsində cüzi bataqlıq əmələ gələn, dərinliyi 3 metrədək, divarı bərkimiş doldurula bilən yarğanlar olan, subasma aşılanması təsadüf olunan zolağın eni 10 metrdən artıq olan torpaq sahəsi kommunal-anbar binalarının tikintisi üçün az yararlı hesab olunur.

 

Bu sahələrdə əlavə xərclər tələb edən müvafiq tədbirlər nəzərə alınmaqla tikinti işləri aparıla bilər.

 

c) kommunal-anbar binalarının tikintisi üçün tam yararsız torpaq sahələriçoxlu miqdarda təpəliyi olan, ümumi mailliyi 5%-dən artıq tamamilə mailliyi olmayan, torpağa buraxıla bilən gərginlik 1,0 kq/kv.sm-dən az olan, təzyiqsiz horizont su qatlarının səviyyəsi 3 metrdən az olan, təzyiqli horizont su qatlarının səviyyəsi 10 metrdən az olan, 20 ildə 1 dəfədən artıq subasmaya məruz qalan, qrunt sularından bataqlıq əmələ gələn, intensiv yarğanlar əmələ gələn, divarları kəskin stabilləşmiş maili dərinliyi 10 metrdən artıq yarğanı olan, subasması aşınması təsadüf olunan sahil zolağının eni 10 metrdən artıq olan torpaq sahəsi kommunal-anbar binalarının tikintisi üçün tam yararsız hesab olunur.

 

4.9. İxtisaslaşdırılmış taxıl, tərəvəz qida anbarları zonaları

 

Bu zonalar kommunal-anbar zonaları kimi iri ölçülü torpaq sahələri, xüsusi mühəndis avadanlığı, iri həcmli yük maşınlarının hərəkəti dəmiryolu qanadı tələb edir. Bununla əlaqədar bu zonaların altındakı torpaq sahələrinin seçilməsi qiymətləndirilməsinin əsasları prinsipləri bu sənədin 4.8.-ci bəndinin tələblərinə uyğun olaraq həyata keçirilir. Sanitar-gigiyena müddəalarına əsasən bu zonaya dair obyektlər sənaye kommunal zonalarında yerləşdirilə bilməz.

 

Bu zonalar yaşayış zonaları daxilində yerləşdirilə bilər. Lakin şəhərsalma baxımından iri ölçülü, qeyri-yaşayış müəssisələrinin yaşayış zonasında yerləşdirilməsi həm şəhərsalma, həm şəhəri planlaşdırma strukturunun miqyasına uyğunluq baxımından əlverişsizdir. Bu zonalar yaşayış zonalarına bitişik şəhərdən kənar yerləşdirilə bilər.

 

4.10. Botanika bağı dendroloji park zonaları

 

Bu zonaların yerləşdirilməsinin əsasları prinsipləri elmi, elmi tədqiqat, təhsil, mədəni-maarif, əhalinin xüsusi təyinatlı istirahət funksiyalarını əhatə edə bilər. Bu zonanın sahəsində botanika, dendrologiya, torpaqşünaslıq, ekologiya, zoologiya institutlarının laboratoriya binaları istixanaları yerləşdirilə bilər. Dendroloji zooloji parkların, nәbatat bağlarının torpaqları təsərrüfat fəaliyyəti üçün istifadəyə verilə bilər.

 

Botanika bağları, dendroloji park zonaları ümumşəhər istirahət zonası altına torpaq sahələrinin seçilməsi aşağıdakı prinsiplər əsasında qiymətləndirilir:

 

a) Botanika bağı, dendroloji park zonaları ümumşəhər istirahət zonası üçün yararlı torpaq sahələrirelyefi 10%-ə qədər maili olan, qruntunun üst qatı qaratorpaq, qırmızı torpaq nisbətən sarıtorpaq olan, mexaniki tərkibi yüngül orta olan, su qatlarının yer səthindən dərinliyi 2 m.-dən 1,5 m.-ə qədər olan, daşan sulardan qorunan, bataqlığı tam axımsızlığı olmayan, dərinliyi 5 m.-dən az olmayan nisbətən maili divarlı bərkimiş dərələri olan, sürüşməyə məruz qalmayan, sahilləri yuyulmayan aşınmayan, karst prosesi olmayan torpaqlar bağ parkların salınması, habelə ümumşəhər istirahət zonası üçün yararlı hesab olunur.

 

b) Botanika bağı, dendroloji park zonaları ümumşəhər istirahət zonası üçün az yararlı torpaq sahələri

 

Relyefin mailliyi 10—30% olan, qruntun üst qatı az miqdarda duzlu sayılıb turş olan, mexaniki tərkibinə görə qum, orta ağır gil olan, su qatları yerin səthindən 0,5—1,5 metr 2 metrdən 3 metrə qədər olan, sahənin subasması müddəti 15 gündən artıq qeyd olmayan, atmosfer, çöküntüləri nəticəsində əmələ gəlmiş bataqlığın qurudulması asan olan, dərinliyi 5 metrədək divarlarında kəskin maillik olan, dərələr sürüşməyə meyilli ayrı-ayrı bərkidilmə ehtiyaclı yamacları olan, bəzi yerlərdə yuyulub-aşınmaya məruz qalan az miqdarda sönmüş karstları olan torpaqlar bağ parkların salınması, habelə ümumşəhər istirahət zonası üçün az yararlı hesab olunur.

