"Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi ilə Özbəkistan
Respublikası Dövlət Gömrük Komitəsi arasında
gömrük sənədlərinin və gömrük təminatlarının
qarşılıqlı tanınması haqqında
Saziş"i imzalamaq səlahiyyətinin verilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
1. Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi ilə Özbəkistan Respublikası
Dövlət Gömrük Komitəsi arasında gömrük
sənədlərinin və gömrük təminatlarının
qarşılıqlı tanınması haqqında
Saziş"i Azərbaycan Respublikası tərəfindən
imzalamaq səlahiyyəti Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin sədri Kəmaləddin Fəttah
oğlu Heydərova verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın
1-ci bəndində göstərilən Sazişi Azərbaycan
Respublikası tərəfindən imzalamaq səlahiyyətinin
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
sədri Kəmaləddin Fəttah oğlu Heydərova verilməsi
barədə Özbəkistan Respublikasının Hökumətinə
müvafiq bildiriş göndərsin.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı şəhəri, 21 oktyabr 2000-ci il
№ 550
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 oktyabr, № 10.- S.4293.