"Azərbaycan Respublikasında Padar sahəsi ona bitişik perspektiv strukturların daxil olduğu blokun kəşfiyyatı, işlənməsi hasilatın pay bölgüsü haqqında" Sazişə Azərbaycan Respublikası Hökumətinin təminatı öhdəlikləri haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 19 aprel tarixli, 136 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ("ARDNŞ") Kura Valley Development Kompani Ltd. ("Monkrif") xarici neft şirkəti arasında "Azərbaycan Respublikasında Padar sahəsi ona bitişik perspektiv strukturların daxil olduğu blokun kəşfiyyatı, işlənməsi hasilatın pay bölgüsü haqqında" Sazişin 1999-cu il aprelin 27-də imzalandığını nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

Göstərilən Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökumətinin təminatı öhdəlikləri təsdiq edilsin.

 

(Azərbaycan Respublikası Baş nazirinin yanında 2000-ci il aprelin 5-də keçirilmiş iclasın 4 nömrəli protokolu əlavə olunur).

 

 

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

 

 

Bakı şəhəri, 19 may 2000-ci il ¹ 92

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 may, ¹ 5.- S.2234.