Əlvan metal tullantılarının tədarükü, emalı satışına xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 mart tarixli, 310 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. "Əlvan metal tullantılarının tədarükü, emalı satışına xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

 

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının "İstehsalat məişət tullantıları haqqında" Qanununa əsasən hüquqi şəxslər hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslər, nəzərdə tutulmuş istehsal prosesində, kənd təsərrüfatında, xidmət sahələrində əmələ gələn əmələ gəlmə yerlərində istifadəsi mümkün olmayan, habelə texnoloji prosesin gedişində ilkin istehlak xüsusiyyətlərini tam ya qismən itirən maddələri, əşyaları materialları, yaxud onlarda olan qırıntı tullantıların öz şəxsi əmlakları olduğunu təsdiq edən sənəd olarsa, əlvan metal tullantılarının satışı fəaliyyəti ilə məşğul ola bilərlər.

 

Fiziki şəxslər Azərbaycan Respublikasının "İstehsalat məişət tullantıları haqqında" Qanunu ilə müəyyənləşdirilmiş həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn, əlvan metaldan olan əşyaları, maddələri materialları, əlvan metal qırıntı tullantılarının tədarükü emalı ilə məşğul olan müəssisələrə sata (təhvil verə) bilərlər.

 

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 9 aprel tarixli, 72 nömrəli qərarı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) alınması üçün ödənilən dövlət rüsumunun məbləği"nə aşağıdakı 81 nömrəli bənd əlavə edilsin:

 

 

 

¹-si

 

Fəaliyyət növlərinin adı

 

Məbləğ (min manat)

 

1

 

2

 

3

 

81

 

Əlvan metal tullantılarının:

 

a) tədarükü satışı

 

500

 

b) tədarükü, emalı satışı

 

1000

 

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

 

 

Bakı şəhəri, 31 may 2000-ci il

¹ 95

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 

2000-ci il 31 may tarixli, 95 nömrəli qərarı ilə

təsdİq edİlmİşdİr

 

Əlvan metal tullantılarının tədarükü, emalı satışı fəaliyyətinə

xüsusi razılıq (lisenziya) verilməsi

 

QAYDALARI

 

 

1. Ümumİ müddəalar

 

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının "Sahibkarlıq fəaliyyəti haqqında", "İstehsalat məişət tullantıları haqqında" qanunlarına, Azərbaycan Respublikası Prezidentinin "Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında" 1997-ci il 27 yanvar tarixli, 543 nömrəli Azərbaycan Respublikasında "Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında" 2000-ci il 28 mart tarixli, 310 nömrəli fərmanlarına əsasən əlvan metal tullantılarının tədarükü, emalı satışı ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilməsi (bundan sonra - lisenziya) Qaydalarını müəyyən edir.

 

Bu Qaydalarda aşağıdakı anlayışlardan istifadə olunur:

 

a) "əlvan metal tullantıları" - tərkibində təkrar emal üçün əlvan metal olan istifadə olunmuş istehsalat qırıntı tullantıları, istifadə (istehlak) xassələrini itirmiş, yararsız hala düşmüş məişət, sənaye qırıntı məhsulları, onların hissələri, avadanlıqlar, mexanizmlər, konstruksiyalar, nəqliyyat vasitələri, hərbi texnika digər mənbələr;

 

b) "əlvan metal tullantılarının tədarükü" - tədarük, satınalma, ilkin çeşidləmə əlvan metal qırıntı tullantılarının metaləritmə sənayesində yenidən istifadə olunması üçün hazırlanması üzrə təsərrüfat fəaliyyəti;

 

c) "əlvan metal tullantılarının emalı" - əlvan metal qırıntı tullantılarının metallurgiya istehsalatında xammal kimi istifadə üçün hazırlanması (çeşidləmə, paketləşdirmə, əritmə s.) üzrə təsərrüfat fəaliyyəti;

 

ç) "əlvan metal tullantılarının satışı" - tədarük emal olunmuş əlvan metal qırıntı tullantılarının üçüncü şəxsə dəyəri ödənilmək ödənilməmək şərti ilə satışı verilməsi

 

1.3. Bu Qaydalara əsasən İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziya mülkiyyət təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (bundan sonra - ərizəçi) əlvan metal tullantılarının tədarükünə, emalına satışına dair fəaliyyət növünü həyata keçirməyə icazə verən rəsmi sənəddir.

