Azərbaycan
Respublikası Hökuməti ilə İsveçrə Federal
Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq
haqqında Sazişin imzalanması səlahiyyətinin verilməsi
barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
1. Azərbaycan Respublikası Hökuməti ilə
İsveçrə Federal Şurası arasında ticarət və
iqtisadi əməkdaşlıq haqqında Sazişin Azərbaycan
Respublikası Hökuməti adından imzalanması səlahiyyəti
Azərbaycan Respublikasının ticarət naziri Hüseynqulu
Seyid oğlu Bağırova verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın
1-ci bəndində göstərilən Sazişin Azərbaycan
Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin
Azərbaycan Respublikasının ticarət naziri Hüseynqulu
Seyid oğlu Bağırova verilməsi barədə
İsveçrə Federal Şurasına tərəfinə
müvafiq bildiriş göndərsin.
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əlİyev
Bakı şəhəri, 28 oktyabr 2000-ci il
¹ 562
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 oktyabr, ¹ 10.- S.4404.