Balıqçılıq və ovçuluq
təsərrüfatlarının ehtiyacları üçün
su obyektlərindən
istifadə qaydalarının
təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
"Azərbaycan Respublikasının 1997-ci il
26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası
Su Məcəlləsinin
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
1998-ci il 13 mart tarixli, 685 nömrəli Fərmanına əsasən
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. "Balıqçılıq
və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün
su obyektlərindən
istifadə Qaydaları"
təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar
imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş
naziri A. Rasİzadə
Bakı şəhəri, 8 may 2000-ci il
¹ 82
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin
2000-ci
il 8 may tarixli, 82 nömrəli
qərarı ilə
təsdİq edİlmİşdİr
Balıqçılıq və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün
su obyektlərindən
istifadə
QAYDALARI
1. Bu Qaydalar Azərbaycan Respublikasının Su Məcəlləsinə və
«Azərbaycan Respublikasının
1997-ci il 26 dekabr tarixli
Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının
Su Məcəlləsinin
tətbiq edilməsi barədə» Azərbaycan
Respublikası Prezidentinin
1998-ci il 13 mart tarixli, 685 nömrəli
Fərmanına əsasən
hazırlanmışdır və balıqçılıq,
o cümlədən akvakultura
və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün
su obyektlərindən
istifadə qaydalarını
müəyyən edir.
[1]
2. Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş
balıqçılıq əhəmiyyətli
su obyektləri və ovçuluq obyektinə aid edilən su quşlarının və qiymətli xəzdərili heyvanların
məskunlaşdığı su hövzələri balıqçılıq və
ovçuluq təsərrüfatlarının
ehtiyacları üçün
istifadə oluna bilər. [2]
3. Su obyektlərinin balıqçılıq və
ovçuluq təsərrüfatlarının
ehtiyacları üçün
istifadəyə verilməsi
Azərbaycan Respublikasının
su qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
4. Su obyektləri balıqçılıq və
ovçuluq təsərrüfatları
tərəfindən, onların
göstərdiyi fəaliyyət
növlərindən asılı
olaraq, aşağıdakı
məqsədlər üçün
istifadə edilir:
balıq
və digər su bioresurslarının, ovçuluq obyektinə aid
edilən su quşlarının və
qiymətli xəzdərili
heyvanların yetişdirilməsi,
artırılması, bərpası,
istifadəsi və mühafizəsi; [3]
balıq,
qiymətli xəzdərili
və digər su bioresurslarının yetişdirilməsi və artırılması üçün
istifadə edilən su obyektlərinin, habelə su quşlarının məskunlaşdığı
su hövzələrinin
su ilə təmin edilməsi;
balıqçılıq təsərrüfatı
meliorasiyası tədbirlərinin
aparılması;
balıqçılıq və ovçuluq təsərrüfatlarında
istifadə edilən gəmilərin, qayıqların
və digər nəqliyyat vasitələrinin
hərəkəti;
balıqçılıq və ovçuluq təsərrüfatlarının
ehtiyacları üçün
ayrılmış su obyektlərində və onların sahil zolaqlarında ov alətlərinin, texniki vasitələrin saxlanması,
təmiri və quraşdırılması, müvəqqəti
yaşayış və
istehsalat təyinatlı
binaların yerləşdirilməsi,
habelə su qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada müvafiq hidrotexniki qurğuların,
su nəqliyyat vasitələri üçün
dayanacaqların tikintisi;
balıq
emalı müəssisələrindən,
balıqartırma və
balıqyetişdirmə nohurlarından,
habelə digər təsərrüfat sahələrindən
istifadə olunmuş suyun su obyektinə
axıdılması;
balıqçılıq və ovçuluq təsərrüfatlarının
digər ehtiyacları
üçün.
5. Mülkiyyət formasından
və tabeliyindən asılı olmayaraq bütün balıqçılıq
və ovçuluq təsərrüfatları su
obyektlərinin istifadəsi
və mühafizəsi
sahəsində aşağıdakılara
riayət etməlidirlər:
bu Qaydaların, su qanunvericiliyinin, balıqçılıq
haqqında qanunvericiliyin
və heyvanlar aləmi haqqında qanunvericiliyin tələblərinə;
su obyektlərinin istifadəsi
və mühafizəsinə
dair sanitariya-gigiyena, ekoloji, hidroloji, texnoloji və meteoroloji standart, norma və qaydalarına;
balıq
və digər su bioresurslarının mühafizəsi və ovu qaydalarına; [4]
su obyektlərinin zərərli
təsirinin yol verilən normalarına;
sudan istifadə normalarına və limitlərinə;
sudan istifadə müqavilələrinə;
sudan ödənişli istifadə
qaydalarına;[5]
su mühafizə zonalarının
və sahil mühafizə zolaqlarının
ərazisində istifadə
rejiminə;
suların dövlət uçotu
qaydalarına.
