"Qiymətli kağızlar
bazarında investorların hüquqlarının müdafiəsi
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
"Qiymətli kağızlar bazarında
investorların hüquqlarının müdafiəsi
haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiq
olunmasını təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının
"Qiymətli kağızlar bazarında investorların
hüquqlarının müdafiəsi haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması
barədə təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra
hakimiyyəti orqanlarının normativ-hüquqi
aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
öz səlahiyyətləri
daxilində "Qiymətli kağızlar bazarında
investorların hüquqlarının müdafiəsi
haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli
gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
"Qiymətli kağızlar bazarında
investorların hüquqlarının müdafiəsi
haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü,
5.1-ci, 5.1.3-cü, 5.1.4-cü, 5.1.5-ci, 5.2-ci, 5.3-cü, 6.1-ci,
6.2-ci, 6.3-cü, 6.4-cü, 7.1-ci, 7.2-ci, 8.1-ci, 8.2-ci, 8.3-cü,
9.2-ci, 11.2.4-cü, 11.2.5-ci, 11.3-cü və 11.4-cü maddələrdə
nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikası Prezidentinin yanında Qiymətli Kağızlar
üzrə Dövlət Komitəsi həyata keçirir. [2]
3. Azərbaycan Respublikası Prezidentinin yanında Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsinə
tapşırılsın ki, bir ay müddətində "Qiymətli
kağızlar bazarında investorların
hüquqlarının müdafiəsi haqqında" Azərbaycan
Respublikası Qanunundan irəli gələn məsələləri
həll etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin.
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əlİyev
Bakı şəhəri, 21 oktyabr 2000-ci il
¹ 407
Azərbaycan Respublikasının Qanunvericilik toplusu $g
2000.- 31 oktyabr, ¹ 10.- S.4275;4276.