Məcburi köçkünlərə
yemək xərci üçün verilən aylıq müavinətin
artırılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
Məcburi köçkünlərin sosial müdafiəsini
gücləndirmək məqsədi ilə qərara alıram:
1. Məcburi köçkünlərə yemək xərci
üçün verilən aylıq müavinət 2000-ci ilin
noyabr ayının 1-dən ayda 25000 manat məbləğində
müəyyən edilsin.
2. "Məcburi köçkünlərin sosial
müdafiəsinin gücləndirilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 6 dekabr tarixli, 279 nömrəli
Sərəncamı qüvvədən düşmüş
hesab edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu Sərəncamdan irəli gələn məsələləri
həll edilsin.
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əlİyev
Bakı şəhəri, 13 oktyabr 2000-ci il
№ 543
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-2000.-
31 oktyabr, № 10.- S.4289.