"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsi arasında xarici ticarətin gömrük statistikası sahəsində metodologiya və informasiya üzrə qarşılıqlı fəaliyyət haqqında Protokol"u imzalamaq səlahiyyətinin verilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

 

1. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsi arasında xarici ticarətin gömrük statistikası sahəsində metodologiya və informasiya üzrə qarşılıqlı fəaliyyət haqqında Protokol"u Azərbaycan Respublikası tərəfindən imzalamaq səlahiyyəti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Fəttah oğlu Heydərova verilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Protokolu Azərbaycan Respublikası tərəfindən imzalamaq səlahiyyətinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Fəttah oğlu Heydərova verilməsi barədə Özbəkistan Respublikasının Hökumətinə müvafiq bildiriş göndərsin.

 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

 

Bakı şəhəri, 21 oktyabr 2000-ci il

 

 

   № 548

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 oktyabr, № 10.- S.4292.