Ənənəvi Beynəlxalq "Şərq-Qərb" Bakı kinofestivalının keçirilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

 

Azərbaycan Respublikasının xarici ölkələrlə mədəni əlaqələrinin genişləndirilməsi, milli kinematoqrafiyanın inkişaf etdirilməsi və onun beynəlxalq nüfuzunun artırılması, habelə Müstəqil Dövlətlər Birliyi kinematoqrafçılarının birgə tədbirlər planının yerinə yetirilməsi məqsədi ilə qərara alıram:

1. Ənənəvi Beynəlxalq "Şərq-Qərb" Bakı kinofestivalı 2000-ci ilin dekabr ayında Bakı şəhərində keçirilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

 

Bakı şəhəri, 23 oktyabr 2000-ci il

       

          ¹ 557

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 oktyabr, ¹ 10.- S.4362.