Azərbaycan Respublikasında normativ hüquqi aktların və normativ aktların dövlət uçotu və qeydiyyatı qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə[1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

 

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 51.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasında normativ hüquqi aktların və normativ aktların dövlət uçotu və qeydiyyatı qaydası haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində özünün və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin.

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikası Prezidentinin

2000-ci il 21 oktyabr tarixli, 410 nömrəli Fərmanı ilə

təsdİq edİlmİşdİr

 

Azərbaycan Respublikasında normativ hüquqi aktların və normativ aktların dövlət uçotu və qeydiyyatı qaydası haqqında Əsasnamə

 

I. Ümumİ müddəalar

1.1. Azərbaycan Respublikasında normativ hüquqi aktların və normativ aktların dövlət uçotu və qeydiyyatı qaydası “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 51.2-ci bəndinə əsasən hazırlanmışdır və bu Əsasnamə ilə tənzimlənir.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının bütün normativ hüquqi aktları dövlət uçotuna alınmaq üçün, Azərbaycan Respublikası nazirliklərinin, komitələrinin, digər mərkəzi icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikası Prezidentinin nəzdində (yanında) yaradılan orqanlar istisna olmaqla) normativ hüquqi aktları, yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin, Milli Televiziya və Radio Şurasının normativ aktları isə həmçinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. [3]

Naxçıvan Muxtar Respublikasının normativ hüquqi aktlarının, normativ aktlarının dövlət qeydiyyatı və dövlət uçotu Naxçıvan Muxtar Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. [4]

1.2. Normativ hüquqi aktların və normativ aktların dövlət uçotu onların bu məqsədlə nəzərdə tutulmuş xüsusi kitablara təsnifat üzrə daxil edilməsidir.

1.3. Normativ hüquqi aktların və normativ aktların dövlət qeydiyyatı normativ hüquqi aktların və normativ aktların şəhadətnamə verilməklə dövlət reyestrinə daxil edilməsidir.

II. Normatİv hüquqİ aktların və normatİv aktların dövlət uçotu

2.1. Normativ hüquqi aktların və normativ aktların dövlət uçotu kitabı nömrələnir, qaytanlanır və Ədliyyə Nazirliyinin gerbli möhürü ilə təsdiq edilir.

2.2. Normativ hüquqi aktların və normativ aktların dövlət uçotu kitabı bu iş üçün məsul olan əməkdaş tərəfindən aparılır və saxlanılır.

2.3. Normativ hüquqi aktların və normativ aktların dövlət uçotu aşağıdakı qaydada aparılır:

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, Azərbaycan Respublikasının Milli Məclisindən, Azərbaycan Respublikasının Nazirlər Kabinetindən, Azərbaycan Respublikası Prezidentinin nəzdində (yanında) yaradılan orqanlardan, Azərbaycan Respublikasının nazirliklərindən, komitələrindən, digər mərkəzi icra hakimiyyəti orqanlarından daxil olan normativ hüquqi aktlar, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasından, yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarından, Azərbaycan Respublikasının Mərkəzi Bankından, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətindən, Milli Televiziya və Radio Şurasından, Məhkəmə- Hüquq Şurasından daxil olan normativ aktlar, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-6, 8-ci bəndləri və lV hissəsi əsasında qəbul edilmiş qərarlarıvə Məhkəmə-Hüquq Şurasının qərarları təsnifata görə qruplaşdırılaraq, sıra nömrəsi verilməklə kitaba daxil edilir; [5]

dövlət uçotuna alınmış normativ hüquqi aktlar və normativ aktlar qanunvericilik sahələrinin ümumhüquqi təsnifatına uyğun olaraq kompüterin yaddaşına yığılır;

yuxarıda sadalanan normativ hüquqi aktlar və normativ aktlar tarixləri və nömrələrinin sırası ilə tikilir və bu məqsədlə ayrılmış xüsusi yerdə istifadə üçün saxlanılır.

dövlət sirri və xidməti sirr daşıyan normativ hüquqi aktlar xüsusi bölmədə saxlanılır. [6]

