Azərbaycan Respublikasında polisdə xidmətə qəbul edilən şəxsin fiziki hazırlığı sağlamlığının yoxlanılması Qaydasının təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Polis haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 11 noyabr tarixli, 205 nömrəli Fərmanının 1-ci bəndinin 6-cı abzasının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. "Azərbaycan Respublikasında polisdə xidmətə qəbul edilən şəxsin fiziki hazırlığı sağlamlığının yoxlanılması Qaydası" təsdiq edilsin (əlavə olunur).

 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

 

 

Bakı şəhəri, 8 may 2000-ci il ¹ 81

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 

2000-ci il 8 may tarixli, 81 nömrəli qərarı ilə

təsdİq edİlmİşdİr

 

Azərbaycan Respublikasında polisdə xidmətə qəbul edilən şəxsin fiziki hazırlığı sağlamlığının yoxlanılması

QAYDASI

 

 

1. "Polis haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar polisə qəbul edilən şəxslərin fiziki hazırlığı sağlamlığının yoxlanılması bu Qayda ilə müəyyən edilir.

 

2. Polis orqanlarına qəbul edilən şəxsin sağlamlığının yoxlanılması hərbi-həkim ekspertizası əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən yaradılmış xüsusi-həkim komissiyası tərəfindən həyata keçirilir.

 

3. Xüsusi-həkim komissiyasının1 yaradılması qaydası, hüquq funksiyaları, qəbul etdiyi rəylərin rəsmiləşdirilməsi təsdiq olunması, habelə bu Qaydaların tətbiqi ilə əlaqədar digər qaydalar daxili işlər naziri tərəfindən müəyyən olunur.

 

4. Şəhadətləndirilənlər, bir qayda olaraq, terapevt, cərrah, nevropatoloq, psixiatr, otolarinqoloq, oftalmoloq, dəri-zöhrəvi, stomatoloq kimi həkim-mütəxəssislər tərəfindən müayinə olunmalı onlara müvafiq funksional laborator tədqiqatlar təyin edilməlidir.

 

Xəstəliyin diaqnozunu dəqiqləşdirmək məqsədi ilə şəhadətləndirilməyə digər mütəxəssislər cəlb oluna bilər.

 

5. Komissiyanın rəyi, şəhadətləndirilənin xəstəliyi fiziki çatışmazlıqlarının xüsusiyyəti, inkişaf dərəcəsi, funksional pozuntularının proqnozu fərdi olaraq qiymətləndirilərək səs çoxluğu ilə qəbul edilir həmin rəydə başqa hal nəzərdə tutulmayıbsa, şəhadətləndirilmə vaxtından etibarən altı ay müddətində qüvvədədir.

 

6. Şəxsin xüsusi-həkim komissiyası tərəfindən barəsində çıxarılmış rəydən məhkəməyə şikayət vermək hüququ vardır. Məhkəmənin qərarı ilə həmin şəxs nəzarəti müayinəyə təkrar şəhadətləndirilməyə göndərilə bilər.

 

7. Rəyin qəbul edilməsində komissiyanın işinə vəzifəli şəxslərin ya digər orqan təşkilatların müdaxilə etməsi yolverilməzdir.

 

8. Polis orqanlarına qəbul edilən şəxslər xüsusi-həkim komissiyasına öz yaşayış, təhsil ya üzrə təhkim olunduqları, eləcə psixonevroloji, narkoloji, zərurət olduqda dəri-zöhrəvi, vərəm digər müalicə-profilaktika müəssisələrindən sağlamlıqlarına dair arayış digər tibbi sənədlər təqdim etməlidirlər.

 

Həmin sənədlərə görə şəxsin tam sağlam olması onu komissiya tərəfindən şəhadətləndirilmədən azad etmir.

 

9. Polisə xidmətə qəbul edilən şəxslərin fiziki hazırlığının yoxlanılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 21 fevral tarixli, 41s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Hərbi qulluqçuların hüquq mühafizə orqanlarının şəxsi heyətinin fiziki hazırlıq normativləri"nə uyğun olaraq həyata keçirilir.

 

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 may, ¹ 5.- S.2207-2208.