2000-ci il yanvarın 24-25-də Moskva
şəhərində Müstəqil Dövlətlər
Birliyinin Dövlət Başçıları
Şurasının, Hökumət Başçıları
Şurasının və Xarici İşlər Nazirləri
Şurasının iclaslarında imzalanmış sənədlər
barəsində
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
1. 2000-ci il yanvarın 25-də Moskva şəhərində
Müstəqil Dövlətlər Birliyinin Dövlət
Başçıları Şurasının iclasında Azərbaycan
Respublikası tərəfindən imzalanmış
aşağıdakı sənədlər təsdiq edilsin:
1) 2000-2003-cü il dövrü üçün cinayətkarlıqla
mübarizənin birgə tədbirlərinin Dövlətlərarası
Proqramı haqqında Qərar;
2) Müstəqil Dövlətlər Birliyinin
iştirakçısı olan dövlətlərin Müdafiə
Nazirləri Şurası haqqında Əsasnaməyə dəyişikliklər
və əlavələr edilməsi barədə Protokol və
ona dair Azərbaycan Respublikasının xüsusi rəyi;
3) Müstəqil Dövlətlər Birliyinin
iştirakçısı olan dövlətlərin
başçılarının 1941-1945-ci illərin
Böyük Vətən müharibəsində Qələbənin
55-ci ildönümü ilə əlaqədar Birliyin
iştirakçısı olan dövlətlərin
xalqlarına və dünya ictimaiyyətinə müraciət
haqqında Qərar və ona dair Azərbaycan
Respublikasının xüsusi rəyi;
4) Müstəqil Dövlətlər Birliyinin
İcraiyyə Komitəsi haqqında Əsasnamə barədə
Qərar və ona dair Azərbaycan Respublikasının
xüsusi rəyi;
5) Müstəqil Dövlətlər Birliyinin Dövlət
Başçıları Şurasında sədrlik haqqında
Qərar;
6) Müstəqil Dövlətlər Birliyinin Dövlət
Başçıları Şurasının, Hökumət
Başçıları Şurasının, Xarici İşlər
Nazirləri Şurasının, İqtisadi Şurasının
iclaslarının keçirilməsi üçün xərclər
smetası haqqında Qərar.
2. 2000-ci il yanvarın 25-də Moskva şəhərində
Müstəqil Dövlətlər Birliyinin Hökumət
Başçıları Şurasının iclasında
imzalanmış aşağıdakı sənədlər təsdiq
edilsin:
1) “Mir” Dövlətlərarası teleradiokompaniyası
əməkdaşlarının əməyinin ödənilməsi
şərtləri haqqında Qərar və ona Azərbaycan
Respublikasının xüsusi rəyi;
2) Razılaşdırılmış antiinhisar siyasətinin
keçirilməsi haqqında Müqavilə;
3) Müstəqil Dövlətlər Birliyinin Hökumət
Başçıları Şurasında sədrlik haqqında
Qərar.
3. 2000-ci il yanvarın 24-də Moskva şəhərində
Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər
Nazirləri Şurasının iclasında imzalanmış
aşağıdakı sənədləri Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən
nəzərə alınsın:
1) Müstəqil Dövlətlər Birliyinin Dövlət
Başçıları Şurası iclasının gündəliyinin
layihəsindəki “Abxaziyada (Gürcüstan) münaqişənin
tənzimlənməsi barədə” bəndlə əlaqədar
Gürcüstanın təkliflərinə baxılması
haqqında Qərar;
2) Abxaziyada (Gürcüstan) münaqişənin tənzimlənməsi
üzrə Müstəqil Dövlətlər Birliyinin Müvəqqəti
Operativ İşçi Qrupunun rəhbəri haqqında Qərar;
3) Dnestryanı münaqişənin tənzimlənməsinin
vəziyyəti barədə MDB İcra Komitəsinin məlumatı
haqqında Qərar;
4) 1999-cu il üçün Müstəqil Dövlətlər
Birliyi çərçivəsində xarici işlər
nazirlikləri arasında çoxsəviyyəli məsləhətləşmələr
Planının yerinə yetirilməsi və 2000-ci il
üçün Plan haqqında Qərar (Azərbaycan
Respublikasının xüsusi rəyi ilə birlikdə);
5) 2005-ci ilədək dövr üçün Müstəqil
Dövlətlər Birliyinin inkişafı üzrə hərəkətlər
Proqramı layihəsinin hazırlanmasının
gedişatı haqqında Qərar;
6) Müstəqil Dövlətlər Birliyinin Xarici
İşlər Nazirləri Şurasında sədrlik
haqqında Qərar;
7) 2000-2002-ci illərdə MDB Dövlət
Başçıları Şurası, Hökumət
Başçıları Şurası, Xarici İşlər
Nazirləri Şurası və İqtisad Şurası
iclaslarının keçirilməsinin ehtimal olunan müddətləri
və yeri, Birlik orqanlarında sədrliyin növbəsi və
2000-ci ildə MDB orqanları iclaslarında baxılmaq
üçün təklif edilən əsas məsələlərin
Siyahısı haqqında Qərar;
8) Müstəqil Dövlətlər Birliyinin Dövlət
Başçıları Şurası və Hökumət
Başçıları Şurası iclaslarının
gündəliklərinin layihələri haqqında Qərar;
9) Müstəqil Dövlətlər Birliyinin
iştirakçısı olan dövlətlərin hərbi-texniki
əməkdaşlığının dövlətlərarası
proqramlarının işlənib hazırlanması və həyata
keçirilməsi haqqında Müqavilənin və Müstəqil
Dövlətlər Birliyinin iştirakçısı olan
dövlətlərin iqtisadiyyatının, hərbi və
humanitar daşımaların ehtiyacları üçün nəqliyyat
yolları şəbəkəsindən istifadə və onun
inkişafı haqqında Sazişin layihələri barədə
Qərar;
10) Protokol qərar (Birliyin iştirakçısı
olan dövlətlərin Müdafiə Nazirləri
Şurasının sənədlərinin layihələri
haqqında);
11) Müstəqil Dövlətlər Birliyinin
iştirakçısı olan dövlətlərin narkotik
vasitələr, psixotrop maddələr və prekursorların
qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlığı
haqqında Sazişin, MDB iştirakçısı olan
dövlətlərin təhsil sahəsində məlumatın
mübadiləsi haqqında Sazişin, radioekologiya, radiasiya təhlükəsizliyi,
radiobiologiya və qonşu elmlər üzrə mütəxəssislərin
hazırlanması sahəsində əməkdaşlıq
haqqında Sazişin layihələri haqqında Qərar;
12) Dövlətlərarası Aviasiya Komitəsi və
Müstəqil Dövlətlər Birliyinin
iştirakçısı olan dövlətlərin xarici siyasət
idarələrinin birgə işinin praktiki nəticələri
haqqında Qərar (Qərarın 2-ci bəndinin ikinci və
dördüncü abzaslarının istisna olunmaqla);
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bu Sərəncamın 1-ci və
2-ci bəndlərində göstərilən sənədlərin
həyata keçirilməsi ilə əlaqədar lazımi tədbirlər
görsün.
5. Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyi bu Sərəncamın 2-ci bəndinin 2-ci yarımbəndində
göstərilən Müqavilənin qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirilməsi haqqında Müstəqil
Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar
etsin.
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əlİyev
Bakı şəhəri, 21 oktyabr 2000-ci il
¹ 556
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 oktyabr, ¹ 10.- S.4304-4306.