Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci
il 5 fevral tarixli, 22 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
rabitə xidmətləri
(beynəlxalq, şəhərlərarası,
şəhər, kənd,
sellülar, peycinq, radiotrank, kabel televiziyasının qurulması
və istismarı, sürətli poçt xidməti) fəaliyyətinə
xüsusi razılıq
(lisenziya) verilməsi Qaydaları"na dəyişikliklər
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 5 fevral tarixli, 22 nömrəli qərarı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında rabitə
xidmətləri (beynəlxalq,
şəhərlərarası, şəhər, kənd, sellülar, peycinq, radiotrank, kabel televiziyasının qurulması
və istismarı, sürətli poçt xidməti) fəaliyyətinə
xüsusi razılıq
(lisenziya) verilməsi Qaydaları"nın 2.1.7. bəndinə
aşağıdakı redaksiyada
yeni abzas əlavə edilsin:
"fəaliyyət növünün həyata
keçirilməsi üçün
radiorabitə vasitələrindən
və radiotezliklərdən
istifadə olunarsa, hər bir obyekt
üzrə radiorabitə
vasitələrinə müvafiq
radiotezliklərin ayrılmasının
mümkünlüyü barədə
Azərbaycan Respublikası
Radiotezliklər üzrə
Dövlət Komissiyasının
rəyi";
6.1. bəndin 4-cü abzasından "Azərbaycan
Respublikası Radiotezliklər
üzrə Dövlət
Komissiyasının (RTDK) 1996-cı il 20 noyabr tarixli,
1 nömrəli qərarı
ilə təsdiq olunmuş "Azərbaycan
Respublikasında radioelektron
vasitələrinin layihələndirilməsi
(modernləşdirilməsi), istehsalı və xaricdən alınması
(əldə olunması)
üçün radiotezlik
zolaqlarının ayrılması
haqqında Əsasnamə"yə
uyğun olaraq istifadə edilən tezlik və ya tezlik zolaqları
üçün Azərbaycan
Respublikası RTDK-dan müvafiq qaydada icazə alınmalıdır"
sözləri çıxarılsın.
2. Bu qərar
imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş
naziri A. Rasİzadə
Bakı şəhəri, 22 may 2000-ci il
¹ 93
Azərbaycan Respublikasının Qanunvericilik
toplusu .-
2000.- 31 may, ¹ 5.- S.2235.