Məhkəmə nəzarətçilərinin
və məhkəmə
icraçılarının fəaliyyətinə nəzarət
Qaydasının təsdiq
edilməsi barədə
Azərbaycan Respublİkası Nazİrlər KabİnetİNİN
QƏRARI
«Məhkəmə nəzarətçiləri və
məhkəmə icraçıları
haqqında» Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə» Azərbaycan
Respublikası Prezidentinin
2000-ci il 5 yanvar tarixli, 246 nömrəli Fərmanının 1-ci bəndinin
4-cü abzasının icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. «Məhkəmə nəzarətçilərinin və
məhkəmə icraçılarının
fəaliyyətinə nəzarət
Qaydası» təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar
imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş
naziri A. RASİZADƏ
Bakı şəhəri, 1 may 2000-ci il
¹ 80
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin
2000-ci
il 1 may tarixli 80 nömrəli
qərarı ilə
təsdİq edİlmİşdİr
Məhkəmə nəzarətçilərinin və
məhkəmə icraçılarının
fəaliyyətinə nəzarət
Qaydası
I. Ümumİ müddəalar
1. Bu Qayda «Məhkəmə nəzarətçiləri və
məhkəmə icraçıları
haqqında» Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 5 yanvar tarixli,
246 nömrəli Fərmanına
əsasən hazırlanmışdır
və məhkəmə
nəzarətçilərinin və məhkəmə icraçılarının fəaliyyətinə
nəzarət qaydasını
müəyyən edir.
2. Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin,
Azərbaycan Respublikası
Ali Məhkəməsinin və
Azərbaycan Respublikası
İqtisad Məhkəməsinin
məhkəmə nəzarətçiləri
istisna olmaqla, məhkəmə nəzarətçilərinin
və məhkəmə
icraçılarının fəaliyyətinə nəzarət
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin
məhkəmə nəzarətçiləri
və məhkəmə
icraçıları idarəsi
tərəfindən həyata
keçirilir.
3. Məhkəmə nəzarətçilərinin
və məhkəmə
icraçılarının fəaliyyəti ilə əlaqədar Ədliyyə
Nazirliyinə daxil olmuş şikayət və ərizələr, şikayətlərin daxilolma
səbəbləri, ümumi
statistik məlumatlar, məhkəmələrin məhkəmə
qərarlarının icrası
ilə bağlı məlumatları və s. təhlil edilir və yoxlama aparan şəxs tərəfindən yoxlamanın
planı hazırlanır.
Bu plan ədliyyə naziri
tərəfindən təsdiq
edilir.
II. Məhkəmə İcraçılarının
fəalİyyətİnİn yoxlanılması
4. Məhkəmə icraçılarının
fəaliyyəti yoxlanılarkən
yoxlama aparan şəxs birinci növbədə tamamlanmamış
icra icraatlarını
diqqətlə öyrənir,
hər bir icra olunmamış işlə tanış olur, ləngimənin səbəblərini öyrənir,
zəruri hallarda icranın tezləşdirilməsi
barədə göstəriş
verir. Ləngimənin
həqiqi səbəblərinə
dair şübhə yarandıqda, yoxlama aparan şəxs yaranmış şübhələri
aradan qaldırmaq məqsədi ilə borclunu söhbət üçün dəvət
edə bilər.
5. Tamamlanmış icraatların
yoxlanılması onların
inventarlaşdırılmasından başlayır. Bütün
icra icraatları sıra nömrəsi ilə qeydə alınır və onların qeydiyyat kitabında qeydə alınması yoxlanılır.
Uyğunsuzluqlar müəyyən
edildikdə onun səbəblərini aydınlaşdırmaq
və aradan qaldırmaq üçün
tədbirlər görülməlidir.
