Texniki təhlükəsizlik
ekspertizasının aparılmasına xüsusi razılıq
(lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
"Texniki təhlükəsizlik haqqında" Azərbaycan
Respublikası Qanununun icrasının təmin edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 iyun tarixli, 357
nömrəli Fərmanının icrası ilə əlaqədar
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. "Texniki təhlükəsizlik
ekspertizasının aparılmasına xüsusi razılıq
(lisenziya) verilməsi Qaydaları" təsdiq edilsin (əlavə
olunur).
2. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci
il 9 oktyabr tarixli, 181 nömrəli qərarı ilə təsdİq
edİlmİşdİr
Texniki təhlükəsizlik ekspertizasının
aparılmasına xüsusi razılıq (lisenziya) verilməsi
QAYDALARI
I. Ümumİ müddəalar
1.1. Bu Qaydalar "Sahibkarlıq fəaliyyəti
haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan
Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli, 543 nömrəli
Fərmanı ilə təsdiq edilmiş "Bəzi
sahibkarlıq fəaliyyəti növlərinə xüsusi
razılıq (lisenziya) verilməsi haqqında Əsasnamə"yə,
"Texniki təhlükəsizlik haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 2 fevral tarixli, 269 nömrəli
və "Texniki təhlükəsizlik haqqında" Azərbaycan
Respublikası Qanununun icrasının təmin edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 iyun tarixli, 357
nömrəli fərmanlarına əsasən
hazırlanmışdır və hüquqi şəxslər tərəfindən
texniki təhlükəsizlik ekspertizasının
aparılması üçün xüsusi razılıq
(lisenziya) verilməsi (bundan sonra "lisenziya")
qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalara əsasən Azərbaycan Respublikası
Dövlət Sənayedə İşlərin Təhlükəsiz
Görülməsinə Nəzarət və Dağ-Mədən
Nəzarəti Komitəsi (bundan sonra - Dövdağmədəntexnəzarət
Komitəsi) tərəfindən verilən lisenziya mülkiyyət
və təşkilati-hüquqi formasından asılı
olmayaraq hüquqi şəxslərə (bundan sonra - ərizəçilər)
texniki təhlükəsizlik ekspertizasının
aparılması fəaliyyət növünü həyata
keçirməyə icazə verən rəsmi sənəddir:
1.3. Ərizəçilər yalnız bu Qaydalara əsasən
lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən
fəaliyyət növü ilə müəyyən edilmiş
qaydada və müddətdə məşğul ola bilərlər.
1.4. Xarici hüquqi şəxslər, xarici hüquqi
şəxslərin filialları və nümayəndəlikləri
öz ölkələrində bu Qaydalarda göstərilən
fəaliyyət növü ilə məşğul olmaq
üçün aldıqları lisenziyaların Azərbaycan
Respublikasında tanınmasını müəyyən edən
dövlətlərarası saziş olmadığı halda,
onlar həmin fəaliyyət növü ilə məşğul
olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya
almalıdırlar.
1.5. Lisenziyanın sahibi verilən lisenziyadan
(lisenziyanın surətindən) yalnız özü istifadə
edə bilər, onu başqa şəxslərə verə bilməz
və bu lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi
olduğu hüquqi şəxslərə, lisenziyanın sahibi
ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq
barədə bağlanmış müqavilə əsasında
fəaliyyət göstərən başqa şəxslərə
şamil edilmir.
Fərdi əmək müqaviləsi (kontraktı) və
ya tapşırıq müqaviləsi əsasında lisenziya
sahibinin adından hərəkət edən şəxsə
müvəqqəti olaraq lisenziyanın verilməsi
lisenziyanın başqa şəxsə verilməsi
sayılmır.
II. Lİsenzİyanın verİlməsİ qaydası
2.1. Lisenziya almaq üçün ərizəçi
Dövdağmədəntexnəzarət Komitəsinə
aşağıdakıları təqdim etməlidir:
2.1.1. lisenziya almaq üçün ərizə.
