2000-2001-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar kompleks tədbirlər Proqramının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 

"Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 iyun tarixli 356 nömrəli Fərmanının 1-ci bəndinin 3-cü abzasının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin "Azərenerji" Səhmdar Cəmiyyəti ilə birlikdə hazırladığı "2000-2001ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar kompleks tədbirlər Proqramı" təsdiq edilsin (əlavə olunur).

2. "Azərenerji" Səhmdar Cəmiyyəti "2000-2001-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar kompleks tədbirlər Proqramı"nda nəzərdə tutulan zəruri təmir-bərpa və hazırlıq işlərinin yerinə yetirilməsini təmin etsin.

3. Bu qərarın icrasına nəzarət Azərbaycan Respublikası Baş nazirinin müavini Y. Eyyubova həvalə edilsin.

 

 

Azərbaycan Respublikasının Baş naziri A.Rasİzadə

 

 

Bakı şəhəri, 9 oktyabr 2000-ci il

             

   ¹ 180

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 oktyabr, ¹ 10.- S.4410.