6. Eyni zamanda icra
sənədlərinin özlərinin
hazırlanmasının düzgünlüyü,
onlarda məhkəmə
icraçıları tərəfindən
həyata keçirilən
icra hərəkətlərinin
əks edilməsi, borcluya təklifin göndərilməsi, borclunun
əmlak vəziyyətinin
yerində yoxlanılması
üçün oraya
gedilməsi, pulun borclu tərəfindən banka və ya
məhkəmə icraçısına
ödənilməsi, tutulan
məbləğin tələbkara
göndərilməsi üçün
poçt göndərişinin
tərtib edilməsi, tələbkara pulun alınması üçün
çekin verilməsi
və s. öyrənilir.
Məhkəmə qətnamələrinin
qərarlarının icra
edilməsi ilə əlaqədar məhkəmə
icraçısına daxil
olmuş sənədlər
onların aid olduqları
icra icraatlarında olmalıdır.
7. Bundan başqa, yoxlama aparan şəxs ictimai işlər növündə,
cərimə növündə
cəzanın icrası,
müəyyən vəzifə
tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə
növündə cəzanın
icrasına, islah işləri növündə
cəzanın icrasına
baxan məhkəmə
icraçısı tərəfindən
qanunvericiliklə müəyyən
olunmuş vəzifələrini
yerinə yetirilməsini,
məhkəmə icraçıları
tərəfindən şərti
məhkum edilmiş məhkumlara nəzarətin
həyata keçirilməsini
yoxlayır.
8. Həmçinin yoxlama aparan şəxs icra işinin təşkilində hakimlərin
və məhkəmə
sədrinin rolunu, məhkəmə icraçısının
fəaliyyətinə nəzarət
edib-etməmələrini, məhkəmə
işçilərinin əməliyyat
müşavirələrində məhkəmə qərarlarının
icrası işinin müzakirə olunub-olunmamasını,
hakim tərəfindən məhkəmə
icraçısına praktik
yardımın göstərilib-göstərilməməsini
öyrənir.
III. Məhkəmə nəzarətçİlərİnİn
fəalİyyətİnİn yoxlanılması
9. Məhkəmə nəzarətçilərinin
fəaliyyəti yoxlanılarkən
birinci növbədə
onların qüvvədə
olan qanunvericilik aktlarına riayət etmələri, vəzifə
borclarını layiqincə
yerinə yetirmələri,
onlara tapşırılmış
sahəni təmin etmələri, müəyyən
olunmuş qaydalara riayət etmələri, tutduğu vəzifədə
tabeçilik prinsiplərinə
əməl etməsi yoxlanılır.
IV. Yoxlamanın nətİcələrİ
İlə bağlı
tədbİrlər
10. Yoxlamanın nəticələrinin
həyata keçirilməsinin
məqsədi işdə
olan çatışmazlıqların
və pozuntuların, onları yaradan səbəblərin aradan qaldırılması, işin
təşkilinin müsbət
forma və metodlarının
təbliği, onların
gündəlik təcrübədə
tətbiq edilməsidir.
11. Yoxlamanın gedişatında
yoxlama aparan şəxs məhkəmə
nəzarətçisi və
məhkəmə icraçısı
ilə konkret işin öyrənilməsi
zamanı aşkar edilmiş hər bir pozuntu üzrə
ətraflı söhbət
aparır, bu pozuntunun məzmununu aydınlaşdırır və
onun səbəblərini
müəyyən edir.
Yoxlama aparan şəxs vətəndaşların
pozulmuş hüquq və maraqlarının bərpa edilməsi üçün tədbirlər
görməyə borcludur.
Bu zaman yoxlama aparan şəxs məhkəmə
nəzarətçisinin və
məhkəmə icraçısının
yol verdiyi pozuntulara görə məsuliyyət dərəcəsini
qiymətləndirməlidir.
12. Yoxlamanın nəticələri
üzrə arayış
hazırlanır və
orada görülmüş
işin vəziyyətinin
ümumi xarakteristikası
verilir, həm müsbət cəhətlər,
həm də aşkar edilmiş çatışmazlıqlar və
onların səbəbləri
qeyd olunur. Yoxlamanın nəticələri
məhkəmədə və
Ədliyyə Nazirliyinin
əməliyyat müşavirələrində
müzakirə edilir.
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 may, ¹ 5.-
S.2204-2206.