 

1.4. Lisenziya aşağıdakı göstərilən fəaliyyət növlərinə verilir:

 

əlvan metal tullantılarının tədarükü satışı;

 

əlvan metal tullantılarının tədarükü, emalı satışı.

 

Bu bənddə göstərilən hər bir fəaliyyət növü üçün ayrıca lisenziya verilir.

 

1.5. Ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra, həmin lisenziyada göstərilən sahibkarlıq fəaliyyəti növü ilə müəyyən edilmiş qaydada müddətdə məşğul ola bilərlər.

 

1.6. Xarici hüquqi fiziki şəxslər, xarici hüquqi şəxslərin filialları nümayəndəlikləri öz ölkələrində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, onlar həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar.

 

1.7. Lisenziyanın sahibi verilən lisenziyadan (lisenziyanın surətindən) yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz bu lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

 

Fərdi əmək müqaviləsi (kontraktı) ya tapşırıq müqaviləsi əsasında lisenziya sahibinin adından hərəkət edən şəxsə müvəqqəti olaraq lisenziyanın verilməsi lisenziyanın başqa şəxsə verilməsi sayılmır.

 

2. Lİsenzİyanın verİlməsİ Qaydası

 

2.1. Lisenziya almaq üçün ərizəçi İqtisadiyyat Nazirliyinə aşağıdakıları təqdim etməlidir:

 

2.1.1. lisenziya almaq üçün ərizə.

 

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

 

hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi bankın adı, fəaliyyət növü * ;

 

fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumatlar (seriya, nömrə, vaxt kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü.

 

2.1.2. müəssisənin təsis sənədlərinin surəti;

 

2.1.3. müəssisənin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;

 

2.1.4. lisenziya almaq üçün dövlət rüsumunun dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

 

2.1.5. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi orqanları tərəfindən qeydiyyata alınması haqqında şəhadətnamənin surəti;

 

2.1.6. lisenziya verilməsi üçün tələb olunan zəruri şərait şərtlərə** cavab verən aşağıdakı sənədlər:

 

əlvan metal tullantılarının emalı üçün obyektlər avadanlıqlardan istifadə hüququnun (mülkiyyət hüququ, icarə, istifadə s.) bu avadanlıqlarda çalışan, attestasiyadan keçmiş mütəxəssislərin olduqlarını təsdiq edən sənədlərin surəti.

 

fəaliyyət növü ilə əlaqədar aparılacaq işlərin ətraf mühitə təsiri haqqında Dövlət Ekologiya Təbiətdən İstifadәyә Nəzarət Komitəsinin müvafiq ərazi üzrə orqanının aktı;

 

fəaliyyət növü ilə əlaqədar aparılacaq işlərin yanğın təhlükəsizliyi tələblərinə uyğun olması barədə Daxili İşlәr Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarәsinin müvafiq ərazi orqanının sertifikatı;

 

fəaliyyət növü ilə əlaqədar aparılacaq işlərin texniki təhlükəsizlik tələblərinə uyğun olması barədə Dövlət Sənayedə İşlәrin Təhlükəsiz Görülməsinə Nəzarət Dağ Mədən Nəzarəti Komitəsinin rəyi.

 

2.2. Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

 

2.3. Lisenziya almaq üçün təqdim olunan ərizə bu Qaydalarda nəzərdə tutulan sənədlər lisenziya verən orqan tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır, çatışmazlıqlar ya imtina üçün əsas olmadıqda, qeydə alındığı gündən başlayaraq 15 gündən gec olmamaq şərti ilə lisenziya haqqında qərar qəbul edilir.

