Azərbaycan Respublikasının 2001-ci il dövlət büdcəsinin layihəsi və ölkənin sosial-iqtisadi inkişaf konsepsiyası və əsas proqnoz göstəriciləri haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 

"Dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 22 iyul tarixli, 159 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əlaqədar nazirlik, komitə, idarə və təşkilatlarla birlikdə və müvafiq proqramlar əsasında hazırladığı "Azərbaycan Respublikasının 2001-ci il dövlət büdcəsinin layihəsi" və İqtisadiyyat Nazirliyinin təqdim etdiyi "2001-ci il üçün Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf konsepsiyası və əsas proqnoz göstəriciləri" bəyənilsin.

2. Bu sənədlər və "Dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində nəzərdə tutulan müvafiq materiallar Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin.

 

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADӘ

 

 

Bakı şəhəri, 28 sentyabr 2000-ci il

          

        ¹ 177

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 oktyabr, ¹ 10.- S.4405.