Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar-Sənaye Bankının
məhkəməyə verilən
iddia ərizələri
(şikayətlər) və
məhkəmə qərarları
barəsində kassasiya
şikayətləri üçün
dövlət rüsumunu
ödəməkdən azad
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası
Qanununun 3-cü maddəsinin
2-ci hissəsinə əsasən
və Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar-Sənaye Bankının Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyi, Ədliyyə
Nazirliyi və Milli Bankla razılaşdırılmış
təklifini nəzərə
alaraq, Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar-Sənaye, Sənaye İnvestisiya Səhmdar Kommersiya və Səhmdar Kommersiya Əmanət Banklarının problemli borclarının qaytarılmasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının Səhmdar
Kommersiya Aqrar-Sənaye
Bankı məhkəməyə
verilən iddia ərizələri (şikayətlər)
və məhkəmə
qərarları barəsində
kassasiya şikayətləri
üçün dövlət
rüsumunu ödəməkdən
azad edilsin.
2. Bu qərar
imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş
naziri A. Rasİzadə
Bakı şəhəri, 17 may 2000-ci il ¹ 88
Azərbaycan Respublikasının Qanunvericilik
toplusu .-
2000.- 31 may, ¹ 5.- S.2229.