Bələdiyyələrin daimi və başqa
komissiyaları haqqında
ƏSASNAMƏ
Azərbaycan
Respublikasının 2000-ci il 14 aprel tarixli, 859-IQ saylı Qanunu
ilə təsdİq edİlmİşdİr
Maddə 1. Azərbaycan Respublikası
Konstitusiyasının 143-cü maddəsinə və “Bələdiyyələrin
statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən
bələdiyyələr öz fəaliyyətini daimi və
başqa komissiyalar vasitəsi ilə həyata keçirirlər.
Maddə 2. Bələdiyyələr öz səlahiyyətləri
müddətində daimi və başqa komissiyalar yarada bilərlər.
Bələdiyyələr yerli büdcə, yeri sosial və
yerli iqtisadi məsələlər, yerli ekologiya və
onların fəaliyyətinə aid hüquq məsələləri
ilə bağlı bu Əsasnamənin 22-ci maddəsində
göstərilən daimi komissiyalar formalaşdıra bilərlər.
Bələdiyyələr onların səlahiyyətlərinə
aid edilən yerli məsələlərlə bağlı zərurət
olduqda başqa komissiyalar yarada bilərlər.
Maddə 3. Bələdiyyələrin daimi və
başqa komissiyalarının əsas vəzifələri “Bələdiyyələrin
statusu haqqında” Azərbaycan Respublikası Qanunu ilə
müəyyən edilir.
Maddə 4. Bələdiyyələrin daimi və
başqa komissiyaları öz fəaliyyətində Azərbaycan
Respublikası Konstitusiyasını, qanunlarını və digər
normativ-hüquqi aktlarını, bu Əsasnaməni, bələdiyyələrin
nizamnamələrini, habelə müvafiq bələdiyyələrin
qərarlarını rəhbər tuturlar.
Bələdiyyələrin komissiyaları öz fəaliyyətində
müvafiq bələdiyyə ərazisində yaşayan vətəndaşların
mənafe ümumiliyini əsas götürürlər.
Maddə 5. Bələdiyyələr işlərinin həcmini,
maliyyə vəziyyətini və ehtiyaclarını nəzərə
alaraq müvafiq sayda daimi və başqa komissiyaları
yaradırlar.
Bələdiyyələrin daimi komissiyaları bələdiyyələrin
səlahiyyət müddəti ərzində səlahiyyətlidirlər.
Bələdiyyələrin başqa komissiyalarının səlahiyyət
müddəti bələdiyyə tərəfindən müəyyən
edilir və bələdiyyələrin səlahiyyət
müddətindən çox ola bilməz.
Bələdiyyələr lazım olduqda yeni komissiyalar
yarada, mövcud olan komissiyaları ləğv edə və
komissiyaların tərkibində dəyişikliklər edə
bilərlər.
Bələdiyyələrin daimi və başqa
komissiyalarının fəaliyyəti fikir müxtəlifliyi,
aşkarlıq, məsələlərin sərbəst
müzakirəsi, ictimai rəyi nəzərə almaqla komissiya
üzvlərinin təşəbbüskarlığı
prinsipləri əsasında həyata keçirilir.
Maddə 6. Bələdiyyələrin daimi və
başqa komissiyalarının say tərkibi bələdiyyə
tərəfindən müəyyən edilir. Daimi və
başqa komissiyaların tərkibi azı üç bələdiyyə
üzvündən ibarət olmalıdır.
Bələdiyyələrin daimi və başqa
komissiyalarının tərkibinə daxil olan şəxslər
bələdiyyələrin iclaslarında bələdiyyə
üzvlərinin sadə səs çoxluğu ilə
seçilir. Daimi və başqa komissiyalarının tərkibinin
seçilməsi bələdiyyənin qərarı ilə rəsmiləşdirilir.
Daimi və başqa komissiyalar öz tərkibindən sədr,
lazım gəldikdə isə müavin də seçirlər.