 

Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır müvafiq qərar qəbul edilir.

 

Bu Qaydalarda göstərilən əsaslarla lisenziya verilməsindən imtina olunduğu halda, bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.

 

Bu bənddə göstərilən müddətlərin son günü qeyri gününə düşərsə, ondan sonrakı günü müddətin qurtarma günü hesab olunur.

 

2.4. Lisenziya verilməsindən aşağıdakı hallarda imtina edilir:

 

2.4.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

 

2.4.2. ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst ya təhrif olunmuş məlumatlar olduqda;

 

2.4.3. fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin bu Qaydalarda nəzərdə tutulan zəruri şəraiti olmadıqda;

 

2.4.4. ərizəçi ya cəlb ediləcək mütəxəssislər bu Qaydalarda nəzərdə tutulan fəaliyyətlə məşğul olmaq üçün müvafiq ixtisasa malik olmadıqda;

 

2.4.5. fəaliyyət növünün həyata keçirilməsi üçün aldığı lisenziyanın lisenziya verən orqanın təşəbbüsü ilə ləğv edilməsindən 2 il vaxt keçməmişdirsə;

 

2.4.6. ərizəçi, əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın fəaliyyəti lisenziya verən orqanın təşəbbüsü ilə dayandırıldığı dövrdə müraciət etdikdə;

 

2.4.7. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

 

2.5. Ərizəçi lisenziya verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra, lisenziya almaq üçün bu Qaydalara uyğun olaraq lisenziya verən orqana müraciət etmək ya imtina barədə qərarla razılaşmadıqda, məhkəməyə müraciət etmək hüququna malikdir.

 

2.6. Müəssisə, təşkilat, idarə ləğv edildikdə, yaxud sahibkar kimi fəaliyyət göstərmək üçün fiziki şəxsə verilən şəhadətnamə qüvvədən düşdükdə, hüquqi fiziki şəxslərə verilən lisenziya da öz hüquqi qüvvəsini itirir.

 

Hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı dəyişdirildikdə, lisenziya itirildikdə, fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar dəyişdikdə, ərizəçi 15 gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün lisenziya verən orqana ərizə təqdim etməlidir.

 

Lisenziyanın yenidən rəsmiləşdirilməsi, onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

 

Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə lisenziyanın sahibi öz fəaliyyətini əvvəlki lisenziya (ayrı-ayrı obyektlər üçün verilmiş lisenziyanın surətləri) əsasında, lisenziya itirildikdə isə lisenziya verən orqanın verdiyi müvəqqəti icazə (ayrı-ayrı obyektlər üçün verilmiş lisenziyanın surətləri) əsasında həyata keçirir. Lisenziya verən orqanın rəhbəri (o olmadıqda onu əvəz edən müavin) tərəfindən imzalanmış möhürlə təsdiq edilmiş müvəqqəti icazə, lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir.

 

 

3. Lİsenzİya

 

 

3.1. Lisenziyada aşağıdakılar göstərilir:

 

3.1.1. lisenziya verən orqanın adı;

 

3.1.2. hüquqi şəxslər üçün - lisenziya verilən müəssisə, təşkilat idarənin adı hüquqi ünvanı;

 

3.1.3. fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumatlar (seriya, nömrə, kim tərəfindən vaxt verilmişdir, yaşayış yeri);

 

3.1.4. həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü;

 

3.1.5. lisenziyanın qüvvədə olma müddəti;

 

3.1.6. müvafiq fəaliyyət növünün həyata keçirilməsi qaydası;

 

3.1.7. lisenziyanın qeydiyyat nömrəsi verilmə tarixi.

 

3.2. Lisenziya verən orqanın rəhbəri (o olmadıqda, əvəz edən müavin) tərəfindən imzalanır lisenziya verən orqanın möhürü ilə təsdiq edilir.

 

 

4. Lİsenzİyanın müddətİ

 

 

4.1. Lisenziya 5 il müddətinə verilir. Lisenziyanın fəaliyyət müddəti ərizəçinin istəyinə əsasən az müddətə verilə bilər.