III. Normatİv hüquqİ aktların və normatİv aktların dövlət qeydİyyatı

3.1. Normativ hüquqi aktların və normativ aktlar Ədliyyə Nazirliyi tərəfindən aşağıdakı qaydada dövlət qeydiyyatına alınır:

dövlət qeydiyyatına alınmaq üçün Azərbaycan Respublikasının nazirliklərindən, dövlət komitələrindən, digər mərkəzi icra hakimiyyəti orqanlarından (Azərbaycan Respublikası Prezidentinin nəzdində (yanında) yaradılan orqanlar istisna olunmaqla) daxil olan normativ hüquqi aktlar Azərbaycan Respublikasının Mərkəzi Bankından, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətindən, Milli Televiziya və Radio Şurasından, yerli icra hakimiyyəti orqanları və yerli özünüidarə orqanlarından daxil olan normativ aktlar 3 nüsxədən ibarət olmaqla həmin aktların təsdiq olunması barədə sənədlə (əmr, kollegiya qərarı və s.) birlikdə təqdim edilir;

daxil olmuş normativ hüquqi aktın (normativ aktın) dövlət qeydiyyatına alınmasının mümkünlüyü barədə rəy tərtib olunur;

yuxarı orta hissəsində dövlət gerbi əks olunmuş şəhadətnamə (formaları əlavə olunur), tikilmiş və səhifələr nömrələnmiş normativ hüquqi akt (normativ akt) dövlət qeydiyyatına alınmaq barədə ədliyyə naziri və ya onun müavini tərəfindən imzalanır və Ədliyyə Nazirliyinin gerbli möhürü ilə təsdiq edilir;[7]

imzalanmış və möhürlə təsdiq edilmiş şəhadətnamə və normativ hüquqi akt (normativ akt) dövlət qeydiyyat nömrәsi verilməklə dövlət reyestrinə daxil edilir;

normativ hüquqi aktların (normativ aktların) dövlət qeydiyyatı onların dövlət uçotu da daxil olmaqla 10 gün müddətində həyata keçirilir. [8]

3.2.Aşağıdakı hallarda normativ hüquqi aktların və normativ aktların dövlət qeydiyyatına alınmasından imtina edilir:

3.2.1. normativ hüquqi akt (normativ akt) Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına zidd olduqda;

3.2.2. normativ hüquqi akt (normativ akt) Azərbaycan Respublikasının icrası təmin edilən müvafiq normativ hüquqi aktının tələblərinə uyğun olmadıqda;

3.2.3. normativ hüquqi akt (normativ akt) qanunvericiliyin texniki tələblərinə cavab vermədikdə;

3.2.4. normativ hüquqi akt (normativ akt) təsdiq edildikdən sonra 15 gün müddətində daxil olmadıqda;

3.2.5. normativ hüquqi akt (normativ akt) bu Əsasnamənin 3.1-ci bəndinin ikinci abzasının tələbləri pozulmaqla təqdim edildikdə.

Yuxarıda sadalanan hallardan başqa digər səbəblərə görə normativ hüquqi aktların (normativ aktların) dövlət qeydiyyatına alınmasından imtinaya yol verilmir.

Normativ hüquqi aktların (normativ aktların) dövlət qeydiyyatına alınmasına imtinadan yuxarı orqana və ya məhkəməyə şikayət verilə bilər.

IV . Normatİv hüquqİ aktlara və normatİv aktlara əlavə və dəyİşİklİklərİn dövlət uçotu. Normatİv hüquqİ aktların və normatİv aktların dövlət qeydİyyatının ləğvİ

4.1. Dövlət uçotuna və dövlət qeydiyyatına alınmış normativ hüquqi aktlara (normativ aktlara) əlavə və dəyişikliklər edilməsi barədə normativ hüquqi aktın (normativ aktın) uçotu və qeydiyyatı bu Əsasnamənin 2-ci və 3-cü bölmələri ilə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir. Normativ hüquqi aktda (normativ aktda), normativ hüquqi aktın (normativ aktın) dövlət qeydiyyatına alınması ilə əlaqədar verilmiş şəhadətnamədə və Dövlət reyestrində müvafiq qeydlər aparılır.

