Azərbaycan
Respublikası vətəndaşlarının 2000-ci ilin oktyabr
ayında həqiqi hərbi xidmətə
çağırılmasının təmin edilməsi tədbirləri
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
"Azərbaycan Respublikası vətəndaşlarının
2000-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə
çağırılması və müddətli həqiqi hərbi
xidmət hərbi qulluqçularının 2000-ci ilin oktyabr
-noyabr aylarında ehtiyata buraxılması haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 20 sentyabr tarixli, 396 nömrəli
Fərmanının icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. 2000-ci il oktyabrın 1-dən 20-nə qədər həqiqi
hərbi xidmətə çağırış vaxtı
rayon (şəhər) çağırış
komissiyalarına rəhbərlik və onların fəaliyyətinə
nəzarət üzrə Respublika Çağırış
Komissiyasının tərkibi təsdiq edilsin (əlavə
olunur).
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabineti Naxçıvan Muxtar Respublikasının
çağırış komissiyasını, respublikanın
şəhər və rayonlarının icra hakimiyyəti
orqanları isə müvafiq şəhər və rayon
çağırış komissiyalarını yaratsınlar.
3. Azərbaycan Respublikası
Çağırış Komissiyasının sədri:
1982-ci ildə doğulmuş və
çağırış günü üçün 18
yaşı tamam olmuş, habelə 1973-1981-ci illərdə
doğulmuş, yaşı 27-dək olan, həqiqi hərbi
xidmətə çağırışdan möhlət
hüququ olmayan Azərbaycan Respublikası vətəndaşlarının
Respublikasının Silahlı Qüvvələrinə və
qanunvericilikdə nəzərdə tutulmuş digər
silahlı birləşmələrinə həqiqi hərbi
xidmətə çağırışını təşkil
etsin;
ilk növbədə həqiqi hərbi xidmətə
çağırışdan möhlət hüququnu itirəcək
yuxarı yaşlı
çağırışçıların, eləcə də
çağırışdan yayınanların hərbi xidmətə
çağırılması üçün müvafiq tədbirlər
görsün;
çağırışçıların hərbi
komissarlıqlardan yola salınmasını yerli icra hakimiyyəti
orqanlarını, Böyük Vətən müharibəsi
veteranlarını və Azərbaycan Respublikasının
müharibə veteranlarını cəlb etməklə, təntənəli
şəraitdə keçirilməsini təmin etsin;
vətəndaşların qəbulu, ərizə və
şikayətlərinə baxılmasına həssaslıqla
yanaşsın;
həqiqi hərbi xidmətə
çağırışdan yayınan
çağırışçıların
axtarılmasını və onların hərbi xidmətə
yola salınmasını yerli icra hakimiyyəti, hüquq
mühafizə orqanları ilə sıx əlaqədə
keçirsin.
4. Şəhər və rayon icra hakimiyyəti
orqanları vətəndaşların həqiqi hərbi xidmətə
çağırışının hazırlanması və
keçirilməsi işinin təşkili ilə bağlı
məsələlərdə hərbi komissarlıqlara hərtərəfli
köməklik göstərsinlər.
5. Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi respublikanın şəhər və rayon
çağırış komissiyalarına lazımi sayda
ixtisaslı həkim-mütəxəssislərin və orta tibb
işçilərinin ayrılmasını, onların
müvafiq tibbi texnika, alətlər və digər ləvazimatla
təchiz edilməsini və
çağırışçıların tibbi
yoxlanışının keyfiyyəti üzərində nəzarəti
təmin etsin.
6. Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyi:
vətəndaşların həqiqi hərbi xidmətə
çağırışını həyata keçirməkdə
hərbi komissarlıqlara hərtərəfli köməklik
göstərsin;
ümumi hərbi mükəlləfiyyətdən
yayınan şəxslərin axtarışının həyata
keçirilməsi üçün lazımi tədbirlər
görsün;
hərbi komissarlıqların toplanış və
çağırış məntəqələrində
ictimai asayişin qorunması üçün lazımi sayda
polis dəstələrinin, habelə respublika ərazisində
çağırışçıları daşıyan
avtomobil dəstələrinin müşayiəti
üçün Dövlət Yol Polisi tərəfindən
patrul maşınlarının ayrılmasını təmin
etsin.
7. Respublika Çağırış Komissiyası sədrinin
təqdimatına əsasən "Azərbaycan Hava
Yolları" Dövlət Konserni, Azərbaycan Dövlət
Dəmir Yolu, şəhər və rayon icra hakimiyyəti
orqanları respublika toplanış məntəqəsinin
işini təmin etmək üçün 2000-ci il
oktyabrın 1-dən 20-nə qədər respublika ərazisində
çağırışçıların
daşınmasını təşkil etsinlər.
8. Azərbaycan Respublikasının Rabitə Nazirliyi
respublika toplanış məntəqəsini, rayon və şəhər
hərbi komissarlıqlarının çağırış
məntəqələrini etibarlı və fasiləsiz telefon
rabitəsi ilə təmin etsin.
9. Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyi çağırış dövründə respublika
toplanış məntəqəsində, həmçinin rayon
və şəhər hərbi komissarlıqlarının
çağırış məntəqələrində mədəni
hamilik işinin aparılmasının təşkil etsin.