Ərizədə aşağıdakılar öz əksini
tapmalıdır:
hüquqi şəxsin adı, təşkilati-hüquqi
forması, hüquqi ünvanı, hesablaşma hesabının
nömrəsi, bankın adı və fəaliyyət
növü;*
2.1.2. müəssisənin təsis sənədlərinin
surəti;
2.1.3. müəssisənin dövlət qeydiyyatı
haqqında şəhadətnaməsinin surəti;
2.1.4. lisenziya almaq üçün dövlət
rüsumunun ödənildiyini təsdiq edən sənəd;
2.1.5. ərizədə göstərilən obyektlərdən
hər biri üçün ərizəçinin istifadə
hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və
s. əsasları) təsdiq edən sənədin surəti;
2.1.6. lisenziya verilməsi üçün tələb
olunan zəruri şərait və şərtlərə cavab
verən aşağıdakı sənədlər** :
nəzərdə tutulan fəaliyyətin əsas
göstəricilərinin təsviri;
fəaliyyət növü ilə əlaqədar
işləri yerinə yetirəcək mütəxəssislərin
peşə ixtisasına və həmin sahələrdə 5
ildən az olmayan iş stajına malik olduqlarını təsdiq
edən sənədin surəti;
fəaliyyət növü ilə əlaqədar vacib
olan cihaz və alətlərin metroloji standartlara
uyğunluğunu və işə yararlığını təsdiq
edən sənəd;
fəaliyyət növü ilə əlaqədar
işlərin aparılması üçün ərizəçinin
və onun tərəfindən podrat işinə cəlb
edilmiş müəssisənin texniki və texnoloji
imkanları haqqında sənəd;
fəaliyyət növü ilə əlaqədar
işlərlə məşğul olan şəxslərin
sağlamlığının və təhlükəsizliyinin
təmin olunması qaydaları üzrə tələb olunan sənədlər.
2.2. Ərizəçidən bu Qaydalarda nəzərdə
tutulmayan sənədlərin tələb olunması qadağandır.
2.3. Lisenziya almaq üçün təqdim olunan ərizə
və bu Qaydalarda nəzərdə tutulan sənədlər
Dövdağmədəntexnəzarət Komitəsi tərəfindən
xüsusi kitabda qeydə alınmaqla qəbul edilir,
baxılır, çatışmazlıqlar aşkar edilməzsə
və ya imtina üçün əsas olmadıqda, qeydə alındığı
gündən başlayaraq, 15 gündən gec olmamaqla lisenziya
verilməsi haqqında qərar qəbul edilir.
Təqdim olunmuş sənədlərdə
çatışmazlıqlar aşkar edildikdə, bu barədə
ərizəçiyə yazılı məlumat verilir, onlar
aradan qaldırıldıqdan və sənədlər təkrar
təqdim edildikdən sonra onlara 5 gün müddətində
baxılır və müvafiq qərar qəbul edilir.
Bu Qaydalarda göstərilən əsaslarla lisenziya
verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə
imtinanın əsasları göstərilməklə
yazılı məlumat verilir.
Bu bənddə göstərilən müddətlərin
son günü qeyri-iş gününə düşərsə,
ondan sonrakı iş günü müddətin qurtarma
günü hesab olunur.
2.4. Lisenziya verilməsindən aşağıdakı
hallarda imtina edilir:
2.4.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər
təqdim edilmədikdə;
2.4.2. ərizəçi tərəfindən təqdim
olunan sənədlərdə təhrif olunmuş və ya
qeyri-dürüst məlumatlar aşkar olunduqda;
2.4.3. fəaliyyət növünün həyata
keçirilməsi üçün ərizəçinin bu
Qaydalarda nəzərdə tutulan zəruri şəraiti
olmadıqda;
2.4.4. ərizəçi və ya cəlb ediləcək
mütəxəssislər bu Qaydalarda nəzərdə tutulan
fəaliyyətlə məşğul olmaq üçün
müvafiq ixtisasa malik olmadıqda;
2.4.5. ərizəçinin əvvəllər bu fəaliyyət
növü üçün aldığı lisenziyanın
lisenziya verən orqanın təşəbbüsü ilə ləğv
edilməsindən 2 il vaxt keçməmişdirsə;
2.4.6. ərizəçi, əvvəllər bu fəaliyyət
növü üçün aldığı lisenziyanın fəaliyyəti
lisenziya verən orqanın təşəbbüsü ilə
dayandırıldığı dövrdə müraciət
etdikdə;
2.4.7. qanunvericilikdə nəzərdə tutulan digər
hallarda.