Bələdiyyə üzvü bir neçə daimi və
başqa komissiyaların üzvü ola bilər.
Bələdiyyə üzvü bir daimi və başqa
komissiyanın sədri ola bilər.
Maddə 7. Daimi komissiyalar onların iclaslarında təsdiq
olunmuş plana müvafiq olaraq fəaliyyət göstərirlər.
Daimi komissiyalar bələdiyyəyə ildə azı
bir dəfə öz işi barədə hesabat verirlər.
Daimi komissiyaların iclasları ayda azı bir dəfə
komissiyanın sədri tərəfindən
çağırılır.
Daimi və başqa komissiyaların iclaslarında həmin
komissiyanın üzvü olmayan bələdiyyə üzvləri
və mütəxəssislər məşvərətçi
səslə iştirak edə, təkliflər verə bilərlər.
Daimi və başqa komissiyalar səyyar iclasları da
keçirə bilərlər.
Maddə 8. Daimi və başqa komissiyaların
iclasları onların üzvlərinin yarıdan çoxu
iştirak etdikdə səlahiyyətlidir.
Bələdiyyə sədrinin tələbi ilə bələdiyyələrin
daimi və başqa komissiyalarının növbədənkənar
iclası çağırıla bilər.
Daimi və başqa komissiyanın iclası haqqında
komissiya üzvü iclas gününə azı 2 gün
qalmış xəbərdar edilməlidir.
Daimi və başqa komissiyaların üzvləri hər
hansı səbəbdən iştirak edə bilməyəcəyi
barədə komissiya sədrinə əvvəlcədən məlumat
verməlidir.
Maddə 9. Daimi və başqa komissiyaların
iclaslarında baxılan bütün məsələlər
barəsində qərarlar komissiyanın iclasında iştirak
edən üzvlərin sadə səs çoxluğu ilə qəbul
edilir.
Bu Əsasnaməyə müvafiq olaraq bir neçə
daimi və başqa komissiyaların birgə iclası
keçirildikdə, qərarlar hər bir komissiya üzvlərinin
iclasda iştirak edən üzvlərinin sadə səs
çoxluğu ilə qəbul olunur.
Maddə 10. Daimi və başqa komissiyalar öz səlahiyyətlərinə
aid məsələlər barəsində bələdiyyənin
icra aparatının struktur bölmələrinin rəhbərlərinin
məruzələrini öz iclaslarında dinləyə bilərlər.
Daimi və başqa komissiyalar öz səlahiyyətlərinə
aid məsələlər barəsində bələdiyyənin
icra aparatına müraciət edə bilərlər.[1]
Daimi və başqa komissiyaların təşkilati,
informasiya, kargüzarlıq, maddi-texniki təminat məsələlərini
bələdiyyənin icra aparatı həyata keçirir.
Maddə 11. Daimi və başqa komissiyalar bələdiyyələrin
müzakirəsinə çıxarılan məsələlər
üzrə öz məruzəçilərini təyin edirlər.
Daimi və başqa komissiyaların birgə
hazırladıqları məsələlər üzrə
komissiyalar birgə məruzə və əlavə məruzələrlə
çıxış edə bilər və ya öz rəy və
təkliflərini ayrıca təqdim edə bilərlər.
Maddə 12. Daimi və başqa komissiyalar bələdiyyə
müəssisə, idarə və təşkilatlarına
öz səlahiyyətlərinə aid məsələlər
barəsində sorğu ilə müraciət edə bilərlər.[2]
Maddə 13. Daimi komissiyalar onların müzakirəsinə
verilmiş məsələlərin başqa daimi
komissiyaların da səlahiyyətinə aid olduğunu müəyyən
etdikdə, yaxud başqa daimi komissiyaların həmin məsələlərə
dair rəy verməsində zərurət olduqda, bu barədə
bələdiyyənin sədrinə təklif verə bilərlər.
