Dəniz üzgüçülüyünün təhlükəsizliyi məsələləri üzrə normativ aktların təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsində normativ aktlarının Azərbaycan Respublikasının 1997-ci il 22 aprel tarixli 276-IQ nömrəli Qanunu ilə qoşulduğuDənizçilərin hazırlanması, sertifikatlandırılması növbə çəkmələri haqqında” 1978-ci il Beynəlxalq Konvensiyasına 1995-ci ildə qəbul edilmiş düzəlişlərin tələblərinə uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət Dağ-Mədən Nəzarət Komitəsi ilə razılaşdırılmış təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. Gəmilərin qəza hadisələrinin təsnifatı, təhqiqatı qeydə alınması Qaydaları;

 

Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə;[1]

 

Azərbaycan Respublikasının nəqliyyat donanması işçilərinin intizam Nizamnaməsi;

 

Azərbaycan Respublikasının gəmiçilik şirkətləri üçün qəza hallarında tədbirlər planının təşkili üzrə Təlimat;

 

Dənizçilərin hazırlanması sertifikatlandırılması mərkəzi haqqında Əsasnamə;

 

Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində istehsalat üzgüçülük təcrübəsinin təşkili aparılması haqqında Əsasnamə;

 

Fəlakət zamanı təhlükəsizliyin təmin edilməsi üçün qlobal dəniz rabitə sisteminin tətbiqi haqqında Əsasnamə;

 

Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində növbəçəkmənin təşkili icrası üzrə Təlimat;

 

Dənizçilərin hazırlanması, sertifikatlandırılması növbə çəkmələri haqqında” 1978-ci il Beynəlxalq Konvensiyasına 1995-ci ildə qəbul edilmiş düzəlişlərin tələblərinin gəmiçilik şirkətləri tərəfindən yerinə yetirilməsi üzrə Təlimat;

 

Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində komandir heyəti kadrlarının seçilməsi, vəzifəyə təyin edilməsi xidməti vəzifələrinin artırılması barədə Əsasnamə;

 

Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində xidmət Nizamnaməsi təsdiq edilsin (əlavə olunur).[2]

 

Beynəlxalq dəniz ticarət limanının kapitanı haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).[3]

 

Gəminin səfərə çıxa bilməsi üçün heyətin minimal tərkibi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Baş naziri   A. Rasİzadə

 

Bakı şəhəri, 8 may 2000-ci il  ¹ 83

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 may, ¹ 5.- S.2211-2212.