2.5. Ərizəçi lisenziya verilməsindən imtinaya
əsas olmuş halları aradan qaldırdıqdan sonra lisenziya
almaq üçün bu Qaydalara uyğun olaraq Dövdağmədəntexnəzarət
Komitəsinə müraciət etmək və ya imtina barədə
qərarla razılaşmadıqda məhkəməyə
müraciət etmək hüququna malikdir.
2.6. Müəssisə, təşkilat, idarə ləğv
edildikdə hüquqi şəxsə verilən lisenziya da
öz hüquqi qüvvəsini itirir.
Hüquqi şəxs yenidən təşkil edildikdə,
onun adı dəyişdirildikdə, lisenziya itirildikdə ərizəçi
15 gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi
üçün ərizə təqdim etməlidir.
Lisenziyanın yenidən rəsmiləşdirilməsi
onun verilməsi üçün müəyyən edilmiş qaydada
həyata keçirilir.
Lisenziyanın yenidən rəsmiləşdirildiyi
müddətdə ərizəçi öz fəaliyyətini
əvvəlki lisenziya (ayrı-ayrı obyektlər
üçün verilmiş lisenziyanın surətləri) əsasında,
lisenziya itirildikdə isə Dövdağmədəntexnəzarət
Komitəsinin verdiyi müvəqqəti icazə
(ayrı-ayrı obyektlər üçün verilmiş
lisenziyanın surətləri) əsasında həyata
keçirir. Dövdağmədəntexnəzarət Komitəsinin
sədri (o olmadıqda onu əvəz edən müavin) tərəfindən
imzalanmış və möhürlə təsdiq edilmiş
müvəqqəti icazə lisenziyanın yenidən rəsmiləşdirilməsi
üçün bütün sənədlər təqdim
edildikdə verilir.
III. Lİsenzİya
3.1. Lisenziyada aşağıdakılar göstərilir:
3.1.1. Dövdağmədəntexnəzarət Komitəsinin
adı;
3.1.2. lisenziya verilən müəssisə, təşkilat
və idarənin adı və
hüquqi ünvanı;
3.1.3. həyata keçirilməsinə lisenziya verilən
fəaliyyət növü;
3.1.4. lisenziyanın qüvvədə olma müddəti;
3.1.5. lisenziyanın qeydiyyat nömrəsi və verilmə
tarixi;
3.1.6. müvafiq fəaliyyət növünün həyata
keçirilməsi qaydası.
3.2. Lisenziya Dövdağmədəntexnəzarət
Komitəsinin sədri (o olmadıqda əvəz edən
müavin) tərəfindən imzalanır və Dövdağmədəntexnəzarət
Komitəsinin möhürü ilə təsdiq olunur.
IV. Lİsenzİyanın müddətİ
4.1. Lisenziya 5 il müddətinə verilir.
4.2. Lisenziyanın qüvvədə olma müddətinin
uzadılması onun verilməsi üçün müəyyən
olunmuş qaydada həyata keçirilir.
4.3. Müddəti bitmiş lisenziya və onun surətləri
etibarsız sayılır.
V. Lİsenzİyanın surətİ
5.1. Lisenziyalaşdırılan fəaliyyət
növü ərazi baxımından ayrı-ayrı obyektlərdə
həyata keçirildiyi halda, ərizəçiyə lisenziya
ilə birlikdə ərizədə göstərilən hər
bir obyekt üçün onun ünvanı göstərilməklə
lisenziyanın surəti təqdim olunur.
5.2. Ərizəçi lisenziya aldıqdan sonra öz fəaliyyətini
ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata
keçirmək və ya belə obyektlərin sayını
artırmaq istədikdə təzə obyektlərə
lisenziyasının surətlərini almaq üçün
Dövdağmədəntexnəzarət Komitəsinə
aşağıdakı sənədləri təqdim etməlidir:
5.2.1. verilmiş lisenziyanın qeydiyyat nömrəsi,
tarixi, fəaliyyətin növü, təzə obyektlərin
sayı və ünvanı göstərilməklə ərizə;
5.2.2. obyektlər barədə bu Qaydaların 2.1.5. -
2.1.6-ci yarımbəndlərində tələb olunan sənədlər.
5.3. Dövdağmədəntexnəzarət Komitəsi
lisenziyanın surətlərinin verilməsi məsələsinə
dair müraciətə bu Qaydaların 2.3 və 2.4-cü bəndlərinə əsasən
baxır və müvafiq qərar qəbul edir.
