“Ərazi quruluşu və inzibati ərazi
bölgüsü haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
“Ərazi quruluşu və inzibati ərazi
bölgüsü haqqında” Azərbaycan Respublikası
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə
qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, iki ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının
“Ərazi quruluşu və inzibati ərazi bölgüsü
haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması barədə təkliflərini
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
“Ərazi quruluşu və inzibati ərazi
bölgüsü haqqında” Azərbaycan Respublikası
Qanununun pozulmasına görə məsuliyyət növlərini
müəyyən edən qanunvericilik aktının layihəsini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
həmin Qanunun 5.6-cı maddəsində nəzərdə
tutulmuş ərazi vahidlərinin, habelə ayrı-ayrı
milli təhlükəsizlik və ya müdafiə təyinatlı
ərazilərin qapalı elan edilməsi və xüsusi rejimli
dövlət idarəetmənin tətbiq edilməsi qaydası
barədə təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
öz səlahiyyətləri daxilində “Ərazi quruluşu
və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan
Respublikasının Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
2. Müəyyən edilsin ki:[1]
2.1. “Ərazi quruluşu və inzibati ərazi
bölgüsü haqqında” Azərbaycan Respublikası
Qanununun 5.7-ci, 7.2-ci, 7.4-cü, 7.5-ci, 8.2-ci, 8.4-cü, 9.2-ci,
9.6-cı, 10.2-ci, 10.3-cü, 11-1.1-ci, 11-1.3-cü, 11-1.4-cü,
12.1-ci, 12.3-cü, 12.3.1-ci və 13-1.1-ci maddələrində
nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti
orqanı”nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti həyata keçirir;[2]
2.2. həmin Qanunun 7.4.1-ci, 7.4.3-cü, 7.5.1-ci,
7.5.4-cü, 8.4.1-ci, 9.6.1-ci, 9.8-ci, 10.3.1-ci, 10.3.3-cü,
11-1.3.1-ci 11-1.3.2-ci, 11-1.4.1-ci və 11-1.4.2-ci maddələrində
“müvafiq icra hakimiyyəti orqanları” dedikdə yerli icra hakimiyyəti
orqanları (şəhər rayonu icra hakimiyyəti
orqanları istisna olmaqla) nəzərdə tutulur;
2.3. həmin Qanunun 7.4.2-ci, 7.5.2-ci, 8.4.2-ci, 9.6.2-ci və
10.3.2-ci maddələrində “müvafiq icra hakimiyyəti
orqanının ayrı-ayrı inzibati ərazi dairəsi
üzrə nümayəndəliyi” dedikdə yerli icra hakimiyyəti
başçılarının inzibati ərazi dairəsi
üzrə nümayəndəlikləri nəzərdə
tutulur;
2.4. həmin Qanunun 7.4.5-ci, 7.6-cı, 8.4.5-ci,
10.3.4-cü, 11.2-ci, 11-1.3.3-cü, 11-1.5-ci, 12.3.2-ci və
13.3-cü maddələrində “müvafiq icra hakimiyyəti
orqanı” dedikdə Azərbaycan Respublikasının Ekologiya və
Təbii Sərvətlər Nazirliyi və Əmlak Məsələləri
Dövlət Xidməti qismində Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə
tutulur.[3]
2.5. həmin Qanunun 9.8-ci maddəsinin ikinci cümləsində
“müvafiq icra hakimiyyəti orqanı” dedikdə Əmlak Məsələləri
Dövlət Xidməti qismində Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə
tutulur.[4]
3. Şəhər rayonu inzibati ərazi vahidi
hüdudlarında olan ərazi vahidlərinə və sahə
inzibati ərazi dairələrinə münasibətdə
“Ərazi quruluşu və inzibati ərazi bölgüsü
haqqında” Azərbaycan Respublikası Qanununun 7.4.1-ci, 7.5.1-ci,
7.5.4-cü, 8.4.1-ci, 9.6.1-ci, 10.3.1-ci, 10.3.3-cü, 11-1.3.1-ci və
11-1.4.1-ci maddələrində nəzərdə tutulmuş qərarlar
və sənədlər müvafiq şəhər rayonu icra
hakimiyyəti orqanının rəyi nəzərə
alınmaqla qəbul və tərtib edilir.[5]
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı şəhəri, 21 oktyabr 2000-ci il
¹ 406
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 oktyabr, ¹ 10.- S.4274;4275.