"Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya Su Təsərrüfatı Komitəsinin Əsasnaməsinin strukturunun təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 14 may tarixli, 45 nömrəli qərarına əlavə edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya Su Təsərrüfatı Komitəsinin Şəmkir subartezian quyularının istismarı idarəsinin Tovuz rayonundakı sahəsinin bazasında Tovuz subartezian quyularının istismarı idarəsinin yaradılması barədə həmin Komitənin Tovuz rayon İcra Hakimiyyətinin İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Əmlakı Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilsin "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya Su Təsərrüfatı Komitəsinin Əsasnaməsinin strukturunun təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 14 may tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş "Meliorasiya Su Təsərrüfatı Komitəsinin strukturu"nun "Subartezian quyularının istismarı idarələri" bölməsində "Tərtər SQİİ" sözlərindən sonra Tovuz SQİİ" sözləri əlavə edilsin.

 

2. Tovuz subartezian quyularının istismarı idarəsinin yaradılması 2000-ci ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya Su Təsərrüfatı Komitəsi üçün nəzərdə tutulmuş büdcə vəsaitləri mövcud ştatlar çərçivəsində həyata keçirilsin.

 

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

 

Bakı şəhəri, 17 may 2000-ci il № 90

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 may, № 5.- S.2232-2233.