Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və
əlavələr edilməsi
barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. "Azərbaycan Respublikası ərazisinə
gətirilən Müstəqil
Dövlətlər Birliyi
üzvü olan dövlətlərin hüdudlarından
kənarda istehsal edilmiş, əlavə dəyər vergisindən azad olunan malların
siyahısı haqqında
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1997-ci il 16 iyun tarixli, 61 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
ərazisinə gətirilən
Müstəqil Dövlətlər
Birliyi üzvü olan dövlətlərin hüdudlarından kənarda
istehsal edilmiş, əlavə dəyər vergisindən azad olunan malların siyahısı"nda 1-ci sütunda
"Qrup 84" və
2-ci sütunda onun adından əvvəl 1-ci
və 2-ci sütuna müvafiq olaraq
"270900900" rəqəmi və "Yalnız xam neft-tranzit-mübadilə
(svop) əməliyyatları
üzrə" sözləri
əlavə edilsin.
2. "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə
gömrük rüsumlarının
dərəcələri haqqında"
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1998-ci il 22 aprel tarixli, 91 nömrəli qərarına aşağıdakı
dəyişikliklər və
əlavələr edilsin:
qərarın 4.3-cü yarımbəndində "borclar"
sözü "borclar,
həmçinin bu kreditlər və borclar hesabına həyata keçirilən
layihələrdə Azərbaycan
tərəfinin payı"
sözləri ilə əvəz edilsin;
qərarın 1 nömrəli əlavəsində:
27-ci mal qrupunda
1-ci sütunda “271220000” mal
mövqeyindən, 2-ci sütunda
onun adından və 3-cü sütundakı
gömrük rüsumu
dərəcəsindən əvvəl
1-ci, 2-ci və 3-cü sütunlara
müvafiq olaraq
"270900900" rəqəmi, "Yalnız xam neft-tranzit-mübadilə (svop)
əməliyyatları üzrə"
sözləri və
"0" rəqəmi əlavə
edilsin.
3. Bu qərar
imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş
naziri A. Rasİzadə
Bakı şəhəri, 25 may 2000-ci li
¹ 94
Azərbaycan Respublikasının Qanunvericilik
toplusu .-
2000.- 31 may, ¹ 5.- S.2235-2236.