10. Qərarın icrasına nəzarət Azərbaycan
Respublikasının Nazirlər Kabineti İşlər İdarəsinin
hərbi və inzibati orqanlar şöbəsinə və
müvafiq şöbələrinə həvalə edilsin.
11. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 3 oktyabr tarixli, 178 nömrəli qərarı
ilə təsdİq edİlmİşdİr
2000-ci il oktyabrın 1-dən 20-nə qədər həqiqi
hərbi xidmətə çağırış vaxtı
rayon (şəhər) çağırış
komissiyalarına rəhbərlik və onların fəaliyyətinə
nəzarət üzrə Respublika Çağırış
Komissiyasının
Tərkİbİ
Ə. Hüseynov — Azərbaycan
Respublikasının hərbi komissarı—komissiyanın sədri
A. Rəfiyev
— ədliyyə nazirinin müavini
T. Səfərəliyev — Daxili İşlər
Nazirliyi İctimai Təhlükəsizlik İdarəsinin rəisi
müavini
A. Dadaşov
— AHİK sədrinin müavini
K. Xalıqov
— Azərbaycan Respublikası Xalq Təsərrüfatı
üçün Təxsislə İşçi Qüvvəsi
Saxlayan Respublika Komissiyasının məsul katibi
A. Sultanov — Səhiyyə Nazirliyinin
baş psixiatrı, professor
Y. Qurbanov
— Səhiyyə Nazirliyinin baş terapevti, professor
B. Ağayev
— Səhiyyə Nazirliyinin M. Topçubaşov adına
Elmi-Tədqiqat Eksperimental Cərrahiyyə İnstitutunun
direktoru, tibb elmləri doktoru, professor
M. Novruzov —
Səhiyyə Nazirliyinin baş ftiziatrı, tibb elmləri doktoru
K. Kərimov
— Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Oftalmologiya
İnstitutunun direktoru, tibb elmləri doktoru
Ə. Musayev
— Səhiyyə Nazirliyinin baş nevropatoloqu, tibb elmləri
doktoru
Ə. Fərzəliyev — Azərbaycan
Respublikası Hərbi Komissarlığının hərbi həkim
komissiyasının sədri
A. Quliyev
— Azərbaycan Respublikası Hərbi
Komissarlığının hərbi həkim komissiyası sədr
müavini
Y. Hüseynov
— Azərbaycan Respublikası Hərbi
Komissarlığının hərbi həkim
komissiyasının həkim-mütəxəssisi
A. Qasımov
— Azərbaycan Respublikası Hərbi
Komissarlığının hərbi həkim
komissiyasının həkim-mütəxəssisi
M. Cəbrayılov — Azərbaycan
Respublikası Hərbi Komissarlığının hərbi həkim
komissiyasının həkim-mütəxəssisi
S. Məhəliyev — Azərbaycan
Respublikası Hərbi Komissarlığının hərbi həkim
komissiyasının həkim-cərrahı
S. Sadıxova
— Azərbaycan Respublikası Hərbi
Komissarlığının hərbi həkim
komissiyasının həkim-terapevti
A. Mehdiyev —
M. Qədirli adına Mərkəzi Hövzə Xəstəxanasının
həkim-terapevti
A. Manafov
— Azərbaycan Respublikası Hərbi
Komissarlığının hərbi həkim
komissiyasının həkim-nevropatoloqu
F. Cəfərov — Azərbaycan
Respublikası Hərbi Komissarlığının hərbi həkim
komissiyasının həkim-psixiatrı
H. Quluzadə
— Azərbaycan Respublikası Hərbi
Komissarlığının hərbi həkim
komissiyasının həkim-oftalmoloqu, tibb elmləri namizədi
D. İbrahimov
— Elmi-Tədqiqat Pulmanologiya və Ftiziatriya İnstitutunun
həkim-ftiziatrı
Q. Məmmədov
— Azərbaycan Respublikası Hərbi
Komissarlığının hərbi həkim
komissiyasının həkim-otolarinqoloqu
S. Fərəcova — Azərbaycan
Respublikası Hərbi Komissarlığının hərbi həkim
komissiyasının həkim-dermatoveneroloqu
F. Hüseynov
— Azərbaycan Respublikası Hərbi
Komissarlığının hərbi həkim
komissiyasının həkim-stomatoloqu
E. Sabayeva — Azərbaycan
Respublikası Hərbi Komissarlığının hərbi həkim
komissiyasının həkim-rentgenoloqu
V. Mirqasımov
— Bakı şəhər 2 nömrəli Klinik
Psixonevroloji Dispanserin həkim-psixiatrı
E. Məmmədova
— Bakı şəhər 15 nömrəli Birləşmiş
Xəstəxanasının həkim-nevropatoloqu
S. Hüseynov
— Bakı şəhər 2 nömrəli Dəmir Yolu xəstəxanasının
həkim-cərrahı
S. Bağırova — Bakı şəhər
16 nömrəli poliklinikasının həkim-oftalmoloqu
Azərbaycan Respublikasının Baş naziri
A.Rasİzadə
Bakı şəhəri, 3 oktyabr 2000-ci il
¹ 178
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 oktyabr, ¹ 10.- S.4405-4409.