"Xüsusi razılıq (lisenziya) alınması üçün ödənilən dövlət rüsumunun məbləği barəsində" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 9 aprel tarixli, 72 nömrəli qərarına əlavə edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 

"Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanının 3-cü bəndinin və "Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 iyun tarixli, 357 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 9 aprel tarixli, 72 nömrəli qərarı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) alınması üçün ödənilən dövlət rüsumunun məbləği"nə aşağıdakı 83-cü bənd əlavə edilsin:   

Texniki təhlükəsizlik ekspertizasının aparılması

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Baş naziri A.Rasİzadə

 

Bakı şəhəri, 9 oktyabr 2000-ci il

            

    ¹ 182

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 oktyabr, ¹ 10.- S.4423.