"Azərbaycan
Respublikasında yerli özünüidarəetmə üzrə
Əlaqələndirmə Şuraları haqqında"
Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
"Azərbaycan Respublikasında yerli
özünüidarəetmə üzrə Əlaqələndirmə
Şuraları haqqında" Əsasnamənin təsdiq edilməsi
barədə Azərbaycan Respublikası Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiq
olunmasını təmin etmək məqsədi ilə qərara
alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının
"Azərbaycan Respublikasında yerli özünüidarəetmə
üzrə Əlaqələndirmə Şuraları
haqqında" Əsasnamənin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması haqqında təkliflərini
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra
hakimiyyəti orqanlarının normativ-hüquqi
aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
öz səlahiyyətləri daxilində "Azərbaycan
Respublikasında yerli özünüidarəetmə üzrə
Əlaqələndirmə Şuraları haqqında"
Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan
Respublikasının Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əlİyev
Bakı şəhəri, 21 oktyabr 2000-ci il
¹ 555
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 oktyabr, ¹ 10.- S.4304.