6. Balıqçılıq və
ovçuluq təsərrüfatları
su obyektlərindən
istifadə etdikdə aşağıdakıları yerinə
yetirməyə borcludurlar:
su obyektlərindən təyinatına
görə istifadə
etmək;
su obyektlərini çirklənmədən,
zibillənmədən və
tükənmədən qorumaq;
su obyektlərindən götürülən
və onlara axıdılan suların ilkin uçotunu aparmaq;
su obyektlərindən götürülən
və onlara axıdılan suların müəyyən edilmiş
rejiminin pozulması və qəza nəticəsində zərərli
maddələrin su mənbələrinə axıdılması
hallarında müvafiq
dövlət orqanlarına
təcili xəbər
vermək;
təhkim
olunmuş su obyektlərinin və ov edilən sahələrin sanitar vəziyyətini lazımi
səviyyədə saxlamaq;
balıq,
qiymətli xəzdərili
və digər su bioresurslarının məskunlaşdığı su
hövzələrinin təbii
şəraitinə mənfi
təsir göstərə
bilən yeni balıq növlərinin və digər su bioresurslarının
iqlimləşdirilməsinə yol verməmək;[6]
müəyyən olunmuş qaydada
balıqartırma və
balıqçılıq təsərrüfatı
meliorasiyası işlərini
aparmaq; [7]
icazə
verildiyindən artıq
və ya icazə verilməmiş ov alətlərindən istifadə etməmək;
balıq,
su quşları, qiymətli xəzdərili
heyvanlar və ov alətlərinə təyin edilmiş limiti aşmamaq;
su nəqliyyatı vasitələrini
xilasetmə ləvazimatları
ilə təmin etmək;
su obyektlərinin sahillərindəki
yaşıllığın qayğısına qalmaq;
müvafiq icra
hakimiyyəti orqanının
yazılı göstərişini
icra etmək;
Azərbaycan Respublikasının qanunvericiliyi
ilə nəzərdə
tutulmuş digər tədbirləri həyata keçirmək.
7. Balıqçılıq
və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün
ayrılmış su obyektlərində və onların ətraf sahələrində qadağandır:
müvafiq icazə
sənədləri olmadan
balıq və digər su bioresurslarının
ovu; [8]
təmizlənməmiş və zərərsizləşdirilməmiş
çirkab sularının
axıdılması, istehsalat,
məişət və
digər tullantıların
atılması;
Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş
hallar istisna olmaqla, çayların, onun qollarının və kanallarının qarşısının tamamilə
kəsilməsi, göl,
nohur və limanların suyunun boşaldılması, bataqlıq
yerlərinin qurudulması;
qadağan edilən
ov alətləri, habelə partlayıcı və zəhərləyici
maddәlәrlә su
obyektlərinin yaxınlığında
olmaq;
Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş
digər hallar.
8. Su obyektlərində
vəhşi heyvanların
yaşayış mühitinin
vəziyyətinə zərərli
təsir göstərə
bilən hidrotexniki qurğuların istismarı,
hidroloji və su sərfi rejiminin
müəyyən edilməsi,
habelə heyvanlar aləmənin mühafizəsinə
yönəlmiş digər
tələblər, balıqçılıq
və ovçuluq təsərrüfatlarının mənafeyi nəzərə
alınmaqla həyata keçirilməlidir.
9. Qiymətli növ balıq və digər su bioresurslarının artırılması, bərpası
və qorunması üçün mühüm
balıqçılıq su
obyektlərində və
ya onların ayrı-ayrı hissələrində
sudan istifadə edənlərin hüquqları
balıqçılıq və
ovçuluq təsərrüfatlarının
xeyrinə “Balıqçılıq
haqqında” Azərbaycan
Respublikasının Qanunu
və su qanunvericiliyində nəzərdə
tutulmuş qaydada məhdudlaşdırıla bilər.[9]
10. Balıqçılıq
və ovçuluq təsərrüfatlarının müraciətlərinə əsasən
su obyektləri onlara qanunvericilikdə müəyyən edilmiş
qaydada qısamüddətli
— 3 ilə, uzunmüddətli
— 25 ilə qədər,
ovçuluq təsərrüfatlarının
aparılması məqsədilə
hüquqi və fiziki şəxslərin müraciətlərinə
əsasən azı
10 il müddətinə
istifadəyə verilə
bilər.[10]
11. Su obyektlərindən
istifadə hüquqlarının
müddəti qanunvericilikdə
müəyyən edilmiş
qaydada uzadıla bilər.
12. Su obyektlərindən istifadənin məhdudlaşdırılması, dayandırılması və ya qadağan edilməsi su qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Azərbaycan Respublikasının Qanunvericilik
toplusu 2000.- 31 may, ¹ 5.- S.2208-2211.