Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının
qüvvədən düşmüş
hesab edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
"Su təchizatı
və tullantı suları haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 26
yanvar tarixli, 266 nömrəli Fərmanının
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. "Su kəməri
şəbəkəsində suyun itkisini ixtisar etmək və işlənən su üçün Bakı şəhəri müəssisələrindən, idarələrindən və
əhalisindən su pulu almağı qaydaya salmaq tədbirləri haqqında"
Azərbaycan SSR Nazirlər
Sovetinin 1959-cu il 6 mart tarixli, 168 nömrəli qərarı;
"Azərbaycan SSR su
ehtiyatlarında istifadə
edilməsini qaydaya salmaq və su ehtiyatlarını ciddi mühafizə etmək tədbirləri haqqında" Azərbaycan
SSR Nazirlər Sovetinin
1960-cı il 21 iyul tarixli, 572a nömrəli qərarı; "Azərbaycan
SSR su kəməri-kanalizasiya
müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyətində
çatışmazlıqlar haqqında" Azərbaycan
SSR Nazirlər Sovetinin
1964-cü il 10 dekabr tarixli, 774 nömrəli qərarının 7-ci bəndi
və "Bakı şəhərinin su kəməri təsərrüfatını
inkişaf etdirmək və şirin suyun işlədilməsinə
qənaət etmək
tədbirləri haqqında"
Azərbaycan SSR Nazirlər
Sovetinin 1982-ci il 18 avqust tarixli, 392 nömrəli qərarının
3-cü bəndi qüvvədən
düşmüş hesab
edilsin.
2. Bu qərar
imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş
naziri A. Rasİzadə
Bakı şəhəri, 10 may 2000-ci il ¹ 85
Azərbaycan Respublikasının Qanunvericilik
toplusu .-
2000.- 31 may, ¹ 5.- S.2214.