 

4.2. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir.

 

4.3. Müddəti bitmiş lisenziya onun surətləri etibarsız sayılır.

 

 

5. Lİsenzİyanın surətİ

 

5.1. Lisenziyalaşdırılan fəaliyyət növü ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirildiyi halda, ərizəçiyə lisenziya ilə birlikdə ərizədə göstərilən hər bir obyekt üçün onun ünvanı göstərilməklə lisenziyanın surəti təqdim olunur.

 

5.2. Ərizəçi lisenziya aldıqdan sonra öz fəaliyyətini ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirmək ya belə obyektlərin sayını artırmaq istədikdə təzə obyektlərə lisenziyanın surətlərini almaq üçün lisenziya verən orqana aşağıdakı sənədləri təqdim etməlidir:

 

5.2.1. verilmiş lisenziyanın qeydiyyat nömrəsi, tarixi, fəaliyyət növü, təzə obyektlərin sayı ünvanı göstərilməklə ərizə;

 

5.2.2. obyektlər barədə bu Qaydaların 2.1.6. bəndində tələb olunan sənədlər.

 

5.3. İqtisadiyyat Nazirliyi lisenziyanın surətlərinin verilməsi məsələsinə dair müraciətə bu Qaydaların 2.3 2.4. bəndlərinə əsasən baxır müvafiq qərar qəbul edir.

 

5.4. Lisenziyanın surəti - lisenziyanın sahibinə hər bir obyekt üçün lisenziya blankında, verilmiş lisenziyada əks edilən göstəricilər yazılmaqla, blankın yuxarı sağ küncünə "Surəti" sözü ünvan qrafasına obyektin ünvanı da əlavə edilməklə doldurulmuş, lisenziya verən orqanın rəhbəri ya rəhbər olmadıqda, müavini tərəfindən imzalanan lisenziya verən orqanın möhürü ilə təsdiq edilən həmin obyektə bu fəaliyyət növü ilə məşğul olmağa icazə verən rəsmi sənəddir.

 

5.5. Lisenziyaların surəti lisenziya verən orqan tərəfindən qeydə alınır.

 

5.6. Lisenziyanın surəti itirildikdə, lisenziya sahibi lisenziyanın yeni surətinin rəsmiləşdirilməsi üçün lisenziya verən orqana müraciət edir.

 

5.7. Lisenziyanın surətinin verilməsi yenidən rəsmiləşdirilməsi üçün haqq alınmır.

 

6. Lİsenzİyanın qüvvədə olma qaydaları nəzarət

 

6.1. Bu Qaydalara əsasən lisenziya sahibləri fəaliyyət növünü həyata keçirərkən Azərbaycan Respublikasının qanunvericilik aktlarına normativ texniki sənədlərin tələblərinə riayət etməlidirlər.

 

6.2. Lisenziyanın qüvvədə olma Qaydalarına nəzarəti lisenziya verən orqanı həyata keçirir.

 

6.3. Nəzarət qaydasında lisenziya verən orqanın səlahiyyətlərinə aşağıdakılar daxildir:

 

6.3.1. lisenziyada göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ hüquqi aktlara lisenziya qaydalarına riayət edilməsini yoxlamaq;

 

6.3.2. yoxlama zamanı ortaya çıxan suallara aid lisenziya sahibindən məlumatlar, arayışlar tələb etmək;

 

6.3.3. yoxlamanın nəticələrinə dair pozuntuları onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək;

 

6.3.4. müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə lisenziya sahibinə xəbərdarlıq vermək ya lisenziyanın fəaliyyətinin dayandırılması ya ləğv edilməsi barədə məsələyə baxmaq.

 

6.4. Lisenziya sahibi aparılan yoxlama zamanı lisenziya verən orqanın yoxlamaya cəlb edilən təşkilatların nümayəndələrinə yoxlanılacaq obyektlərə daxil olmağa, yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa tələb olunan sənədləri məlumatları onlara təqdim etməyə borcludur.