5.4. Lisenziyanın surəti - lisenziyanın sahibinə
hər bir obyekt üçün lisenziya blankında, verilmiş
lisenziyada əks edilən göstəricilər yazılmaqla,
blankın yuxarı sağ küncünə "Surəti"
sözü və ünvan qrafasına obyektin ünvanı da əlavə
edilməklə doldurulmuş, Dövdağmədəntexnəzarət
Komitəsinin sədri və sədr olmadıqda onu əvəz
edən müavin tərəfindən imzalanan və
Dövdağmədəntexnəzarət Komitəsinin
möhürü ilə təsdiq edilən və həmin
obyektdə bu fəaliyyət növü ilə məşğul
olmağa icazə verən rəsmi sənəddir.
5.5. Lisenziyaların surəti Dövdağmədəntexnəzarət
Komitəsi tərəfindən qeydə alınır.
5.6. Lisenziyanın surəti itirildikdə lisenziya sahibi
lisenziyanın yeni surətini rəsmiləşdirmək
üçün Dövdağmədəntexnəzarət Komitəsinə
müraciət edir.
5.7. Lisenziyanın surətinin verilməsi və yenidən
rəsmiləşdirilməsi üçün haqq
alınmır.
VI. Lİsenzİyanın qüvvədə olma
qaydaları və nəzarət
6.1. Bu Qaydalara əsasən lisenziya sahibləri bu fəaliyyət
növünü həyata keçirərkən "Texniki təhlükəsizlik
haqqında" Azərbaycan Respublikasının Qanununa, digər
qanunvericilik aktlarına və normativ texniki sənədlərin
tələblərinə riayətə etməlidirlər.
6.2. Lisenziyanın qüvvədə olma Qaydalarına nəzarəti
Dövdağmədəntexnəzarət Komitəsi həyata
keçirir.
6.3. Nəzarət qaydasında Dövdağmədəntexnəzarət
Komitəsinin səlahiyyətlərinə
aşağıdakılar daxildir:
6.3.1. lisenziyada göstərilən fəaliyyət
növünün həyata keçirilməsini tənzimləyən
normativ hüquqi aktlara və lisenziya qaydalarına riayət
edilməsini yoxlamaq;
6.3.2. yoxlama zamanı ortaya çıxan suallara aid
lisenziya sahibindən məlumatlar, arayışlar tələb
etmək;
6.3.3. yoxlamanın nəticələrinə dair
pozuntuları və onların aradan qaldırılması
müddətini göstərməklə akt tərtib etmək;
6.3.4. müəyyən edilmiş pozuntuların aradan
qaldırılması barədə lisenziya sahibinə yerinə
yetirilməsi məcburi olan göstərişlər vermək;
6.3.5. lisenziyanın fəaliyyətinin
dayandırılması və ya ləğv edilməsi barədə
məsələyə baxmaq.
6.4. Lisenziya sahibi aparılan yoxlama zamanı
Dövdağmədəntexnəzarət Komitəsinin nümayəndələrinə
yoxlanılacaq obyektlərə sərbəst daxil olmağa,
yoxlamanın aparılması üçün zəruri olan
normal şərait yaratmağa və tələb olunan sənədləri
onlara təqdim etməyə borcludur.
6.5. Yoxlamanın nəticəsi barədə iki
nüsxədən ibarət akt tərtib edilir. Akt
Dövdağmədəntexnəzarət Komitəsinin nümayəndələri
və lisenziya sahibi (təşkilatın rəhbəri) tərəfindən
imzalanır. Aktı imzalamaqdan imtina edilməsi faktı aktda
qeyd edilir. Akta lisenziya sahibinin (təşkilatın rəhbərinin)
izahatı əlavə edilir. Aktın bir nüsxəsi lisenziya
sahibində qalır.
6.6. Dövdağmədəntexnəzarət Komitəsi
zəruri olduqda müvafiq təşkilatların nümayəndələrini
bu Qaydalara uyğun olaraq nəzarət qaydasında aparılan
yoxlamalara cəlb edə bilər.