Şəhadətnaməyə edilmiş qeydlər Ədliyyə Nazirliyinin gerbli möhürü ilə təsdiq edilir.

4.2. Normativ hüquqi aktın (normativ aktın) ləğv olunması barədə daxil olunmuş normativ hüquqi akt (normativ akt) Ədliyyə Nazirliyi tərəfindən sərəncamla rəsmiləşdirildikdən sonra normativ hüquqi aktların (normativ aktların) dövlət qeydiyyatına alınması ilə əlaqədar verilmiş şəhadətnamədə müvafiq qeydlər aparılır və Dövlət reyestrindən çıxarılır.

4.3. Dövlət qeydiyyatına alınmış normativ hüquqi aktın (normativ aktın) ləğv edilməsi barədə Ədliyyə Nazirliyinin sərəncamı “Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bülleteni”ndə dərc olunur.

 

Əlavə 1

 

[9]NORMATİV HÜQUQİ AKTIN DÖVLƏT QEYDİYYATI HAQQINDA

ŞƏHADƏTNAMƏ ¹

“________”________________20____il

 

_________________________________________________________________________________

(dövlət orqanının adı)

 

__________________________________________________________________________________

(ünvan)

 

__________________________________________________________________________________

__________________________________________________________________________________

(normativ hüquqi aktın adı)

 

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

(nömrəsi, təsdiq edildiyi yer)

 

__________________________________________________________________________________

(kim tərəfindən dövlət qeydiyyatına alınıb)

“___________” __________________20________il

__________________________________________________________________________________

(dövlət qeydiyyatına alanın ünvanı)

 

 

 

M.Y.       Vəzifəli şəxsin imzası ________________________________

 

 

 

 

Əlavə 2

 

[10]NORMATİV AKTIN DÖVLƏT QEYDİYYATI HAQQINDA

ŞƏHADƏTNAMƏ ¹

“________”________________20____il

 

___________________________________________________________________________________

(dövlət orqanının adı)

 

___________________________________________________________________________________

(ünvan)

 

___________________________________________________________________________________

___________________________________________________________________________________

(normativ aktın adı)

 

___________________________________________________________________________________

___________________________________________________________________________________

___________________________________________________________________________________

(nömrəsi, təsdiq edildiyi yer)

 

___________________________________________________________________________________

(kim tərəfindən dövlət qeydiyyatına alınıb)

“___________” __________________20________il

 

dövlət qeydiyyatına alanın ünvanı)

 

 

 

M.Y.                      Vəzifəli şəxsin imzası ________________________________

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1.       24 avqust 2002-ci il tarixli 758 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 8, maddə 478)

2.       25 iyul 2006-cı il tarixli 429 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 7, maddə 593)

3.       17 avqust  2006-cı il tarixli 452 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 8, maddə 677)

4.       12 dekabr  2006-cı il tarixli 487 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1034)

5.       10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, ¹ 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 2, maddə 80)

6.       13 avqust 2010-cu il tarixli 320 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 avqust 2010-cu il, ¹ 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 8, maddə 725)

7.       1 iyul 2011-ci il tarixli 463 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 3 iyul 2011-ci il, ¹ 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 07, maddə 626)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 1 iyul 2011-ci il tarixli 463 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 3 iyul 2011-ci il, ¹ 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 07, maddə 626) ilə “Azərbaycan Respublikasında normativ hüquqi aktların və normativ aktların dövlət uçotu və qeydiyyatı qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 410 nömrəli Fərmanı ləğv edilmişdir.

[2] 10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, ¹ 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 2, maddə 80) ilə "Azərbaycan Respublikasında normativ hüquqi aktların və normativ aktların dövlət uçotu və qeydiyyatı qaydası haqqında Əsasnamə"nin 1.1-ci bəndinin ikinci abzasında, 2.3-cü bəndinin ikinci abzasında və 3.1-ci bəndinin ikinci abzasında ismin müvafiq hallarında "Milli Bank" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə, 2.3-cü bəndinin ikinci abzasında "İcra Aparatından" sözləri "Administrasiyasından" sözləri əvəz edilmişdir.