Daimi komissiyalar digər daimi komissiyaların nəzərdən
keçirəcəkləri məsələlərin
hazırlanmasında həmin komissiyaların müraciəti ilə
öz səlahiyyətlərinə aid məsələlər
üzrə iştirak edə bilər.
Daimi komissiyalar nəzərdə keçirdikləri məsələlər
barəsində digər daimi komissiyaların rəyini ala bilərlər.
Maddə 14. Bir və ya bir neçə daimi və
başqa komissiyaların səlahiyyətlərinə aid məsələlərin
müzakirəsi məqsədi ilə komissiyaların özlərinin
təşəbbüsü, habelə bələdiyyənin
tapşırığı ilə daimi və başqa
komissiyalar birgə iclaslar keçirə bilərlər.
Komissiyaların birgə iclasında sədrlik edən
komissiyaların üzvləri tərəfindən seçilir.
Maddə 15. Daimi və başqa komissiyalar bələdiyyələrin
iclaslarında onların səlahiyyətlərinə aid məsələlər
üzrə bələdiyyələrin tabeliyində olan müəssisə,
idarə və təşkilatların, habelə bələdiyyənin
vəzifəli şəxslərin məlumatlarını dinləmək
barədə təklif verə bilərlər.
Maddə 16. Daimi və başqa komissiyalarının
iclaslarına həmin komissiyanın tərkibinə daxil olmayan
bələdiyyə üzvləri, bələdiyyənin
tabeliyində olan müəssisələrin, idarə və təşkilatların
nümayəndələri, mütəxəssislər və
alimlər (ekspertlər) dəvət oluna bilərlər.[3]
Maddə 17. Daimi və başqa komissiyaların sədri
komissiyanın işinə rəhbərlik edir, komissiyanın
iclasının vaxtını təyin edir, bələdiyyənin
icra aparatı ilə birlikdə komissiyanın işini təşkil
edir, komissiya üzvlərini zəruri sənədlər və
materiallarla təmin edir, ayrı-ayrı komissiya üzvlərinə
tapşırıqlar verir, komissiyanın işini başqa
komissiyaların işi ilə əlaqələndirir, iclaslar
üçün lazımi materialların
hazırlanmasını təşkil edir, bələdiyyənin
tabeliyində olan müəssisələrin, idarə və təşkilatların
nümayəndələri, mütəxəssisləri və
alimləri (ekspertləri) komissiyanın iclaslarında
iştirak etmək üçün dəvət edir,
komissiyanın iclaslarında sədrlik edir, daimi komissiyanın
iş planının yerinə yetirilməsinə nəzarət
edir.
Daimi və başqa komissiyaların sədri komissiyanın
iclasında iştirak edə bilmədikdə onun vəzifələrini
sədrin müavini, sədrin müavini seçilməyən
komissiyalarda isə bələdiyyənin sədrinin
tapşırığına əsasən komissiyaların
üzvlərindən biri icra edir.
Maddə 18. Daimi və başqa komissiyaların
üzvü onların fəaliyyətində iştirak etməyə,
qərarlarının həyata keçirilməsinə kömək
etməyə və tapşırıqlarını yerinə
yetirməyə borcludur.
Maddə 19. Daimi və başqa komissiyaların
üzvünün komissiyalarda baxılan bütün məsələlər
üzrə həlledici səs hüququ vardır. Onun daimi və
başqa komissiyalarda nəzərdən keçirilmək
üçün məsələlər təklif etmək, həmin
məsələlərin hazırlanması və müzakirəsində
iştirak etmək, müzakirə olunan məsələlərlə
əlaqədar bələdiyyələrin tabeliyində olan
müəssisə, idarə və təşkilatların, habelə
bələdiyyənin vəzifəli şəxslərini dinləmək
barədə təkliflər vermək hüququ vardır.
Daimi və başqa komissiyaların hər bir
üzvünə komissiyaların müzakirəsinə verilən
məsələlər barəsində sənədlər və
digər materiallar təqdim olunmalıdır.