VII. Lİsenzİyanın fəalİyyətİnİn
dayandırılması və ya ləğv edİlməsİ
7.1. Dövdağmədəntexnəzarət Komitəsi
lisenziyanın fəaliyyətini aşağıdakı hallarda
dayandırır:
7.1.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə
təqdim edildikdə;
7.1.2. lisenziya sahibi tərəfindən normativ aktlara əməl
edilmədikdə, yaxud Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət
orqanları tərəfindən ərizəçinin fəaliyyəti
dayandırıldıqda;
7.1.3. lisenziya sahibinin müflisləşməsi
faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq
edildikdə;
7.1.4. fəaliyyət növünün həyata
keçirilməsi üçün bu Qaydalarda tələb
olunan zəruri şərait və şərtlərin
pozulduğu aşkar edildikdə;
7.1.5. lisenziya sahibinin fəaliyyəti nəticəsində
ətraf mühitə, təsərrüfat və sənaye
obyektlərinə, insanların sağlamlığına ziyan
vurulduqda;
7.1.6. Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulan digər hallarda.
7.2. Dövdağmədəntexnəzarət Komitəsi
lisenziyanın fəaliyyətinin dayandırılması
haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində
yazılı şəkildə lisenziyanın sahibinə və
dövlət vergi xidməti orqanlarına məlumat verir.
Lisenziyanın fəaliyyətinin
dayandırılmasına səbəb olan hallar dəyişildikdə
lisenziyanın fəaliyyəti lisenziyanın sahibinin müraciətinə
əsasən bərpa edilə bilər. Dövdağmədəntexnəzarət
Komitəsi tərəfindən bu barədə qərar qəbul
edildikdə lisenziya bərpa edilmiş hesab olunur, həmin qərar
qəbul edilən andan 5 gün müddətində lisenziyanın
sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat
verilir.
7.3. Dövdağmədəntexnəzarət Komitəsi
lisenziyanı aşağıdakı hallarda ləğv edir:
7.3.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə
təqdim edildikdə;
7.3.2. lisenziya verilməsi üçün təqdim
edilən sənədlərdə düzgün olmayan məlumatlar
aşkar edildikdə;
7.3.3. lisenziyanın qüvvədə olma qaydaları
lisenziya sahibi tərəfindən pozulduqda;
7.3.4. məhkəmənin müvafiq qərarı
olduqda;
7.3.5. hüquqi şəxs ləğv edildikdə;
7.3.6. Azərbaycan Respublikasının
qanunvericiliyindә nəzərdə tutulan digər hallarda.
7.4. Dövdağmədəntexnəzarət Komitəsi
lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul
etdiyi andan 5 gün müddətində yazılı şəkildə
lisenziyanın sahibinə və dövlət vergi xidməti
orqanlarına məlumat verir.
7.5. Lisenziyanın fəaliyyətinin
dayandırılması, ləğv edilməsi və ya bərpası
haqqında qəbul edilmiş qərar lisenziyanın bu Qaydalara
əsasən ayrı-ayrı obyektlər üçün
verilmiş surətlərinə də şamil olunur.
7.6. Dövdağmədəntexnəzarət Komitəsi
verdiyi, qeydə aldığı, dayandırdığı, bərpa
etdiyi və ləğv etdiyi lisenziyaların reyestrini
aparır.
VIII. Məsulİyyət
8.1. Dövdağmədəntexnəzarət Komitəsinin
sədri və vəzifəli şəxsləri
lisenziyalaşdırma haqqında Azərbaycan
Respublikasının qanunvericiliyinin pozulması, yaxud onun
lazımi şəkildə icra olunmamasına görə
mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət
daşıyırlar.
8.2. Dövdağmədəntexnəzarət Komitəsinin
qərarlarından və hərəkətlərindən
müəyyən olunmuş qaydada məhkəmə
orqanlarına şikayət oluna bilər.
8.4. Bu Qaydalarda göstərilən fəaliyyət
növü ilə lisenziyasız məşğul olanlar
mövcud qanunvericiliyə uyğun məsuliyyət
daşıyırlar.
* Ərizədə
göstərilən fəaliyyət növü ərazi
baxımından ayrı-ayrı obyektlərdə həyata
keçiriləcəkdirsə, ərizədə həmin
obyektlərin sayı və ünvanı da göstərilir.
** Bu şərtlərə
ərizəçinin ərizədə göstərilən fəaliyyət
növü ilə məşğul olacaq hər bir obyekti
uyğun olmalıdır.
Azərbaycan Respublikasının Baş naziri
A.Rasİzadə
Bakı şəhəri, 9 oktyabr 2000-ci il
¹ 181
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 oktyabr, ¹ 10.- S.4417-4423.