Sosial pensiyaçılara dövlət yardımının artırılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

 

Sosial pensiyaçıların maddi vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə qərara alıram:

1. 2000-ci il noyabr ayının 1-dən sosial pensiyaçılara dövlət büdcəsinin vəsaiti hesabına hər ay 10 min manat məbləğində əlavə müavinət verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

 

Bakı şəhəri, 13 oktyabr 2000-ci il

 

№ 542

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-2000.- 31 oktyabr, № 10.- S.4289.