Komissiya üzvü komissiyanın qəbul etdiyi qərarla
razı olmadıqda xüsusi rəylə
çıxış edə bilər. Həmin rəy
müvafiq qərara əlavə olunur.
Maddə 20. Daimi və başqa komissiyaların
iclasları protokollaşdırılır. Daimi və başqa
komissiyaların qərar, rəy və protokollarını
onların sədri imzalayır. Daimi və başqa
komissiyaların birgə qəbul etdikləri qərarları,
onların birgə hazırladıqları rəyləri və
birgə iclaslarının protokollarını müvafiq
komissiyaların sədrləri imzalayırlar.
Maddə 21. Daimi və başqa komissiyalar öz fəaliyyətləri
haqqında ictimaiyyətə mütəmadi olaraq məlumat
verirlər. Daimi və başqa komissiyaların iclaslarında
media subyektlərinin nümayəndələri sərbəst
iştirak edə bilərlər.[4]
Maddə 22. Bələdiyyələr
aşağıdakı daimi komissiyalar yarada bilərlər:
1) Yerli büdcə məsələləri daimi
komissiyası:
yerli vergilərə və ödənişlərə,
yerli büdcəyə aid qərar layihələrini
hazırlayır və ya təqdim olunmuş qərar layihələrinə
dair rəy verir;
yerli büdcəyə nəzarətlə bağlı
məsələlərlə baxır və bələdiyyəyə
təkliflər verir;
yerli büdcə layihəsinə dair başqa daimi
komissiyaların təkliflərinə baxır və bu təkliflər
barəsində rəy hazırlayır;
yerli büdcənin icrası ilə bağlı
hesabatlara dair rəy hazırlayır;
bələdiyyə və onun icra aparatı
üçün təkliflər hazırlayır.
2) Yerli sosial məsələlər daimi komissiyası:
yerli sosial müdafiə və sosial inkişaf, o
cümlədən əmək, məşğulluq, sosial təminat
və digər yerli sosial məsələlər də daxil
olmaqla, proqramların layihələrini, arayışlar, qərar
layihələri hazırlayır və ya təqdim olunmuş
yerli sosial müdafiə və sosial inkişaf proqramların
layihələrinə və digər qərar layihələrinə
dair rəy verir;
bələdiyyə və onun icra aparatı
üçün təkliflər hazırlayır.
3 ) Yerli ekologiya məsələləri daimi
komissiyası:
yerli ekoloji proqramların layihələrini,
arayışlar, qərar layihələri hazırlayır və
ya təqdim olunmuş yerli ekoloji proqramları layihələrinə
və qərar layihələrinə dair rəy verir;
bələdiyyə və onun icra aparatı
üçün təkliflər hazırlayır.
4) Yerli iqtisadi inkişaf məsələləri daimi
komissiyası:
yerli iqtisadi inkişaf proqramları layihələrini
(o cümlədən bələdiyyə mülkiyyətinin (bələdiyyə
torpaqları da daxil olmaqla) səmərəli istifadəsi, bələdiyyələrin
təsərrüfat fəaliyyətinin təşkili də
daxil olmaqla), arayışlar, qərar layihələrini
hazırlayır və ya təqdim olunmuş yerli iqtisadi
inkişaf proqramların layihələrinə və qərar
layihələrinə dair rəy verir;
bələdiyyə və onun icra aparatı
üçün təkliflər hazırlayır.
5) Hüquq məsələləri daimi komissiyası:
bələdiyyənin qərar layihələrinin Azərbaycan
Respublikası Konstitusiyasına və qanunvericiliyinə
uyğunluğu haqqında, bələdiyyə üzvlərinin
səlahiyyətlərinin itirilməsi və ya onlara xitam verilməsi
məsələlərinə, yerli rəy sorğusuna
çıxarılan məsələlərə dair rəy
verir;
bələdiyyə və onun icra aparatı
üçün təkliflər hazırlayır.
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 oktyabr, ¹ 10.- S.4224 - 4228.