Azərbaycan
Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə
Respublikası Baş Qərargahı arasında maddi-texniki təchizatın
həyata keçirilməsi haqqında Protokolun təsdiq edilməsi
barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
1. 2000-ci il iyulun 1-də İzmir şəhərində
imzalanmış Azərbaycan Respublikası Müdafiə
Nazirliyi və Türkiyə Respublikası Baş Qərargahı
arasında maddi-texniki təchizatın həyata keçirilməsi
haqqında Protokol təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Müdafiə
Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın
1-ci bəndində göstərilən Protokolun həyata
keçirilməsi üçün lazımi tədbirlər
görsün.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və
Türkiyə Respublikası Baş Qərargahı arasında
maddi-texniki təchizatın həyata keçirilməsi
haqqında
Protokol
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və
Türkiyə Respublikası Silahlı Qüvvələrinin
Baş Qərargahı (bundan sonra «Tərəflər»
adlandırılacaq),
16 may 2000-ci il tarixində Bakı şəhərində
imzalanmış «Azərbaycan Respublikası Hökuməti ilə
Türkiyə Respublikası Hökuməti arasında təmənnasız
hərbi yardım haqqında Müqavilə»yə əsaslanaraq,
aralarında uzun müddət davam edən dostluq əlaqələrini
gücləndirmək məqsədi ilə Müqaviləyə
uyğun 2000-ci ildən etibarən Azərbaycan Respublikasına
mal və xidmət şəklində veriləcək 2.860.000
ABŞ dollarına qədər təmənnasız
yardımdan istifadə edilməsində
aşağıdakı
xüsuslarda razılığa gəldilər:
Maddə I
Məqsəd
Bu Protokolun məqsədi
16 may 2000-ci il tarixində Bakı şəhərində
imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə
Türkiyə Respublikası Hökuməti arasında təmənnasız
hərbi yardım haqqında Müqaviləyə əsasən
2000-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi
üçün həyata keçiriləcək maddi-texniki təchizat
sahəsində yardım layihələrini müəyyən
etməkdir.
Maddə II
Əhatə
Bu Protokol Azərbaycan
Respublikası Müdafiə Nazirliyini və Türkiyə
Respublikası Baş Qərargahını əhatə edir.
Maddə III
2000-ci il maddi-texniki təchizat layihələri
16 may 2000-ci il tarixində
Bakı şəhərində imzalanmış Azərbaycan
Respublikası Hökuməti ilə Türkiyə
Respublikası Hökuməti arasında təmənnasız hərbi
yardım haqqında Müqaviləyə əsasən
Türkiyə Respublikası tərəfindən Azərbaycan
Respublikasına 2.860.000 ABŞ dollarına qədər hərbi
mal yardımı göstərilməsi
planlaşdırılmışdır.
Təxsis edilən bu pul
mənbəyi ilə aşağıda göstərilən
malların tədarük edilə biləcək miqdarı həyata
keçiriləcəkdir.
S¹
Malın adı
Miqdarı
1.
Markoni HF/SSB 20 W. Beldə daşınan rabitə qurğusu
45 ədəd
2.
Markoni HF/SSB 100 W. Maşın üçün rabitə
qurğusu
5 ədəd
3.
Aselsan SK, F/A VHF/FM 50 W. Maşın üçün
rabitə
qurğusu
15 ədəd
4.
Rabitə materiallarının ehtiyat hissələri
388.030 ABŞ dol. məbləğində
5.
Səhra mətbəxi (Mobil)
10 ədəd
6.
Səhra çörəkbişirmə sobası
(Mobil)
10 ədəd
7.
Səhra hamamı (Mobil)
20 ədəd
8.
Səhra camaşirxanası (Mobil)
4 ədəd
9.
Xüsusi geyim və dağ şəraiti
üçün materiallar
500.000 ABŞ dol. məbləğində
10.
Topoqrafiya ehtiyacları
60.000 ABŞ dol. məbləğində
Maddə IV
Ümumi müddəalar
Bu layihələrin həyata
keçirilməsi üçün lazım olan mal Türkiyə
Respublikası tərəfindən tədarük ediləcək
və Azərbaycan Respublikasına göndəriləcəkdir.
III maddədə göstərilən 9-cu sıra nömrəli
malların tədarük edilməsində Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin səlahiyyətli
nümayəndəsi iştirak edəcəkdir.
Azərbaycan tərəfi
göndərilən mallarla əlaqədar olaraq, Türkiyə
tərəfini hər cür vergidən azad edəcək,
mövzu əhatəsində olan işlərə əhəmiyyət
verəcək və lazım olan müxtəlif sahələşdirmələri
həyata keçirəcəkdir.
Maddə V
Mətn və imza
Bu Protokol ilə təmin
edilməsi mühüm bilinən malların növ və
miqdarlarında iki tərəfin qarşılıqlı
razılığı ilə dəyişiklik edilə bilər.
Bu Protokol
imzalandığı tarixdən etibarən qüvvəyə
minir. Bu Protokol hər biri eyni dərəcədə hüquqi
qüvvəyə malik olmaqla iki nüsxədə, Azərbaycan
və türk dillərində tərtib edilmişdir.
Azərbaycan
Respublikası
Türkiyə Respublikası
Müdafiə Nazirliyi tərəfindən
Baş Qərargahı tərəfindən
İsmi: QORXMAZ
QARAYEV,
İsmi: ÜNAL ÖNSİPANİOĞLU,
polkovnik
tümgeneral
Vəzifəsi: SQ-in MTT
Rəisi
Vəzifəsi: GNKUR. LOJ.D.BŞK.
Tarix: 01 iyul 2000-ci
il
Tarix:
01 iyul 2000-ci il
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əlİyev
Bakı şəhəri, 25 oktyabr 2000-ci il
¹ 558
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 oktyabr, ¹ 10.- S.4363-4364.