[3] 13 avqust 2010-cu il tarixli 320 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 avqust 2010-cu il, ¹ 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 8, maddə 725) ilə Azərbaycan Respublikasında normativ hüquqi aktların və normativ aktların dövlət uçotu və qeydiyyatı qaydası haqqında Əsasnamə”nin .1-ci bəndin ikinci abzasında “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən” sözləri çıxarılmışdır və “Mərkəzi Bankının,” sözlərindən sonra “Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin,” sözləri əlavə edilmişdir.

[4] 24 avqust 2002-ci il tarixli 758 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 8, maddə 478) ilə "Azərbaycan Respublikasında normativ hüquqi aktların və normativ aktların dövlət uçotu və qeydiyyatı qaydası haqqında Əsasnamə"nin 1.1-ci bəndinə üçüncü abzas əlavə edilmişdir.

17 avqust  2006-cı il tarixli 452 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 8, maddə 677) ilə 1.1-ci bəndin ikinci abzasında “Azərbaycan Respublikası Milli Bankının” sözlərindən sonra “, Milli Televiziya və Radio Şurasının” sözləri əlavə edilmişdir.

[5] 13 avqust 2010-cu il tarixli 320 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 avqust 2010-cu il, ¹ 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 8, maddə 725) ilə Azərbaycan Respublikasında normativ hüquqi aktların və normativ aktların dövlət uçotu və qeydiyyatı qaydası haqqında Əsasnamə”nin 2.3cü bəndin ikinci abzasında və 3.1-ci bəndin ikinci abzasında “Mərkəzi Bankından,” sözlərindən sonra “Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətindən,” sözləri əlavə edilmişdir.

[6] 25 iyul 2006-cı il tarixli 429 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 7, maddə 593) ilə “Azərbaycan Respublikasında normativ hüquqi aktların və normativ aktların dövlət uçotu və qeydiyyatı qaydası haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 10, maddə 725; 2002-ci il, ¹ 8, maddə 478) 2.3-cü bəndinin ikinci abzasında “IV hissəsi əsasında qəbul edilmiş qərarları” sözlərindən sonra “və Məhkəmə-Hüquq Şurasının qərarları” sözləri əlavə edilmişdir.

17 avqust  2006-cı il tarixli 452 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 8, maddə 677) ilə 2.3-cü bəndin ikinci abzasında “Azərbaycan Respublikasının Milli Bankından” sözlərindən sonra “, Milli Televiziya və Radio Şurasından, Məhkəmə- Hüquq Şurasından” sözləri əlavə edilmişdir.

[7] 12 dekabr  2006-cı il tarixli 487 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1034) ilə “Azərbaycan Respublikasında normativ hüquqi aktların və normativ aktların dövlət uçotu və qeydiyyatı qaydası haqqında Əsasnamə”nin 3.1-ci bəndin dördüncü abzasında “(o olmadıqda nazirin müavini)” sözləri “və ya onun müavini” sözləri ilə əvəz edilmişdir.

[8] 17 avqust  2006-cı il tarixli 452 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 8, maddə 677) ilə 3.1-ci bəndin ikinci abzasında “Azərbaycan Respublikasının Milli Bankından” sözlərindən sonra “, Milli Televiziya və Radio Şurasından” sözləri əlavə edilmişdir.

[9] 12 dekabr  2006-cı il tarixli 487 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1034) ilə Normativ hüquqi aktın dövlət qeydiyyatı haqqında şəhadətnamə (Əlavə 1) formalarında “Nazir” sözü “Vəzifəli şəxsin imzası” sözləri ilə əvəz edilmişdir və “(imza)” sözü çıxarılmışdır.

[10]  12 dekabr  2006-cı il tarixli 487 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1034) ilə Normativ hüquqi aktın dövlət qeydiyyatı haqqında şəhadətnamə (Əlavə 2) formalarında “Nazir” sözü “Vəzifəli şəxsin imzası” sözləri ilə əvəz edilmişdir və “(imza)” sözü çıxarılmışdır.

 

 

Azərbaycan Respublikasının Prezidenti

 

Heydər Əlİyev

 

 

Bakı şəhəri, 21 oktyabr 2000-ci il

 

¹ 410

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 oktyabr, ¹ 10.- S.4278-4282.