 

6.5. Yoxlamanın nəticəsi barədə iki nüsxədən ibarət akt tərtib edilir. Akt lisenziya verən orqanın yoxlamaya cəlb edilən təşkilatların nümayəndələri lisenziya sahibi (müəssisənin rəhbəri) tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə, bu barədə aktda qeyd edilir. Akta lisenziya sahibinin (müəssisənin rəhbərinin) izahatı əlavə edilir. Aktın bir nüsxəsi lisenziya sahibində qalır.

 

 

7. Lİsenzİyanın fəalİyyətİnİn dayandırılması ya ləğv edİlməsİ

 

 

7.1. Lisenziya verən orqan lisenziyanın fəaliyyətini aşağıdakı hallarda dayandırır:

 

7.1.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

 

7.1.2. lisenziya sahibi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;

 

7.1.3. lisenziya sahibinin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;

 

7.1.4. fəaliyyət növünün həyata keçirilməsi üçün bu Qaydalarla tələb olunan zəruri şərait şərtlərin pozulduğu aşkar edildikdə.

 

7.1.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

 

7.2. Lisenziya verən orqan lisenziyanın fəaliyyətinin dayandırılması haqqında qərar qəbul edildiyi vaxtdan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə dövlət vergi xidməti orqanlarına məlumat verir.

 

Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar lisenziya sahibi tərəfindən aradan qaldırıldıqda, lisenziyanın fəaliyyəti, lisenziya sahibinin lisenziya verən orqanın müraciətinə əsasən bərpa edilə bilər. Lisenziya verən orqan tərəfindən bu barədə qərar qəbul edildikdə, lisenziya bərpa edilmiş hesab olunur həmin qərarın qəbul edildiyi vaxtdan 5 gün müddətində lisenziyanın sahibinə dövlət vergi xidməti orqanlarına məlumat verilir.

 

7.3. Lisenziya verən orqan lisenziyanı aşağıdakı hallarda ləğv edir:

 

7.3.1. lisenziya sahibi tərəfindən lisenziya fəaliyyətinin dayandırılması haqqında müvafiq ərizə təqdim edildikdə;

 

7.3.2. lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

 

7.3.3. lisenziyanın qüvvədə olma Qaydaları lisenziya sahibi tərəfindən pozulduqda;

 

7.3.4. məhkəmənin müvafiq qərarı olduqda;

 

7.3.5. hüquqi şəxs ləğv edildikdə hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxsə verilən şəhadətnamə qüvvəsini itirdikdə;

 

7.3.6. Azərbaycan Respublikasının qanunvericiliyindә nəzərdə tutulan digər hallarda.

 

7.4. Lisenziya verən orqan lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdiyi vaxtdan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə dövlət vergi xidməti orqanlarına məlumat verir.

 

7.5. Lisenziyanın fəaliyyətinin dayandırılması, ləğv edilməsi ya bərpası haqqında qəbul edilmiş qərar, lisenziyanın bu Qaydalara əsasən ayrı-ayrı obyektlər üçün verilmiş surətlərinə şamil olunur.

 

7.6. Lisenziya verən orqan verdiyi, qeydə aldığı, dayandırdığı, bərpa etdiyi ləğv etdiyi lisenziyaların reyestrini aparır.

 

 

8. Məsulİyyət

 

 

8.1. Lisenziya verən orqanın rəhbərləri vəzifəli şəxsləri lisenziyalaşdırma haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması, yaxud onun lazımi şəkildə icra olunmamasına görə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

 

8.2. Lisenziya verən orqanın qərarlarından hərəkətlərindən müəyyən olunmuş qaydada məhkəmə orqanlarına şikayət oluna bilər.

 

8.3. Bu Qaydalarda göstərilən fəaliyyət növü ilə lisenziyasız məşğul olanlar mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu  .- 2000.- 31 may, ¹ 5.- S.2236-2243.