2000-ci il iyunun 20-də
Moskva şəhərində Müstəqil Dövlətlər
Birliyinin Hökumət Başçıları Şurasının
və Xarici İşlər Nazirləri Şurasının
iclaslarında Azərbaycan Respublikası tərəfindən
imzalanmış sənədlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
1. 2000-ci il iyunun 20-də Moskva şəhərində
Müstəqil Dövlətlər Birliyinin Hökumət
Başçıları Şurasının iclasında Azərbaycan
Respublikası tərəfindən imzalanmış
aşağıdakı sənədlər təsdiq edilsin:
1) "Müstəqil Dövlətlər Birliyinin
xarici iqtisadi fəaliyyətinin vahid Əmtəə nomenklaturu
haqqında 1995-ci il 3 noyabr tarixli Sazişə dair Protokol";
2) "Standartlaşdırma, metrologiya və
sertifikatlaşdırma sahəsində
razılaşdırılmış siyasət yeridilməsi
haqqında 1992-ci il 13 mart tarixli Sazişə əlavələr
və dəyişikliklər edilməsi barədə
Protokol" və ona dair Azərbaycan Respublikasının
xüsusi rəyi;
3) "2000-2005-ci illərdə
qarşılıqlı surətdə göndəriləcək
məhsullar üçün əməyin təhlükəsizliyi
və mühafizəsi sahəsində standartlar
hazırlanmasına dair Dövlətlərarası Proqram
haqqında Qərar" və ona dair Azərbaycan
Respublikasının xüsusi rəyi;
4) Xatirə Kitablarının, "Şöhrət
ordeninin hər üç dərəcəsini alanlar" məcmuəsinin
nəşrinin başa çatdırılmasına, müharibə
illərinin (1941-1945-ci illər) Sosialist Əməyi Qəhrəmanları
haqqında kitab nəşr edilməsinə dair Qərar.
2. 2000-ci il iyunun 20-də Moskva şəhərində
Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər
Nazirləri Şurasının iclasında Azərbaycan
Respublikası tərəfindən imzalanmış "Birliyin
nizamnamə və digər orqanlarında Birliyin
iştirakçısı olan dövlətlərin daimi səlahiyyətli
nümayəndələri Şurası haqqında Əsasnaməyə
dair Qərar" təsdiq edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində
göstərilən sənədlərin həyata keçirilməsini
təmin etmək üçün lazımi tədbirlər
görsün.
4. Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyi bu Sərəncamın 1-ci və 2-ci bəndlərində
göstərilən sənədlərin qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirilməsi barədə Müstəqil
Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar
etsin.
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əlİyev
Bakı şəhəri, 25 oktyabr 2000-ci il
¹ 559
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 oktyabr, ¹ 10.- S.4365.