 

c) Botanika bağı, dendroloji park zonaları ümumşəhər istirahət zonası üçün tam yararsız torpaq sahələri

 

Relyefin mailliyi 10—30%-dən artıq olan, torpaq qatı duzlu, mexaniki tərkibi isə tamamilə bərk çuxurlar olan, su qatı yerin səthinin 0,5 metr üst hissəsində 3 metrdən dərində olan, sahillərinin daşması 15 gündən artıq olan, çətin qurudulan bataqlıq sahələrinə malik olan, çox miqdarda sürüşən yamacları olan, yatağını çox tez-tez dəyişən çay ətrafı divarlarını yuyan çaylar olan, dərinliyi 10- metrdən artıq sönmüş vulkan karstlarına malik yeraltı boşluqları mövcud olan torpaq sahələri bağ parkların salınması, habelə ümumşəhər istirahət zonası üçün tam yararsız hesab olunur.

 

4.11. Xüsusi təyinatlı zonalar

 

Bu zonaların ümumi əsasları prinsipləri baxımından bu zonalarda hərbi şəhərciklər, xüsusi təyinatlı qoşun bölmələri yerləşdirilə bilər. Bu zonada yaşayış binaları, mülki-müdafiə qurğuları, təsərrüfat texniki-təchizat qurğularının yerləşdirilməsi mümkündür. Xüsusi təyinatlı qurğuların yerləşdirilməsi hərbi təlim aparılmasında müvafiq norma qaydalara riayət edilməlidir.

 

4.12. Sanitar-qoruq zonaları

 

Bu zonalar I—V qrup sənaye zonaları ilə yaşayış zonalarının arasında yerləşdirilir. Zonanın aralıq məsafəsi sənaye obyektlərinin qruplarından sənayenin atmosfer tullantılarının miqdarından, tərkibindən, şəhərin coğrafi mövqeyindən, küləyin illik əsmə istiqaməti rejimindən asılı olaraq müəyyən olunur. Ekoloji filtrlərin gücündən asılı olaraq, hətta ən zərərli birinci qrup sənaye obyektlərinin sanitar-qoruq zonalarını xeyli azaltmaqla sənaye zonasını yaşayış zonasına qismən yaxınlaşdırmaq mümkündür.

 

Sanitar-qoruq zonalarında kommunal-anbar binaları, dəmir yolunun yükboşaltma meydançaları, dəmiryol sortlaşdırma stansiyaları, yük daşıyan avtomobil yükdaşıma məntəqələri, inşaat materialları anbarları, habelə qoruq zonasının yaşıllıqları yerləşdirilə bilər.

 

4.13. Şəhərətrafı zonalar

 

Bu ərazilər şəhərin yaşayış, sənaye-kommunal zonalarından başlayaraq şəhər sərhədlərinə bitişik torpaqları əhatə edir. Əsas etibarı ilə şəhərin gələcək inkişafı üçün yeni torpaq zonalarının ayrılmasına xidmət edərək ehtiyat-inkişaf zonası kimi saxlanılır. Bu zonada şəhərin Baş planının gələcək inkişafına uyğun olmayan bütün növ əsaslı kapital qoyuluşu tələb edən tikintilər qadağandır. Bu zonanın torpaqlarından şəhər əhalisinin bitkiçilik heyvandarlıq məhsullarına olan tələbatını ödəmək üçün istifadə etmək məqsədəuyğundur.

 

4.14. Ümumşəhər idman meydançaları, olimpiya şəhərciyi digər idman obyektlərinin yerləşdiyi zonalar

 

Buraya respublika stadionları, motodrom, velotrek, örtülü idman sarayı, olimpiya şəhərciyi, avarçəkmə yelkən qayıqları limanı, ralli trassı daxildir. Bu zonaların əsasları prinsipləri şəhərin yaşıllıq , habelə turizm rekreasiya zonalarına, yüksək daşıyıcı qüvvəyə malik olan nəqliyyat vasitələrinə yaxın yerləşdirilməsindən, qısa müddətdə tamaşaçıların evakuasiyasının təmin olunması üçün tələb olunan miqdarda giriş qapılarının boşaldıcı bamper meydanları ilə təmin olunmasından ibarətdir. Ralli avtotrekləri, bir qayda olaraq şəhərdən kənar zonalarda salınır. Olimpiya şəhərciyinin şəhərdən kənarda salınması məqsədəuyğundur.[23]

 

4.15. Dini təmsil edən obyektlərin yerləşdiyi zonalar

 

Buraya məscidlər, kilsələr, sinaqoqlar, dini məbədlər, pirlər, mədrəsələr daxildir. Bu zonalarda tələb olunan əsas prinsiplər, yeni tikiləcək obyektlər üçün torpaq sahəsi ayrılarkən müəyyən olunacaq məhdudiyyət istisna olmaqla, şəhərsalma baxımından heç bir normativ qadağa qoyulmamasıdır. Burada obyektlərin yerləşdirilməsi əsas binalardan başqa dini bayram mərasimlərin keçirilməsini təmin edə bilən, magistral yollarla əlaqəli olan müvafiq iri ölçülü həyət sahəsi tələb edir. Dini komplekslərdə yalnız mərasimlərin fəaliyyətini təmin edən qurğu obyektlər yerləşdirilir.

 

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 may, ¹ 5.- S.2186-2204.