Aylıq əmək haqqının
minimum məbləğinin artırılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
Azərbaycan Respublikasında aztəminatlı əhalinin
sosial müdafiəsini gücləndirmək məqsədi ilə
qərara alıram:
1. Aylıq əmək haqqının minimum məbləği
2001-ci il yanvar ayının 1-dən 5 dəfə
artırılaraq 27500 manat məbləğində müəyyən
edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın:
iki ay müddətində Azərbaycan
Respublikasının qüvvədə olan normativ hüquqi
aktlarının bu Fərmana uyğunlaşdırılması
barədə təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
bu Fərmandan irəli gələn digər məsələləri
həll etsin.
3. “Azərbaycan Respublikasında əhalinin sosial
müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 1995-ci il 6 fevral tarixli, 275 nömrəli
Fərmanı qüvvədən düşmüş hesab
edilsin.
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əlİyev
Bakı şəhəri, 28 oktyabr 2000-ci il
№ 412
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 oktyabr, № 10.- S.4283.