Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin prekursorların məhv edilməsi Qaydasının təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Narkotik vasitələrin, psixotrop maddələrin prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli, 174 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. "Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin prekursorların məhv edilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

 

 

Bakı şəhəri, 31 may 2000-ci il

¹ 96

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 

2000-ci il 31 may tarixli, 96 nömrəli qərarı ilə

təsdİq edİlmİşdİr

 

 

Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin prekursorların məhv edilməsi

 

QAYDASI

 

 

1. Narkotik vasitələr, psixotrop maddələr prekursorlar ekspert rəyi ilə istifadə edilmək üçün məqsədəuyğun hesab edilmədikdə, tam həcmdə məhv edilməlidir.

 

2. Müsadirə edilmiş üzərinə həbs qoyulmuş narkotik vasitələr, psixotrop maddələr prekursorlar məhkəmə baxışı zamanı ya istintaq prosesi müddətində bu maddələr barəsində istintaq aparan orqanlara məxsus xüsusi təchiz olunmuş otaqlarda maddi sübutların saxlanması barədə müəyyən olunmuş qaydalara əsasən müvəqqəti olaraq ciddi nəzarət altında saxlanılmalıdır.

 

3. Narkotik vasitələrin, psixotrop maddələrin prekursorların məhv edilməsi üçün əsas kimi məhkəmənin qərarı, habelə müstəntiqin, yaxud təhqiqat orqanının qanunvericilikdə nəzərdə tutulmuş hallarda cinayət işinə xitam verilməsi ya cinayət işinin qaldırılmasına rədd verilməsi barədə qərarı hesab olunur.

 

Məhvetmə qərarını qəbul edən orqan müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri prekursorları qərar qəbul edildikdən sonra dərhal bu Qaydanın 4-cü bəndində nəzərdə tutulan komissiyaya təhvil verir.

 

4. Müsadirə edilmiş narkotik vasitələr, psixotrop maddələr prekursorlar məhkəmə, prokurorluq orqanlarının Səhiyyə Nazirliyinin, Daxili işlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin nümayəndələrindən ibarət tərkibdə yaradılmış komissiya tərəfindən aktlaşdırılaraq məhv edilir.

 

Göstərilən komissiya Narkomanlığa Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri tərəfindən formalaşdırılır görülmüş işlər barədə ona hesabat verir.

 

5. Barəsində məhvetmə qərarı qəbul edilmiş narkotik vasitələrin, psixotrop maddələrin prekursorların məhvetmə üsulu, yeri vaxtı məhvetmə komissiyası tərəfindən müəyyən edilir.

 

6. Məhvetmə komissiyasının tərtib etdiyi aktda aşağıdakılar göstərilməlidir:

 

aktın tərtib olunduğu yer tarix;

 

məhvetmədə iştirak etmiş şəxslərin yeri, vəzifəsi, familiyası, adı, atasının adı;

 

məhvedilmənin əsası;

 

məhv olunan narkotik vasitələrin, psixotrop maddələrin prekursorların adı, miqdarı, onların saxlandığı qab barədə məlumatlar;

 

məhvedilmə üsulu.

 

Aktın nüsxələrinin sayı məhvedilmədə iştirak etmiş şəxslərin sayına uyğun olaraq müəyyən edilir.

 

Məhvetmə aktının bir nüsxəsi cinayət işinin materiallarına əlavə olunur.

 

Həmin aktlar nümayəndəsi məhvetmədə iştirak etmiş dövlət orqanlarında saxlanılır. Aktların saxlanma müddəti cinayət işinin ya materiallarının saxlanma müddəti ilə eyni olmalıdır.

 

7. Barəsində məhvedilmə qərarı çıxarılmış narkotik vasitələrin, psixotrop maddələrin prekursorların sonrakı istifadəyə verilməsi qadağandır.

 

8. Bu Qaydanın pozulmasına görə vəzifəli şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 may, ¹ 5.- S.2244-2245.